Giriş
Bağla

Gavalılı bükmə (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

Tərkibi:

Un - 550 - 600 q.

Süd - 160 ml.

Şəkər tozu - 60 q.

"Best Cow" kərə yağı - 125 q.

Yumurta -  3 ədəd

Maya - 1 ç. q.

Duz - 1/4 ç. q.

İçlik üçün:

Gavalı - 8 ədəd

Darçın - 1 ç. q.

Şəkər tozu - 2 x. q.

Üzəri üçün:

1 - ədəd yumurta

   Hazırlanması:

 

İlk olaraq südü qızdırırıq. İlıq südün üzərinə undan başqa bütün ərzaqlari əlavə edib qarışdırırıq.

Sonra mayalı xəmirin üzərinə un ələyib yumşaq xəmir yoğururuq. Ən az 1 saat xəmiri dinləndiririk.

Xəmir hazır olduqdan sonra xəmirin üzərinə sallofan çəkib 40 dəqiqəlik müdətinə isti yerə qoymaq lazımdır.

İçlik hazırlanması üçün yuyulmuş gavalıları iki bölürük.

Sonra ayrılmış gavalıların üzərinə darçın və şəkər tozu səpirik və qarışdırırıq. 

Xəmir gəldikdən sonra 2 hissəyə bölürük.
Kündələri 0.5 sm qalınlığında yayıb hissələrə bölürük, şəkildəki kimi kəsirik. 

Yayılmış xəmiri bökdükdən sonra, üzərinə para gavalı qoyulur. 

İndi xəmiri bükməyə başlayırıq. 

 Bişirəcəyimiz qablara yığıb üzərinə dəsmal səririk.

Daha 20 - 30 dəqiqə gözlədikdən sonra üzərinə yumurta çəkib 200 dərəcədə 15 - 20 dəqiqə bişiririk.

Gavalılı bükmə (foto resept)

Və gavalılı bükməmiz hazırdır!

Bu da kəsilmiş halda iç qörünüşü.

Gavalılı bükmə (foto resept)

Nuş olsun!

  (Tərcümə edilib)



Şərhlər (3)

girl_1999nilawka girl_1999nilawka 22 September 2016 17:41 Cavab yaz

Cox beyendim good Dadli gorunur nyam Ellerinize sagliq give_ros
Milana.M Milana.M 20 September 2016 12:59 Cavab yaz

Mədə bağırsaq problemi olanlar üçün gavalının faydası əvəzsizdir. Bir də onu sevimli şirniyyatlarımızda istifadə etsək əladan əla olar. Çox sağ olun, Qəribə xanım give_ros
Ceylan Mumoglu Ceylan Mumoglu 19 September 2016 16:55 Cavab yaz

Maraqlıdır, gavalı tam bişmədən bükmənin içində necə dad verər?
Təşəkkürlər, Qəribə xanım.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика