Günümüzün ən aktual xəstəliklərindən biri də “rəxit” xəstəliyidir. Görəsən bizim körpələr həqiqətən də xəstədirlər? Doğru və yanlışlıqlar...
Uşaqlara ən çox qoyulan diaqnozlardan biri də rəxit xəstəliyidir. Bu xəstəlik barədə geniş məlumat verməkdənsə valideynlərə çox daha faydalı olacaq bir sıra praktik məsləhətlər verməyi doğru bildim.
1. Bəzən həkim körpəni müayinə edərək ona “rəxit” diaqnozu qoyur, körpəyə kalsiyum preparatları və ya D vitamini başlayır. Körpə və ya uşağa bu diaqnozu qoymaq üçün mütləq olaraq onun qan analizlərinə baxılmalıdır. Bu analizlər edilmədən, sırf müayinə ilə bu diaqnozun qoyulması qətiyyən doğru deyildir. Mütləq olaraq qan analizləri edilməli və əgər xəstəlik varsa növü və dərəcəsi dəqiqləşdirilmələdir. Ancaq bundan sonra xəstəliyin dərəcəsinə görə D vitamini və ya kalsiyum preparatları ayarlanaraq istifadə edilməlidir.
2. Bir çox həkimlər sırf aşağıda sadalayacağımız bir sıra əlamətlər əsasında körpə və usaqlara “rəxit” xəstəliyi diaqnozu qoyurlar:
• Başın böyük və ya quruluşunda bəzi əyriliklərin olması. Düzdür rəxit xəstəliyində də bu əlamətlər ola bilər. Ancaq bu o demək deyil ki, hər başı böyük və ya əyri olan rəxitdir. Ümumiyyətlə bilinməlidir ki, başın ölçüsü və quruluşu irsi xarakter daşıyır. Yəni sadə dillə desək valideynlərin baş quruluşları övladlarında da özünü göstərir. Ona görə də irsi xarakter daşıyacaq olan bu kimi vəziyyətlər təbii və normal bir haldır. Bu xüsusiyyətlər diqqətə alınmadan bir uşağın başına baxaraq bunun başı böyükdür demək və bununla da ona rəxit xəstəliyi diaqnozu qoymaq qətiyyən doğru deyildir.
• Əmgəyin geniş olması. Bir çox normal uşaqların da əmgəyi geniş ola bilər. Ona görə də hər əmgəyi geniş olan usaq da rəxit deyildir.
• Döş qəfəsi əyri olan və ya qabırğaları önə doğru çıxan hər xəstəyə rəxitdir və ya rəxit xəstəliyi keçirmişdir deyilir və kor-korənə kalsiyum preparatları verilməyə başlanılır. Bilinməlidir ki, döş qəfəsindəki bir çox əyriliklər vardır ki, tibbə onun səbəbi ümumiyyətlə bəlli deyildir. Alt qabırğalardakı bir miqdar əyriliklər isə normal bir haldır. Bu baxımdan da hər bu əlaməti olan körpə və uşağa bu diaqnozun qoyulması yanlışdır.
• Başın arxasında saç tökülməsinin olması və ya çox tərləmə. Bilinməlidir ki, bir çox normal körpə və uşaqlarda da bu əlamətlər ola bilər. Belə ki, körpələr məxsusən baş nahiyəsindən tərləyərlər və bu zaman başın arxa hissəsində saç tökülmələri müşahidə oluna bilər ki, bu da normal bir haldır.
3. Rəxit xəstəliyinin diaqnozunu qoymaq üçün həkim hər tərəfli olaraq körpəni müayinə etməlidir. Əgər şübhə varsa diaqnozu dəqiqləşdirmək üçün əlavə qan analizləri istənilməli və rentgen filmi çəkilməlidir. Ancaq bundan sonra dəqiq diaqnoz qoyula bilər.
4. Azərbaycanda olan müşahidələrimdə rəxit diaqnozu qoyularaq müalicə alan bir çox xəstədə ətraflı araşdırmalar apardıqdan sonra heç bir xəstəliyin olmadığını müşahidə etdim. Hətta bəzilərinin qanında zəhərli olacaq miqdarlarda (verilən müalicələr nəticəsində) kalsiyum və D vitaminin olduğunu da müəyyən etdik.
Uzman Dr. Altay Abdullaoğlu / Pediatr-Neonatoloq
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Maraqlı şəkillər
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Tubaya üç rejissordan təklif gəldi
Enli şalvarlar
Zövq oxşayan ayaqqabılar
Süni tənəffüs cihazındakı xəstələrin sayı artdı
BMT rəsmisindən maskalarla bağlı AÇIQLAMA
Bütün internet bu görüntülərdən danışır
Yağış, qar, külək - Sabahın havası
10 yaşlı dahi
Sabahın HAVAsı
Bakını daha təmiz və gözəl görmək üçün.
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Dünyanın ən uzun insanı
HAVA necə olacaq?
Bahalaşmaya qəti yox
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Qocalmağa başlamışıq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Qadının həyatı haradan başlanır?
Mədə qıcqırması və müalicəsi
Ev dekorasiyasında yeni dövr
"Çukur"da yeni aktyor
İntim gellə qaşınmaya son
Lobyalı ət
Google rouminqsiz plana keçir
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Məşhur aktrisa gəncliyindən danışdı
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Kadir Doğulu
Kompüter gücündə telefon
Küçəyə atılan it özünə iş tapdı
Günün ulduz falı
Cəbhədən xəbər var
Avropanın rəmzi komandası - SİYAHI
Görməniz lazım olan yerlər (1)
Hava haqqında
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Adət ənənə "Toy"
İmumniteti hansı vitaminlər gücləndirir?
Bədən tipləri
Olimpiadanın talismanları göstərildi
- ŞƏRHLƏR