Giriş
Bağla

Xarakterimizdən xəbər verən qaş formaları

GÖZƏLLİK / Makiyaj

Xarakterimizdən xəbər verən qaş formaları

Artıq bir neçə mövsümdür ki, qalın, enli və tünd rəngli qaşlar dəbdədir. 

Xarakterimizdən xəbər verən qaş formaları

Lakin hər qadın bu dəbə əməl etmir və bir çoxları qaşlarına özlərinə uyğun bir forma verməyi üstün tuturlar. Səndemə, qaşların forması ilə xanımların xasiyyəti arasında bir əlaqə mövcuddur. 

Xarakterimizdən xəbər verən qaş formaları

Amerikan vizajistləri qadının hansı qaş formasına üstünlük verməsi ilə onun xasiyyəti arasında bir qanunauyğunluq tapıblar. Sonra bunu psixoloqlar da təsdiqləyiblər. Məlum olub ki, sıx, düz və tünd rəngli qaşlara çox vaxt ciddi, azad və məqsədyönlü qadınlarda rast gəlmək olar. Digər tendensiyaya əsasən, sıx qaşlar qadının qanında kişi hormonu olan testosteronun artıq miqdarının əlamətidir və belə qəbul olunub ki, bu xanımlar cinslərin bərabərliyi tərəfdarı olurlar. 

Xarakterimizdən xəbər verən qaş formaları

Çox nazik qaşlara üstünlük verən qadınlar isə özlərini tənha hiss edənlərdir. Qadının qaşı nə qədər nazikdirsə, bir o qədər də özünü arzu olunmayan sayır.



Şərhlər (2)

Iceberg Iceberg 15 November 2017 13:13 Cavab yaz

sıx, düz və tünd rəngli qaşlara çox vaxt ciddi, azad və məqsədyönlü qadınlarda rast gəlmək olar.
Milana.M Milana.M 11 November 2016 20:46 Cavab yaz

Nədənsə inandırıcı gəlmədi. Qaş ustaları qaşı istənilən formalara salırlar. Bir il əvvəl sınıq, bir il sonra düz qaşla gəzən birinin xarakteri bir ilə necə dəyişə bilər?

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика