Giriş
Bağla

Gavalı və göyəm turşusu (foto resept)

MƏTBƏX / Konserv məhsulları

Tərkibi:

Gavalı

Şəkər tozu

Duz

Sirkə

Qaynar su

Dəfnə yarpağı

Nanə qurusu

Mərzə qurusu

Hazırlanması:

Gavalılar yuyulub balonlara yığılır. 

 
Hər balona dəfnə yarpağı, mərzə və nanə qurusu əlavə edilir.
 
Hər bir litirlik balona 3-4 x/q şəkər tozu və  1-2 x/q duz əlavə edilir.
 
Üzərinə qaynar su əlavə edilir. İstəyə uyğun balonlar bükülür və ya içərisindən qabarcıqlar çıxana qədər qaynadılır.
 
Hər balona 1 ç/q sirkə əlavə edilib qapaqları bağlanılır.
Gavalı turşularımız hazırdır.
 
Göyəm turşusu üçün də tərkib yuxarıdakı qayda ilə hazırlanılır.
Göyəmlər yuyulur, balonlara yığılır.
 
Üzərinə dəfnə yarpağı, nanə və mərzə qurusu əlavə edilir.
 
Göyəm suyu dadlı olması üçün şəkər tozu hər bir litirlik balona 3-4 x/q əlavə edilir 1-2 x/q duz.
 
 
Üzərlərinə qaynar su əlavə edilir, istəyə uyğun bankalar bükülür və ya qabarcıqlar çıxana qədər qaynadılır.
 
Hər bankaya 1 ç/ q sirkə əlavə edilib qapaqlar sıx bağlanılır.
 
Hər iki turşunu ağız şirinliyi ilə nuş edin!


Şərhlər (16)

girl_1999nilawka girl_1999nilawka 13 September 2016 16:55 Cavab yaz

Biz evde goyem turwusu edirik.Super alinir good Baligin ustune tokub yeyirsen lezzet edir nyam Ellerinize sagliq give_ros
sevdaluk sevdaluk 19 July 2016 09:29 Cavab yaz

Menim sevimli turşularım çox sağ olun xeber üçün

Menim sevimli turşularım çox sağ olun xeber üçün
Milana.M Milana.M 18 July 2016 16:15 Cavab yaz

Deyəsən mən bu il gavalı yeyə bilməyəcəm. Burda ya kal, ya da əzik halda satırlar.
MAYA EL MAYA EL 13 January 2016 21:37 Cavab yaz

SonayВ Quluzade,Mən sarımsaqsız etmişəm çox dadlı olur.
В Fatimə,Nuş olsun
●♥ Səma ♥●,Albalı ilə hələ etməmişəm lap ağzım sulandı)))
Songul Songul 22 September 2015 18:03 Cavab yaz

Hər ikisindən mən də etmişəm, fərqi ondadır ki, mən əlavə olaraq, sarımsaq da qoymuşdum hər litrlik bankaya. Təşəkkürlər, Maya give_ros
Fatimə11 Fatimə11 5 September 2015 19:49 Cavab yaz

Belə edirik bizdə dadlı olur.
sema_arzum sema_arzum 4 September 2015 01:06 Cavab yaz

Hazırlıyırıq bunlardan.Hələ albalıyla da edirik.Bilirsiniz necə dadlı olur? Mmmmmmm...... nyam Əllərinizə sağlıq.Təşəkkür edirəm xəbər üçün.
MAYA EL MAYA EL 3 September 2015 21:16 Cavab yaz

ElladaВ Babayeva,Hər bir şeyin xeyri olduğu halda ziyanıda var.Əlbətdə xəstəliyi olanlara yemək olmaz.Zövqlər və damaq dadıları müxtəlifdi
CavadovaВ Xedice,Çox sağ olun
Ellada84 Ellada84 3 September 2015 20:18 Cavab yaz

Bu cür turşular ziyandır. Mədə-bağırsağı xəstə olanlar üçün əsas. Biz turşu elədə bağlamırıq. Bir, iki banka xiyar edirik sadə üsulla ürəyimiz istəyəndə istifadə edirik. Göyəm turşusunu biz başqa cür edirik isti su töküb bağlayırıq sirkə qatılmır bizdə bir giləmərzə, duz.
xedice-11 xedice-11 3 September 2015 16:22 Cavab yaz

Təşəkkürlər resept üçün.
MAYA EL MAYA EL 3 September 2015 15:48 Cavab yaz

SevilВ Babayeva,İnşallah hazırlayıb dadarsız
Pərvanə,Hazırlayıb nuş edin
Mələksima,Nanə kimi bitkidi giləmərzədə deyilir
AidaВ M-ova,Eynən məndə eləyəm
B.Ulviyye,
Çox təşəkkür edirəm, cann Allah eləməsın Allah şəfa versin .Yaxın olsaydın gətirərdim qurbadı
sevil 2006 sevil 2006 3 September 2015 13:39 Cavab yaz

Bele turşu hec vaxt etmemisem ederem bir defe.
Pervane01 Pervane01 3 September 2015 12:42 Cavab yaz

Sevirəm turşuları ne cür olur olsun.
rovsane_82 rovsane_82 3 September 2015 12:30 Cavab yaz

Mərzə qurusu nədi onu bilmədim.
Ayka_m_ova Ayka_m_ova 3 September 2015 12:02 Cavab yaz

Bizdə də, hazırlayırlar. Düzü mən çoxda sevmirəm əslində sevirəm amma yedim dayanmaq bilmirəm.Onun üçün daim uzaq durmağa çalışıram smile
Ulviyye.B Ulviyye.B 3 September 2015 11:27 Cavab yaz

Menden bes qizil ulduz,xestelenmisem urekbulanmasi qizdirma bundan olsa da nush etsem xeyalimdan kecirdim blum

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика