Giriş
Bağla

Dini mövzularda özünü aldatmağın 40 yolu-24

CƏMİYYƏT / Qadın və din

Dini mövzularda özünü aldatmağın 40 yolu-24

Günahı mənim boynuma

Bəzi insanlar heyrət ediləcək dərəcədə qəribə davranırlar. Bu davranışlardan ən qəribə olanı isə heç şübhəsiz "Sən işində ol, günahı mənim boynuma" ifadəsidir. İnsan bu qədərmi özünü bilməz? Öz günahları yetməz kimi bir də el-aləmin günahlarına boyun olur. Məgər günah bu qədər rahat daşına bilən şeydir ki, qarşısına gələnin günahlarını çiyninə alır? Özünə görə dini bir həssaslıq daşıyan birini müxtəlif bəhanlərlə pisliyə çəkən bu kimi kəslər ətraflarındakı hər kəsin özləri kimi günahkar olmasını istəyərlər. Üstəlik soruşsanız, inanclıdırlar da. Amma necə bir qəflət yuxusudur ki, bu, mən onsuz da nəfsimə yenilib xətalar edirəm, barı bu insan uzaq dursun demək yerinə özü kimi günaha təşviq edər. Halbuki Quran insanları xəbərdar edir, bu vəziyyətə aldanmasınlar və günahlarını özlərindən başqa kimsənin daşımayacağını bilsinlər. 

"Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz" (Ənam surəsi, 164-cü ayə). 

Bəzi insanların bu şəkildə "Sən işində ol, günahı mənim boynuma" demələrinin ardındakı əsil səbəb öz etdiyi xətalara başqalarını da sürükləyərək səhvlərinin nəticəsini zehnində və vicdanında sakitləşdirməyə çalışmasıdır. Bununla birlikdə özü kimi səhvlər edən insanların sayı nə qədər çox olursa, ətrafına görə etdiyi xətalardan dolayı vicdan əzbı çəkməsi bir o qədər az olacağını zənn edir. Bu zənni onu psixoloji cəhətdən rahatlatsa da, bu rahatlama insanı qaçınılmaz olan hesabdan qurtarmaz. Ona görə də bu kimi ifadələr işlədən insanın da, bu ifadə səbəbilə günah işlədən insanın da özünü aldatması və inanan insanların bir-birini günaha təşviq etmək yerinə günahlardan uzaq tutmaları gərəkdiyi bilinməlidir. 

 

Dini mövzularda özünü aldatmağın 40 yolu-24

"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur" (Tövbə surəsi, 71-ci ayə)

Bununla yanaşı başqalarının günahlarını boyunlarına alanları Hesab günü görmək lazımdır. Belələrinin cəsarətləri cahillikdən qaynaqlanır. Kimsə iddia etdiyi kimi başqasının günahını üstlənə bilməz, çünki hər kəsin günahı özünə aiddir. Ancaq birinin yaxşı və ya pis davranış sərgiləməsinə vəsilə olan insanın da o işdən bir payı olacağı bilinməlidir. 

"Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır" (Nisa surəsi, 85-ci ayə)

Yenə sıxlıqla qarşılaşılan bir digər cümlə "Bir kərədən heç bir şey olmaz" şəklindəki cümlədir. Bu da şeytani planın bir digər üzünü göstərir. Çox insan xətalardan uzaq durmağa çalışarkən daha əvvəllər bu xətanı etməmiş olmasından zaman-zaman güc alır. Bunu bilən şeytan həmin an nəfsin sərhəd qapısına təzyq göstərər və min cür hiylə, bəzəkli sözlərlə insanın qulağına pıçıldayar istədiklərini. O bir kərədən heç nə olmaz hiyləsi ilə indan bir də baxar iş işdən keçmişdir. Eyni xətanı təkrarladıqca zamanla vicdan əzabı da azalmağa başlayar və fərqində olmadan insan özünü şeytanın tələsinin mərkəzində görər. 

Bəzi insanlar həyatı məsxərəyə qoyurlar. Bu halları ilahi əmrlərə də qeyri-ciddi yanaşmalarına səbəb olur. Bu cür insanların nəzərində əhəmiyyətli olan sadəcə içində olduqları anın dadını çıxarmaqdır. Həyatlarına məna qatmaqda niyə və nə üçün ilə başlayan cümlələrə yer yoxdur. Bir mənada həyat onlar üçün axışına buraxılmış və hara sovrulacağı müəyyən olmayan yarpağa bənzəyir. Dərin bir laqeydlik dərin bir qəfləti doğurar. Bir günahın insan üzərindəki ağırlığının fərqində olmadan qarşısına gələnin günahını daşımağa cürət edərlər. Ölümə belə meydan oxuduqlarına özlərini inandırırlar. Qrxusuzdurlar və ölüm sonrası aqibətlərini düşünməzlər. Halbuki həqiqət ilə üzləşmə günü qaçış üçün bir yol axtaracaq insan, ancaq tapa bilməyəcək. Dərin bir peşmanlıq və zillət içində bir ah çəkəcək və ayələrin ifadəsi iilə məsuliyyət daşımamaq adına yaşayarkən insan deyil, kaşki torpaq olsaydım deyəcək:

Dini mövzularda özünü aldatmağın 40 yolu-24

"Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!" (Nəbə surəsi, 40-cı ayə)

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu



Şərhlər (7)

Fatma Fatma 9 June 2016 16:26 Cavab yaz

Yenə sıxlıqla qarşılaşılan bir digər cümlə "Bir kərədən heç bir şey olmaz" şəklindəki cümlədir. Bu da şeytani planın bir digər üzünü göstərir
Ellada84 Ellada84 3 June 2016 18:44 Cavab yaz

"Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz" (Ənam surəsi, 164-cü ayə).
kifayet9 kifayet9 1 June 2016 07:41 Cavab yaz

Ailəmizdə namaz qılan olmayıb. Mən də təbii ki, dinimizin bu gözəlliklərindən xəbərsiz idi. Bu saytı tanıdıqdan sonra dinimiz haqda çox şey öyrəndim. Çox sağ olun Ceylan xanım. Qadın net sayəsində çox şeylər öyrəndim.
Ceylan Mumoglu Ceylan Mumoglu 31 May 2016 22:42 Cavab yaz

XəyaləВ Murad,
özümüzü kənarda müşahidə edib, səhvlərimizi, düzlərimizi ayırd etməliyik.

Doğru yanaşmadır.
Milana.M Milana.M 31 May 2016 17:35 Cavab yaz

Adətən insana onu əhatə edən şəxslər təsir edir. Bundan qaçmaq mümkünsüzdür. Ona görə dost seçimində daha diqqətli olmalıyıq. Eləcə də özümüzü kənarda müşahidə edib, səhvlərimizi, düzlərimizi ayırd etməliyik.
Ceylan Mumoglu Ceylan Mumoglu 31 May 2016 13:08 Cavab yaz

Dəniz84,
Allah bilərəkdən və bilmədən etdiyimiz günahlarımızı bağışlasın.

Amin.
Deniz84 Deniz84 31 May 2016 11:49 Cavab yaz

"Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!" (Nəbə surəsi, 40-cı ayə)
Allah bilərəkdən və bilmədən etdiyimiz günahlarımızı bağışlasın.
Təşəkkürlər Ceylan xanım.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика