Giriş
Bağla

Hamiləlik dövründə vitaminlərin faydası

Hamiləlik və analıq / Hamiləlik təqvimi

Hamiləlik dövründə vitaminlərin faydası

Hamiləlik dövründə həm ananın,həm də dölün sağlamlığı üçün vitaminlərin böyük faydası vardır.
Vitamin və mineral kompleksinin qəbuluna hamilələr nə vaxt başlamalıdırlar?
Ümumiyyətlə, hamiləliyə ailə planlaması zamanından hazırlaşmaq lazımdır. Yəni əvvəlcə qadın və kişi müayinələrdən keçməlidir. Bundan sonra əgər heç bir xəstəlik və ya infeksiya yoxdursa, qadın özünü ana olmağa hazırlamalıdır. Hamilə olmaq istəyən qadın orqanizmini normal səviyyəyə gətirməli, lazımi vitaminləri qəbul etməlidir. Çünki, yalnız normal bədəndə normal uşaq böyüyər.
Hamiləlik dövründə Vitamin və mineralların qəbulu hansı problemlərin qarşısını ala bilər?
Bir çox problemlərin, o cümlədən, erkən və ya gec doğumun qarşısını alır.
Bu dövrdə hansı vitaminlərin yenilənməsi vacibdir?
Əsasən C, E, D, B1, B6, B12 vitaminlərinə və foli turşusuna tələbat artır. Təcrübələrimiz göstərir ki, A və PP vitaminlərinə olan ehtiyac isə çox da dəyişmir.
Bəs minerallar?
Hansı mineralın daha vacib olması hələ də mübahisələr doğurur. Adətən hamiləlik boyu nəzarət minerallara olan tələbatın miqdarını müəyyən edir. Çünki, mineralların tək deyil, birgə istifadəsi nəticə verir.
Hamiləlik dövrü bitdikdən sonra vitamin qəbuluna davam edilməlidirmi?
Sözsüz! Çünki, doğumdan sonra süd vermək dövrü başlayır. Bu dövr uşağın gələcək sağlamlığının özülünü qoyur. Təbii ki, körpəni süddən ayırana kimi buna davam etmək lazımdır. 

 

Vitaminlərin faydaları

A vitamini - Dölün boyunun uzanmasını təmin edir. Anada bu vitamin çatışmayanda immunitet aşağı düşür, saçın strukturu pozulur, bronxial xəstəliklərə və s. meyllilik artır.
B1 vitamini - Dölün əzələ və sinir toxumasının yaranmasına kömək edir. Ananın iştaha və yuxusunu tənzimləyir. Çatışmazlıq olanda anada əsəbilik, tez yorulma baş verir. Hətta ürəyin normal fəaliyyətinə də pis təsir göstərə bilər.
B2 vitamini - Qan azlığından qoruyur, dölün ümumi normal inkişafına kömək edir. Onun azlığı vaxtından əvvəl doğuşa və anadangəlmə xəstəliklərə gətirir.
B6 vitamini - B6 vitamininin çatışmazlığı yeni doğulmuşlarda qıc olmaya, mərkəzi sinir sisteminin ləng inkişafına səbəb olur. Özünü hamiləliyin ilkin dövrlərində büruzə verir.
B12 vitamini - Dölün qan-damar və sinir sisteminin normal inkişafını tənzimləyir. Bu vitaminin orqanizmdə azlığı anada başgicəllənmə, zəiflik, qanazlığı və s. əmələ gətirir.
Foli turşusu (Bc vitamini) - Dölün böyüməsi və inkişafının sürətini tənzimləyir. Daimi qəbul edilməsi inkişafdakı qüsurları aradan qaldırır.
PP vitamini - Sinir sistemi və əzələ toxumasının inkişafını təmin edir. Anada və döldə enerjinin olmasında iştirak edir. Çatışmazlıq olanda anada iştahanın itməsi, çəki azlığı, solğunluq və s. baş verir.
Pantoten turşusu (B5 vitamini) - Yağ və karbohidrat mübadiləsində iştirak edir, cinsi orqanları formalaşdırır. Erkən saç ağarması, tökülməsi və qaşınma ilə çatışmazlığı müşahidə olunur.
Biotin (N vitamini) - Yağ və karbohidrat mübadiləsini normallaşdırır. Çatışmazlığı hamilələrdə ürəkbulanma, iştahanın itməsi, əzginlik və süstlüyə səbəb olur.
C vitamini - Dəmirin mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir. Çiftin formalaşması üçün əsasdır. Analarda yorulma hiss ediləndə bu, orqanizmdə bu vitaminin çatışmazlığı deməkdir.

 

Hamiləlik dövründə vitaminlərin faydası


D vitamini - Orqanizmin sümük və diş toxumasının yaranmasında əvəzsiz olan fosfor və kalsiumun mənimsənilməsini asanlaşdırır. Yenidoğulmuşlarda raxit xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Onun azlığı anada əsəb gərginliyinin artmasına və dişlərinin tez çürüməsinə gətirib çıxarır.
E vitamini - Ananı stress, əzələ gərginliyi və qan azlığından qoruyur
Kalsium - Sümük və diş toxumasının formalaşması və düzgün inkişafı üçün vacibdir. Qan dövranını yaxşılaşdırır.
Maqnezium - Əzələrin işi və orqanizmin enerji ilə təmin olunması baxımından lazımdır.
Dəmir - Qan dövranıında iştirak edir, hemoqlabinin tərkibində oksigeni toxumalara daşıyır.
Sink - Dölün inkişafında iştirak edir, immuniteti möhkəmləndirilmə və qan dövranına kömək edir.
Mis - Kollagen və elastinin (damar divarları və dərinin elastikliyini təşkil edən əsas zülal-red.) formalaşması və bioloji oksidləşmə məhz bu mineralın orqanizmdə miqdarından asılıdır.
Yod - Qalxanabənzər vəzinin hormonlarını təşkil edir. Azlığı balacaboyluluq yaradır və uşaqlarda zehni inkişafı ləngidir.
Manqan - İnsulinin ifrazı, qığırdaq toxumasının yaranması və yağ-karbohidrat mübadiləsində əsas rol oynayır.
Xrom - Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Selen - Yodla birlikdə qalxanabənzər vəzi hormonlarının ifrazını yaxşılaşdırır.
Mobilden - Orqanizmdə oksidləşmə prosesinin daimiliyini təmin edir.
Bir çox insanlar xəstələnməyincə həkimə müraciət etmirlər. Amma ən azı ildə iki dəfə müayinədən keçmək, eləcə də, vitamin və mineral kompleksini yalnız lazım olanda deyil, vaxtaşırı qəbul etmək lazımdır.



Şərhlər (35)

Iceberg Iceberg 23 June 2017 13:11 Cavab yaz

xeberin sekline nece guldum))
S U SE N S U SE N 22 April 2016 12:03 Cavab yaz

1SALAM
TSK
XEBER ICIN

INSALLAH ANNE OLMAK

ISTEYENLERE QISMET

YIYECEYINIZE

DIKKAT EDIN

IYI BESLENIN girl_ang
kifayet9 kifayet9 21 April 2016 01:20 Cavab yaz

Hamiləlik zamanı bir çox vitaminlər qəbul etmişəm.
Ellada84 Ellada84 20 April 2016 19:19 Cavab yaz

Hal hazırda vitamin qəbul edirəm. Burda yazılanların demək olar ki, hamsı var.
Emma Svon Emma Svon 20 April 2016 09:39 Cavab yaz

Dərmanların üstündə həmişə bu vitamin adları olur. Maraqlı gəlirdi görəsən bizə bunların nə kim faydası olur. Ceylan xanim super xəbərdi
www.guler1994 www.guler1994 24 September 2013 22:40 Cavab yaz

hamilelik dovrunde dogurdanda vitaminler cox boyuk ehemiyet dasiyir
Aydeniz Aydeniz 12 September 2013 10:22 Cavab yaz

esasen meyve terevez daha yaxsidi amma tebii olan.Marketde alinanlar hamsi geni deyidirilmis olur.o ziyan olmazmi.
fati2010 fati2010 14 July 2013 20:24 Cavab yaz

hamilelere vacibdi meyve yemek en cox vitamin meyvededi tsk xebere gore
qadin_princessa qadin_princessa 6 July 2013 11:10 Cavab yaz

Ana olmaqa hazirlawanlar ucun yaxis xeberdi tesekurler
EVLI _MUTLU_ COCUKLU EVLI _MUTLU_ COCUKLU 30 June 2013 01:34 Cavab yaz

ALLAH KORUSUN
HEM ANALARI HEM BALALARI
ELE ATALARI DA
cool
A-N-ar (Realist) A-N-ar (Realist) 22 June 2013 22:11 Cavab yaz

Meyvə qəbulu mütləqdir. Şükürlər olsun ki, imkan edib meyvə ala bilirik. ALLAH hər ailəyə maddi imkan versin, hamilələr də gözəl qidalana bilsin. AMİN.
R.Ravana R.Ravana 22 June 2013 16:04 Cavab yaz

İnşAllah lazım olar tezliklə bu xəbəriniz Ceylan xanım.Dəyərli xəbər üçün təşəkkür edirəm .Sağlam evlad dünyaya gətirmək üçün bunları bütün qadınlar bilməlidir
best_of_all best_of_all 21 June 2013 20:36 Cavab yaz

hamilelik dövründe hemoqlabin ve demir mümkün qeder berpa olunmalidir.ananin bedenindeki demirin dogulacaq olan körpeye faydasi hedsizdir.ALLAH yardimcisi olsun ana namizedlerinin.sag-salamat körpelerine qovushsunlar,inshaallah.
Aydeniz Aydeniz 21 June 2013 18:20 Cavab yaz

Maraqli xəbərdi.Nəysə bu xəbər mənə taniş gəldi.
DЖЏNД°Z DЖЏNД°Z 20 June 2013 21:54 Cavab yaz

ana olmaq istəyən xanımlar üçün ela xəbərdi teşekkürler
Xelilova.M Xelilova.M 20 June 2013 20:32 Cavab yaz

tsk cox faydali xeberdir tskkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
qeribe qeribe 20 June 2013 19:58 Cavab yaz

her xanima lazim olan xeberdir,cox sagolun,bele xeberler,cox vaxt sizden gelir,tesekkurler. give_ros
Aysu_M Aysu_M 20 June 2013 16:21 Cavab yaz

twk deyerli meslehetlerinz uchun.sagolun
mexbube mexbube 20 June 2013 15:02 Cavab yaz

men de hamileyem isteyirem usagim saglam ve gozel olsun hekimim mene megnevit vitamini yazmisdi o qutardi indi de elevit icirem
isik-2008 isik-2008 20 June 2013 14:46 Cavab yaz

Men hamileliyimde yemeynen aram olmadigi ucun, hekim mene vitaminler yazmishdi, onlardan qebul edirdim.cunki, usaq ana betninde ananin ne vitamini varsa, ozune cekir. bunun ucun biz analar yaxshica vitaminli qidalar qebul etmeliyik ki, gelecek korpemiz saglam olsun.tesekkurler Ceylan xanim.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика