Giriş
Bağla

“Bir gözəl gün...”

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

 “Bir gözəl gün...”

Bəzən bu söz cild-cild kitabın etmək istədiyi təsəllini çatdıra bilir.
Bəzən elə döngələrdəki qapıya rast gəlirsən ki, oradan içəri girməyə ehtiyat edirsən. Sanki, o qapının saflıq və nəciblik ölçən detektoru nə etsən də öz fitini kəsməyəcək. Bu hissi öz daxilimdə - müxtəlif xəyalların həllində çoxdan kəşf etmişdim. Lakin ilk dəfə heç gözləmədən xarici aləmdə rast gələndə qəribə oldum. Space Girls qrupunun “Viva ferover” mahnısına çəkdikləri klip var. Ona baxanda birdən diksindim, gözlərimi qaçırdım, dərindən nəfəs aldım, lakin niyə belə etdiyimi anlamadım. Sonra fərqinə varanda dərindən qabaran sevinci qarşılamağa hazır idim. İlk dəfə realda o qapının kölgəsini mənə həmin video-çarx göstərdi. Zaman keçdikcə onun dəfələrcə ayrı-ayrı təzahürlərini görürdüm: Yanninin “Prelude and Nostalgiya” kompozisiyası, Bəhruz Kəngərlinin “Qaçqın qadın” portreti, Con Torteltaubun “İnstinkt” filmi və s. və ilaxır. Nəhayət, bunu kompleks şəkildə və xeyli müddət yaşadığım H.Hessenin “Muncuq oyunu” romanıyla qarşılaşdım. Uzun sürən həzz idi və mən bu roman barəsində məhdud yazmaqla ona qarşı haqsızlıq etmiş oldum.

“Bir gözəl gün...”

Bayaq kompüterimdə eşələnərkən birdən gözüm Cəmilə Məmmədlinin “Qəsr” hekayəsinə sataşdı. Cəmiləni bir neçə il öncə bu hekayə ilə tanımışdım. Onda da bu qızın həmin qapıların açarlarını gəzdirdiyinə inanmışdım. Çünki elə ilk cümlədən məni o ülvi və ecazkar dünyaya dəvət edirdi. Burada istəyim hekayənin texniki göstəricilərinə diqqət çəkmək deyil. Mən hekayənin ruhundan bəhs edirəm, o balaca və dəcəl qığılcımdan danışıram. O, niyə gəlmişdi və niyə getdi?
“Şahzadənin soyuq mavi gözlərindən süzülən damla, şaxtalı havanın təsrindən donaraq döşəməyə düşüb çilikləndi.”
Və onun yeni təzahürlərilə tanışmaq hissi məni heç vaxt tərk etmir.
“Bir gözəl gün...”
Siz hələ də ədəbiyyata “boş vaxtı dəyərləndirmək” və ya “intellekt qazanmaq” gözüylə baxırsınız?




Şərhlər (7)

girl_1999nilawka girl_1999nilawka 11 September 2016 14:00 Cavab yaz

Maraqli idi.Tewekkur edirem xebere gore give_ros
S U SE N S U SE N 10 August 2016 17:12 Cavab yaz

en usaqliqdan ser yaziram girl_ang ama vasqalariyla patlasmaqa utanirdim indide eleyem seri oxuyuram deyirem basqasi yazib terif esidirem
seviniremki ser yaza bilirem
aya hasret gece.... aya hasret gece.... 20 July 2016 22:09 Cavab yaz

Ceyla xanım oxumuşuq :)
Ellada84 Ellada84 16 July 2016 00:16 Cavab yaz

Siz hələ də ədəbiyyata “boş vaxtı dəyərləndirmək” və ya “intellekt qazanmaq” gözüylə baxırsınız?
ireful Yox!
sevdaluk sevdaluk 12 July 2016 16:55 Cavab yaz

Çox isderdim menimde olsun bu kitabdan
Iceberg Iceberg 12 July 2016 01:45 Cavab yaz

maraqlandim, calisacam tapib oxuyum
Ceylan Mumoglu Ceylan Mumoglu 11 July 2016 13:51 Cavab yaz

Siz hələ də ədəbiyyata “boş vaxtı dəyərləndirmək” və ya “intellekt qazanmaq” gözüylə baxırsınız?
Belə baxanlar necə inkişaf edirlər, burası maraqlıdır. laughing

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика