Giriş
Bağla

Ailənin tək uşağı necə böyüdülməlidir?

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Ailənin tək uşağı necə böyüdülməlidir?

Uşaqların ailədə ən çox güvəndikləri partnyor - hərdən savaşsalar da, əsəbləşib bir-birlərinə "Səni sevmirəm" desələr də - bacı-qardaşlarıdır. Onların əlaqəsi uşaqların problemləri bərabər həll etməsi və bir-birlərinə arxa, dayaq durmağı öyrənmələri üçün ən gözəl vasitədir. Evin tək uşağı digər uşaqlarla, öz yaşıdlarıyla və qohumlarıyla qaynayıb-qarışsalar da bacı, qardaş sevgisinin nə olduğunu bilmirlər.

Ana-atalar tək uşağı digər uşaqlara görə ətrafdakılardan qoruyub, uşağın üzərində çox əsərək hər kəsdən, hər şeydən qoruyurlar. Tək uşaq evin göz bəbəyi olur və hər kəs üstündə əsir deyə uşağın üstünə çox düşürlər.

Araşdırılmalara görə, tək uşaqların tək uşaq olmayan sınıf yoldaşları ilə eyni sayda dostlarının olduğu və dostlarının xüsusiyyətinin də eyni olduğu düşünülür. Amma tək uşaqların qrup içində daha çox davakar hərəkətlər göstərdikləri və dostları tərəfindən daha çox istifadə edildikləri haqqında düşüncələr var. Buna görə bacı-qardaş varlığının, qarşıdurma və böhran ilə başa çıxmada istifadə edilən davranış mexanizmini inkişaf etdirdiyi haqqında düşünülür. 

Ailənin tək uşağı necə böyüdülməlidir?

Müqayisəli axtarışların sonunda tək uşaqların bacı-qardaşı olan uşaqlara nisbətən düşüncə, yaddaş, dil bacarıqları və riyaziyyatda məktəbə başladıqları ilk illərdə daha yaxşı olduqları göstərildi. Ancaq bu fərq təhsil irəlilədikcə ortadan qalxır. Jiao və dostlarına görə (1996) bilik baxımından bu fərq tək uşaqların ana-ataları ilə daha çox qarşılıqlı əlaqədə olmalarından qaynaqlanır. Tək uşaqların ana-ataları bu uşaqların təhsili üçün daha yaxşı öyrənmə mühiti yaratmağa çalışırlar. Uşaqlarıyla təhsil müddətində daha çox vaxt keçirməkləri, onlarla daha çox qarşılıqlı təsir halında olmalarını təmin edərək uşaqlarının bilik inkişafını dəstəkləyir.

Tək uşaq olmanın həm üstünlükləri, həm mənfi cəhətləri olduğu deyilə bilər. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədikləri üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilərlər. 

Nəticə olaraq, tək uşaq olmaq bilinənin əksinə müsbət nəticələr göstərir. Tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyillər. Əslində, uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Ailənin tək uşağı necə böyüdülməlidir?

Valideyinlər nə edə bilər?

Tək uşağa özəlliklə tək uşaq olaraq deyil, sadəcə uşaq olaraq davranın. Yaddan çıxarmayın ki, sizin onu tək olduğu üçün qoruduğunuzu uşaq hiss edə bilər.

Yaşına uyğun qaydalar qoyun; bu qaydaları dayanıqlılıq içində tətbiq edin. Uşaq qaydalara əməl etsə, bunun xöşbəxtliyini yaşayacaq.

Hər istədiyini həmən an etməyə çalışmayın. Lazımlı olduğunu düşündüyünüz istəklərini yerinə yetirin.

İstəklərinin yaşına və sizin fikirlərinizə uyqun sərhədlərdə olmasını təmin edin.

Üç yaşından sonra yaşıdlarıyla, ya da başqa uşaqlarla birlikdə oynamaları üçün fürsət yaradın. Bağçaya göndərmək imkanınız yoxdursa, uşaqlı ailələrlə görüşüb uşaqların bir yerdə olmasına, oyun oynamaqlarına, dostluq etmələri üçün vaxt ayırın.

Edə biləcəyindən çox şey gözləməyin. Həmişə mükəmməl olmağa çalışmaq uşağı yorar və ondakı müvəffəqiyyətsizlik qorxusu artar. 

Ailənin tək uşağı necə böyüdülməlidir?

Uşağa söz haqqı verin, amma bu, bütün qərarları uşağın verəcəyi haqqında düşüncə yaratmasın. Sizə uyğun alternativləri təklif edin, uşaq bu alternativlərinizdən birini seçsin.

Geyinmə, soyunma, yemək yemə, təmizlik kimi hər fürsətdə özunə baxmağına, qulluq etməsinə imkan yaradın. Evdə məsuliyyətləri olsun, sizdən asılı olmadan öz ehtiyaclarını qarşılaması üçün dəstək verin.

Nənə-babalar, yəni ailə böyükləri ümumiyyətlə uşaqları çox ərköyün böyüdüb istəklərini eyni vaxtda yerinə yetirirlər. Çalışın buna mane olun. Öz üsullarınızdan istifadə edin.



Şərhlər (45)

Iceberg Iceberg 16 August 2017 23:58 Cavab yaz

Tək uşaqlar qorxaq olur həm də
Dr.Nata Dr.Nata 26 January 2017 01:40 Cavab yaz

eziz valideynler, ister tek usaq olsun, ister cox usaq olsun, onlar ge;ecek cemiyyetimizi teshkil edecekler, buna gore de her halda usaqa eyni baxish olmalidir,
Deniz84 Deniz84 8 April 2016 19:04 Cavab yaz

Həqiqiətən də tək uşaqllar başqa uşaqlara nisbətən daha ərköyün olurlar. Buna səbə uşaq tək olduğu üçün valideynin büün sevgisi tək ona yönlənir. Çoxuşaqlı ailələrdə isə həmin sevgi və diqqət bölünür və paylaşılır.
rgrtt rgrtt 8 April 2016 16:38 Cavab yaz

tek oldu cut oldu usagin terbiyesi olmalidir.boyuk kicik yeri bilmelidir.indiki vaxtda tek usaqdisa cox adam ele edirki usaq ne dedi gerek o ola.herseyin yeri var.belke sabah ele birsey isteyecekki onu almaga gucun catmayacaq ve o istediyi seyi elde etmekucun herseyi etmeye baslayacaq.var yoxu usaqga basa salmaq lazimdir.Bir soz deyibler gozel"EZIZIM EZIZDIR TERBIYESI ONDAN EZIZDIR"
gunay36 gunay36 20 April 2015 11:04 Cavab yaz

He tek uwaqlar cox vaxt kaprizli olur
Pervane01 Pervane01 13 December 2014 19:59 Cavab yaz

Tək uşaqlar həmişə eqoist olurlar.
Lale_LR Lale_LR 20 November 2014 04:00 Cavab yaz

Çətindir tək uşaq böyütmək,ikinci uşaq nə qədər məsuliyyət artırsa da, anaya kpməkdir bir tərəfədən.
Fidan.Memmedova Fidan.Memmedova 5 November 2014 13:39 Cavab yaz

Məsləhətlər üçün çox sagolun,TƏŞƏKKÜRLƏR
AYKAWIRINKA AYKAWIRINKA 23 September 2014 16:07 Cavab yaz

Mende evin tek qiziyam
zumrud Nurullayeva zumrud Nurullayeva 10 September 2014 11:33 Cavab yaz

EVIN TEK OVLADI HEM AGILLI HEMDE WULUQCu OLUR BUNU ELIWKAMDAN DEYE BILEREM crazy 8YAWINDADIR MEN ONUNLA DOST KIMI DAVRANIRAM ARADA ATAMGIL DEYIRKI SENLE ELI SANKI BACI QARDAWSINIZ biggrin fikrimce bele olmalidir bizim dovurde ata anadan tekce valideynlik gormuwuk bu pisdir,adam ozun tenha hiss edir,duygularin etiraf ede bilmir.mende caliwiramki usaq menimle sirr boluwe bilsin.tewekkurler maraqli movzudur give_ros
aysun2013 aysun2013 9 September 2014 20:03 Cavab yaz

MiniraВ Aslanzade,
Can bacim sizle tam raziyam
minira72 minira72 25 March 2014 01:04 Cavab yaz

Əziz yeni ana olmağa hazırlaşanlar bacı kimi bir məsləhət edərdimki uşağı tək böyütməyin yəni bacıdan qaqaşdan qoy olsunki uşaq başqalarındakı bacı qardaşlara həsəd aparmasın.
aysun2013 aysun2013 14 January 2014 00:18 Cavab yaz

men evin tek qizi olmusam,yeni tek boyumusem,mene bibim hemise deyir ki,sen tek qizsan ama neslimizde en istiqanli qiz sensen,bizi axtaran hemise sensen,ne qrup yoldaslarim,ne sinif yoldaslarim, ne de is yoldaslarim hemise mene deyirler ki, ele bil sen hec tek boyumemisen,eqoist deyilsen,indi bildim ki,tek olmagin yaxsi cehetleri de varmis,valideynlerime minnetdaram ki,meni bele boyudubler,indi hamileyem insallah ki 4 aydan sonra oglum olacaq,cx pis kecirirem,belke o da menim kimi tek boyudu,insallah o da eqoist olmaz.

Saq salamat körpənizə qovuşasız inşallah.
selcanka selcanka 12 January 2014 00:07 Cavab yaz

men evin tek qizi olmusam,yeni tek boyumusem,mene bibim hemise deyir ki,sen tek qizsan ama neslimizde en istiqanli qiz sensen,bizi axtaran hemise sensen,ne qrup yoldaslarim,ne sinif yoldaslarim, ne de is yoldaslarim hemise mene deyirler ki, ele bil sen hec tek boyumemisen,eqoist deyilsen,indi bildim ki,tek olmagin yaxsi cehetleri de varmis,valideynlerime minnetdaram ki,meni bele boyudubler,indi hamileyem insallah ki 4 aydan sonra oglum olacaq,cx pis kecirirem,belke o da menim kimi tek boyudu,insallah o da eqoist olmaz.
aysun2013 aysun2013 11 January 2014 21:57 Cavab yaz

Maraqli xeberdir tesekkurler

give_ros
Life in two Life in two 11 January 2014 09:42 Cavab yaz

Maraqli xeberdir tesekkurler give_ros
aysun2013 aysun2013 10 January 2014 08:19 Cavab yaz

TSK ALLAH BUTUN BALALARI SAXLASIN AMIN

Amin allah
sohret_2008 sohret_2008 9 January 2014 20:43 Cavab yaz

TSK ALLAH BUTUN BALALARI SAXLASIN AMIN
aysun2013 aysun2013 9 January 2014 14:56 Cavab yaz

garibeВ mamedova, give_ros
AykaВ S, give_ros
Ayka sevgi Ayka sevgi 8 January 2014 14:45 Cavab yaz

menim qizim tekdi wukur hec paxilliq,kinlilik,nebilime hec pis xasiyet gormedim esas boyutmeyden asilidi
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика