Giriş
Bağla

Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər

GÖZƏLLİK / Makiyaj

 

Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər

 

Davamlı olaraq makiyaj edən kəslərin ən böyük problemi bahalı olan makiyaj təmizləmə məhsullarıdır. Halbuki bu məhsullara çox bahalı pul ödəmənizə ehtiyac yoxdur. Makiyaj təmizləmə məhsullarını özünüz evdə edə bilərsiniz. Evdə edə biləcəyiniz bitki mənşəli qarışıqlar ilə makiyajınızı qalıq buraxmadan və təbii üsullar ilə təmizləmə imkanınız var. Kosmetik makiyaj təmizləmə məhsullarının hamısında kimyəvi maddələr mövcuddur. Bu məzmunların az qala hamısı dəriyə zərər verir. Dəri problemlərini artıran bu məhsullar maddi baxımdan da qadınları çətinliyə salır. Hər dəfə ən yaxşı məhsulu, ən keyfiyyətli məhsul olaraq alınan makiyaj təmizləmə məhsulları əksəriyyətlə qadınları xəyal qırıqlığına uğratmaqdadır. Dərinin qurumasına səbəb olan, makiyaj qalıqlarını buraxan və göz ətrafını həddindən artıq nəmləndirən məhsullar ilə bütün qadınlar qarşılaşmaqdadır.Dərinin yaşlanmaması, məsamələrin özünü buraxmaması, bütün çirkdən təmizlənməsi, nizamlı bir şəkildə hava alması üçün gündəlik olaraq təmizlənməsi və toniklənərək məsamələrin möhkəmləşdirilməsi lazımdır.

Bitki mənşəli makiyaj təmizləmə

Makiyajınızı üzünüzdən təmizləyərkən bitki mənşəli qarışıqlardam istifadə etmək dəriyə edilə biləcək ən böyük yaxşılıqlardn birdir. Dəri gün boyu edilən makiyajında təsiri ilə xarici ətrafda olan mikrob və bakteriyalar ilə döyüşmüş və havasız qalır. Bundan ötəri də rahatlaşdırma, istirahət etdirmə və təmizləmə texnikalarının tətbiq olunması lazımdır. Bu texnikaların içərisində;

Makiyaj təmizliyi etmədən yatmayın.

Dərinin təmizliyi üçün ilk qayda makiyaj təmizliyi edilmədən yatılmamasıdır. Çünki dəriyə edilən makiyaj ilə bütün məsamələr bağlanmış və havasız qalmışdır. Birdə axşam yatarkən makiyaj təmizliyi edilməzsə sızanaq ilə əlaqəli problemlər ortaya çıxar. Bu tərz dəri problemləri yaşanmaması üçün gündəlik olaraq edilən makiyajın təmizlənməsi şərtdir.

 

Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər

 

 

Bitki mənşəli tərkib ilə təmizlik.

Davamlı makiyaj edənlər makiyaj vəsaitlərinin kimyəvi olduğunu bilirlər. Bu vəsaitlər kimyəvi məzmunlara sahib olduğu üçün kirpiklərimizi və üzümüzü olduqca düz bir şəkildə təmizləməmiz lazımdır. Kirpiklər kirpik üçün tuşlu bir şəkildə yatılması səhər tökülmüş kirpiklərlə qarşılaşmanızı təmin edə bilər. Kirpiklərdəki tuşlar üçün parça pambığa badam tərkibli təmizləmə vasitəsi sürtərək silə bilərsiz. Dəri təmizliyi üçün 1 ədəd xiyarı rəndələyib təxminən 500 qr süd ilə qarışdırıb bişirin. Bişən qarışığı süzgəcdən keçirin və içinə 1 şirin qaşığı badam yağı əlavə edin. Hazırlanmış olduğunuz bu qarışıq ilə hər gün dərinizdə olan makiyajı silin.

Bu qarışığı soyuducunda uzun müddət saxlaya bilərsiniz. Digər bitki mənşəli və hər kəsin istifadə edə biləcəyi bir resept isə; 4 çay qaşığı gili, 4 çay qaşığı yulafı, 2 çay qaşığı gül yarpağını və 2 çay qaşığı lavanta ilə hazırlanır. Yulafı, gül yarpağını və lavantanı mətbəx robotunda toz halına gələnə qədər qarışdırın. Bu qarışığın içinə gili əlavə edin və hava girməycək şüşə bir qabın içində saxlayın. İstifadə edəcəyiniz zaman 1 çay qaşığı qədər götürdüyünüz qarışığı az bir su ilə qarışdırın və dərinizə sürtün. Tətbiq sonrasında dərinizi soyuq su ilə təmizləyin. Gündə iki dəfə bu qarışığı tətbiq edə bilərsiniz.

Davamlı makiyaj edənlər üçün tonik

500 qr qaynamış suyun içinə; 1cimdik adaçayı, 1 cimdik lavanta, 1 cimdik xəttmi çayı əlavə edin və çay kimi dəmləyin. Dəmlənmiş olan çayı süzün. Çayın içərisinə 1 qapaq gülsuyu ya da spirt əlavə edin. Hazırlamış olduğunuz bu toniği 1 həftə boyunca soyuducunda saxlaya bilərsiniz. Bu tonik reseptii hər dəriyə uyğun olduğu üçün hər kəs istifadə edə bilər.



Şərhlər (9)

azadrena azadrena 27 May 2016 08:57 Cavab yaz

Makiyaj mənim hobbimdir, bir gün etməsəm olmaz. blush
Fatma Fatma 26 May 2016 16:10 Cavab yaz

Davamlı makiyaj edənlər makiyaj vəsaitlərinin kimyəvi olduğunu bilirlər. Bu vəsaitlər kimyəvi məzmunlara sahib olduğu üçün kirpiklərimizi və üzümüzü olduqca düz bir şəkildə təmizləməmiz lazımdır.
Milana.M Milana.M 26 May 2016 11:44 Cavab yaz

Bəzən xanımlar yorğunluqdan makiyaj silməyə ərinirlər, makiyajla yatırlar. Baxın bu çoz zərərlidir. Nə qədər yorğun olsanız da, nəm salfetlə silmək üçün səy göstərməlisiz
fatime11 fatime11 12 January 2016 19:23 Cavab yaz

Makiyaj təmizliyi etmədən yatmayın qətiyyən.
virtual dərslər virtual dərslər 11 January 2016 17:39 Cavab yaz

Cox az makyaj edenem.Ancaq derime uygun bir iki qullugumda var ozumun.Tesekkurler
SS,, SS,, 10 January 2016 10:16 Cavab yaz

Cox faydali melumatlardir cox sag ol canim. Bu gili hardan tapmaq olar axi?
gunay36 gunay36 9 January 2016 22:17 Cavab yaz

Tewekkurlr gozel melumatlar ucun
Deniz84 Deniz84 9 January 2016 16:12 Cavab yaz

Mən evdar xanım olduğum üçün, çox da makiyajdan istifadə etmirəm. Ancaq evdən də az da olsa makyajsız çıxmaram. faydalı məsləhətlərdir. Təşəkkürlər.
Pervane01 Pervane01 9 January 2016 12:00 Cavab yaz

Çox dəyərli məlumatlar verilib xəbərdə.Mən çox makyaj edən deyiləm gündəlik ancaq dodaq boyası istifadə edirəm.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика