Giriş
Bağla

Qadağan olunmuş şəhər

MÜXTƏLİF / Səyahət

Qadağan olunmuş şəhər

Pekindəki Qadağan olunmuş şəhər dünyanın iri və ən sirli saray kompleksidir. 500 ilə yaxın Çinin 24 imperatorunun iqamətgahı olan bu saray adi vətəndaşlar üçün bağlı idi. Bu qaydanı pozanları ölüm cəzası gözləyirdi. Baxmayaraq ki, bu gün bu kompleksin böyük hissəsi  ziyarətçilər üçün açıqdır, Gizli şəhərin tarixi hələ də tapmaca olaraq qalır. 

Qadağan olunmuş şəhər

Fransanın Versal sarayından fərqli olaraq bu saray kompleksi 72 ha ərazini əhatə edir və 800-dən çox binadan və 9999 otaqdan ibarətdir. Kompleksin sahəsi 150000 kv\metrdir. Şəhər 10 metrlik qala və "Qızıl su" adlandırılan su ilə doldurulmuş quyularla əhatə olunub. Tikili üçün yerin təyin olunması fen-şuya uyğun seçilib: şimaldan dağlarin əhatəsi, giriş cənubda, şəhərin içindən axan çay, fen-şuya görə enerji toplamağa kömək edir.

Qadağan olunmuş şəhər

Əfsanə var ki, Qadağan olmuş şəhərin dizaynını XIV əsrdə bir rahib yuxuda görüb, sonra isə Çju Di knyazı üçün şəklini çəkib. Çinin inperatoru olduqdan sonra, o öz arzusunu həyata keçirməyə başladı. Çju Di Qadağan olmuş şəhəri Pekində tikdi və Çinin paytaxtı, ilahi imperatorlarının dünyanı idarə edə biləcək bəşəriyyətin mərkəzi elan etdi. Eyni zamanda o, ikinci iri miqyaslı layihə olan Daos məbədləri və Udanşan dağındakı monastırın inşasına başladı. 

Qadağan olunmuş şəhər

Qadağan olunmuş şəhərin inşası 15 il davam etdi. Milyonlarla insan tikintidə iştirak etmişdir. 100 milyondan çox kərpic, 200 milyondan çox piltə və saysız mərmər istifadə olunub. Kompleks 1421-ci ildə hazır oldu. 

Qadağan olunmuş şəhər

Burada kral ailələri  və 1000 nəfərdən ibərət qulluqçu yaşayırdı. Şəhərə icazəsiz giriş ölümlə nəticələnirdi. Buna baxmayaraq çoxları içəridə nə baş verdiyini görmək istəyrdi. Bəziləri bu imkanı 1644-cü ildə əldə edə bildi.

İmperator Min dəbdəbə içərisində yaşayırdı, əhali vergi çoxluğundan aclıq içərisində idi. Üsyançılar şəhərə gələndə imperator hərəmdəkiləri öldürüb, özünə qəsd etdi və Sin dinastiyasına yol açdı. 

Qadağan olunmuş şəhər

Rəvayətə görə Sin imperiyası imperator tərəfindən lənətlənmişdi "Sin sülaləsi qadını əlindən məhv olacaq". Buna baxmayaraq 1644-cü ildə Sin sülaləsi Qadağan olunmuş şəhərdə yaşamağa başladı və buranın sirri daha da artdı. 3000 yaxın qulluqçusu olan sarayda çevriliş hazırlanmağa başladı və qadınlardan cəsus hazırlanırdı. 1853-cü ildə 17 yaşlı Çısi adlı qız hərəmə gətirildi. Zamanla o, Çinin ən təsirli qadınlarından birinə çevrildi və bu nəinki Sin sülaləsinin hətta imperatorlu Çinin məhv olunmasına gətirib çıxardı. Çısi ənənələri pozdu və dul imperatrisa oldu. O, iki yaşlı Pu-Yi taxta sahib olanaqədər ölkəni idarə edib. Pu-Yi Qadağan olmuş şəhərin sonuncu sahibidir. 1912-ci ildə 5 yaşında o taxtdan imtina etdi, lakin ona şəhərdə qalmağa icazə verildi.

Qadağan olunmuş şəhər

1923-cü ildə iri yanğın şəhərin ambarlarını məhv etdi. Bəziləri hesab edir ki, saray qəsdən yandırılıb. 1925-ci ildə Pu-Yi sonuncu 24-cü imperator Qadağan olunmuş şəhəri tərk etdi. 24 il sonra kompleks cəmiyyət üçün açıq elan olundu. 

Qadağan olunmuş şəhər
Qadağan olunmuş şəhər

Qadağan olunmuş şəhərə əsas giriş cənubdandır. 3 imperator bağı olan Uzunömürlülük, Mehribanlıq, Sakitlik sarayı əhatə edir.

Saray indi milyona yaxın qədim Çin sülalərinə məxsus tarixi pelikviya saxlanılan muzeydir və YUNESKO-nun Mədəni İrsinə daxil edilib.

Qadağan olunmuş şəhər

Qadağan olunmuş şəhər

Qadağan olunmuş şəhər

Qadağan olunmuş şəhər


Şərhlər (21)

Deniz84 Deniz84 12 April 2016 09:18 Cavab yaz

Maraqlı şəhərlərdi. Adamı nə qadağan olub əsas o yerlə çəkir elə))
fidan_medine_2001 fidan_medine_2001 23 April 2014 21:06 Cavab yaz

Hec bilmirdim paylasdiginiz ucun sagolun
onurcuq onurcuq 18 April 2014 23:32 Cavab yaz

Hec bilmirdim.Paylasdiqiniz ucun saq olun.
ayan_ ayan_ 18 April 2014 21:44 Cavab yaz

Cox super xeberdi ...olurem tarixi xeberler,yetler ve filmler ucun tesekkurlerrr
S U SE N S U SE N 18 April 2014 20:39 Cavab yaz

Bismillah bismillah girl_ang
narocka narocka 18 April 2014 19:50 Cavab yaz

Çox saq olun xeber ucun give_ros
girl_1999,gunka girl_1999,gunka 18 April 2014 19:48 Cavab yaz

Maraqlidir tesekkurler
Yaso Yaso 18 April 2014 19:24 Cavab yaz

Bu barede melumatim vardi yenede tesekkurler
xedice 033 xedice 033 18 April 2014 17:53 Cavab yaz

Maraqlı məlumatlar bu haqqda azda olsa məlumat var idi amma daha geniş oldu sağ olun Xəyalə xanım
Milana.M Milana.M 18 April 2014 17:37 Cavab yaz

Yadımda düz qalıbsa burda filmdə çəkiblər nəsə tanış gəldi.

İtalyan rejissoru Bernardo Bertoluççinin çəkdiyi "Sonuncu imperatot" filmi var. Məhz sonuncu imperator Pu-İ dən bəhs edilir. Çox maraqlı filmdir. Zaman ayırıb izləmək lazımdır.
nicat-pari nicat-pari 18 April 2014 17:03 Cavab yaz

MENE BELE SIRLI YERLERIN TARIXINI OYRENMEK HEMISE COX MARAQLIDI.COX SAG OLUN XEBERE GORE.
GulenaY GulenaY 18 April 2014 16:34 Cavab yaz

Maraqli xeberdir bele melumatlari hevesle oxuyuram
gulya_s gulya_s 18 April 2014 16:30 Cavab yaz

Maraqli xeber ucun tewekkur baci,bu weher haqqda hec ewitmemiwdim ama sayende melumatim var daha
Milana.M Milana.M 18 April 2014 16:19 Cavab yaz

Yadımda düz qalıbsa burda filmdə çəkiblər nəsə tanış gəldi.

Mənə sualın maraqlı gəldi Ellada indi araşdırıb deyərəm.
700=700 700=700 18 April 2014 16:14 Cavab yaz

Maraqlidir hem de cox..
ruzigar ruzigar 18 April 2014 16:11 Cavab yaz

Maraqlı xəbərə görə çox sağ ol Xəyalə bacı.Belə bir şəhər haqqında ilk dəfədir ki bildim
Milana.M Milana.M 18 April 2014 15:53 Cavab yaz

Xəbəri oxuyanda anam yanımda idi şəkilləri görüb deyir nə gözəl yerdi,dedim istəyirsən ucadan oxuyum gör bu gözəllikləri görmək istəyənlərin aqibətini çox maraqlıdı niyə öldürürmüşlər şəhərə baxanı

Bu da həmin Qadağan olunmuş şəhərin qadınlarından idi. O yalnız imperator ailəsinə məxsus idi. Kənar kiminsə girməsi qəti qadağan idi. Qulluqçular xaric.
Ellada84 Ellada84 18 April 2014 14:58 Cavab yaz

Yadımda düz qalıbsa burda filmdə çəkiblər nəsə tanış gəldi.

24 il sonra kompleks cəmiyyət üçün açıq elan olundu.

Xoşum gəlir belə yerlərdən. girl_ten
Aytac M-ca Aytac M-ca 18 April 2014 14:52 Cavab yaz

Maraqla oxudum cox sagolun. Xeyale xanim.
Ayka_m_ova Ayka_m_ova 18 April 2014 14:36 Cavab yaz

Xəbəri oxuyanda anam yanımda idi şəkilləri görüb deyir nə gözəl yerdi,dedim istəyirsən ucadan oxuyum gör bu gözəllikləri görmək istəyənlərin aqibətini shok çox maraqlıdı niyə öldürürmüşlər şəhərə baxanı shok
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика