Giriş
Bağla

Böyük həyata ilk addım

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Böyük həyata ilk addım

Birinci sinfə gedəcək uşaqların valideynlərinə məsləhət

Həyata ilk addım atan balacaların birinci sinfə getmə zamanı yaxınlaşır. Valideynlər həyacanlanır. Təbiidir, əlbəttə. Çünki balalarını böyük həyata ilk addım gözləyir. Bacardığımız qədər bu addım mükəmməl, daha inamlı atılmalı, vacib məsələlər nəzərdən qaçmamalıdır.

Birinci sinfə gedəcək uşaga məktəbdə nə lazım olacaq? 

Əsas uşağa lazım olan əşyalar siyahisini hazırlamaq.

Məktəb ləvazimatları və geyim – ayaqqabı, məktəb forması, idman forması, qələmlər, karandaşlar. Xüsusi ilə qeyd edim, karandaşlarının rəng çeşidi çox olması daha yaxşıdır. Artıq bilinir, ilk müəllimləri kim olduğu. Ondan da məsləhət almaq lazımdır. Təcrübəmdən deyirəm, heç bir zaman öncədən keçiləcək dərslikləri almayın. Çalışın, dərsliklərə tanış olmasınlar.  Kitabla tanış olarkən dərs zamanı dərslərin marağı qalmır. Seçdiyiniz geyimdə, çantada özünün fikrini sorun.  Məktəb formasında hər gün dərsə gedəcəyini, onu səliqəli saxlamağı gözəl şəkildə başa salın . 

Böyük həyata ilk addım

Çox valideyni narahat edir, birinci sinfə gedən uşağım nələri bilməlidir. Çoxu çalşır ki , "vundurkin" yollasın məktəbə. Bu o qədər də yaxşı deyil. Dərsə gedən zaman dərslər, dərs proqramı maraqsız gəlir ona. Altı yaşlı uşaq nə bilməlidir? 

Məktəbə gederkən adını, soyadını, valideynlərin adını, yaşadığı yerin adını, ev ünvanı və telefon nömrəsini bilməlidir. Ev heyvanları, meşə heyvanlarını, bitki, gül adlarını, idman növlərini, tərəvəz, meyvə və əşyaların arasında fərqi. Riyazi biliklərdən 10-a qədər saymağı, hesabi bacarıqlar, sadə məntiqi çalışmaları, qələmlə, karandaşla, kağız və qayçı ilə işləməyi bacarmağı bilməlidir. 

Valideynlər əsas uşaqları psixolojı və emosional hazırlamalıdılar. Məktəb faliyyətinin evdə, bağçadakı faliyyətdən və rejimdən fərqli olduğunu izah etməli, onlarla söhbət aparmalıdılar. Məktəb qaydalarını izah etməlidilər. 

Uşağa əvvəlcədən bildirin ki, heç də hər şey birinci dəfədən uğurlu olmaya bilər. Bu çətinliyi birgə atlayacağıq! Uğurlarımız, aldığımız biliklərdə gizlənib. Gələcəkdə həyatımızda ona böyük fayda verecəyi izah edilməlidir. 

Valideyn övladının, böyük həyata ilk addımı, unutma ki, məktəbdən başlayır! Və məktəb həyatında sehrli üçbucağı yaradaq. Valideyn müəllimə, şagird üçbucağını.

Uğurlar! Üzümüzə gələn dərs ilində sehrli üçbucağa doğru! 



Şərhlər (2)

aya hasret gece.... aya hasret gece.... 22 August 2016 10:15 Cavab yaz

Allah sebr versin bütün mellimlere
Ceylan Mumoglu Ceylan Mumoglu 21 August 2016 16:14 Cavab yaz

Yeni dərs ilində sehrli üçbucağınız uğurlu olsun, Elnarə müəllimə. laughing

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика