Giriş
Bağla

Çeburki (foto resept)

MƏTBƏX / Quru yeməklər

Tərkibi:

Un- 450 q

Süd- 270 q

Duz

Farş- 450 q

Soğan- 1 ədəd

Duz-istiot

Qatıq-80 ml

"Zeytun bağları" zeytun yağı

Hazırlanması:

İlk öncə xəmir yoğururuq. Yumşaq və əlimizə yapışmayan bir xəmir yoğururuq.

Soyuducuyda 30 dəqiqə saxlayırıq.

Əti ətçəkəndən keçiririk. Üzərinə 1 ədəd soğan əlavə edirik. Duz-istiot səpirik. Qatığı da əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Xəmiri 2 dəfə yayıb bükürük. Hər dəfə 30 dəqiqə dincəldib yenidən yayaırıq.

Sonda xəmiri şəkildə gördüyünüz kimi yayıb bükürük.

Rulet kimi bükdüyümüz xəmiri 10-15 yerə bölə bilərsiniz.

Sonra hər birini nazik yayıb üzərinə içlik qoyuruq.

Qıraqlarını çəngəllə bağlayırıq.

Bol yağda hər iki tərəfi də qızarana kimi bişiririk. Bitki yağını zövqünüzə görə seçə bilərsiniz. Mən zeytun yağına üstünlük verdiyim üçün zeytun yağında bişirdim.

Dadlı çuberkilərimiz hazırdır.

Çeburki (foto resept)

Nuş olsun!



Şərhlər (12)

Iceberg Iceberg 19 July 2017 09:37 Cavab yaz

yağda qizaran xəmir yeməkləri heç sevmirəm
girl-2002aydashka girl-2002aydashka 5 June 2016 14:53 Cavab yaz

Bəh,bəh,bəh nyam .Ac vaxtımda istədim lap cray Əllərinizə sağlıq give_ros
rashad.mikhtarov rashad.mikhtarov 21 May 2016 15:28 Cavab yaz

mmmmmmmmmmmm dadli gorunur.ellerine sagliq
Fatma Fatma 18 May 2016 19:19 Cavab yaz

Çeburekini Anapada yemişəm ilk dəfə çox dadlı idi
Shari Shari 18 May 2016 17:50 Cavab yaz

Qutaba bənzətdim. Zeytun yağı xeyirdi. Təşəkkürlər.
Ellada84 Ellada84 18 May 2016 16:21 Cavab yaz

Bir növ bizim qutaba bənzəyir. Amma mənim xoşum gəlmir bu növündən.
sahil_13 sahil_13 18 May 2016 12:32 Cavab yaz

Ay lap uşağlığım düşdü yadıma dərsdən gələndə artıq padyezdə bilirdim ki qonşumuz Telli nənə bundan bişirib mənim də payımı yollayacaq sonradan ondan öyrənmişdim Eynilə bu reseptlə bişirirəm amma qatıq yerinə smetandı məndəki reseptdə
Pervane01 Pervane01 18 May 2016 12:26 Cavab yaz

Edirem mənde uşaqlar sevir.
Ceylan Mumoglu Ceylan Mumoglu 18 May 2016 12:14 Cavab yaz

Türklər buna çiy börək deyirlər. Çox da sevilir burda. Ancaq biz bişirmirik belə.
Normal kartoflu pirojki bişirirəm.
Milana.M Milana.M 18 May 2016 11:56 Cavab yaz

Saçda bişirilsə görün necə dadlı olar
Deniz84 Deniz84 18 May 2016 11:33 Cavab yaz

Dadının gözəl olduğuna əminəm. Ancaq bu çəki problemimə görə mən də belə yağlı yeməklər yemirəm. Ancaq ailəm üçün bəzən bişiririrəm. Çox sağ olun.
Songul Songul 18 May 2016 10:28 Cavab yaz

Qəşəng olmağına qəşəngdir, amma mən axır vaxtlar yağlı bişintilərdən imtina etmişəm. Paylaşdığınız üçün təşəkkürlər.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика