Giriş
Bağla

Münasibətlərdə edilən səhvlər

Münasibətlər / Eşq və məhəbbət

Münasibətlərdə edilən səhvlər

Əlaqənizi başqalarının əlaqələriylə qarşılaşdırmayın.

Hamımız elə vaxtlar olur ki, özümüzü yoldaşlarımızla müqayisə edirik. Bu həmişə səhv deyil. Əsl problem başqalarının həyatlarındakı və ya əlaqələrindəki müsbətləri öz həyatımızdakı mənfilərlə müqayisə zamanı başlayır. Bu cür müqayisələr təhlükə ehtiva edir, çünki kənardan əla görünsə də, heç kimin həyatı ideal deyil. Digər insanların bizdən daha xoşbəxt olduqlarını düşünmək, özümüzü həmişə bir bədbəxtliyə aparmağımıza yol aça bilər. 
Qadınların etdiyi eşqbazlıq səhvləri
Siz evlənmə təklif aldığınız zaman sevgiliniz evliliyinizin nə qədər gözəl olacağını açıqlamağa çalışır. Siz isə ağlınızda dostlarınızın sevgilisinin evlənmə təklifini Parisdə etdiyinimi düşünürsünüz? Ola bilər. Bəlkə ilk eşitdiyiniz zaman siz də belə bir evlənmə təklifinin çox romantik olduğunu düşünə bilərsiniz, amma çox xəyallara qapılmayın. Çantada gətirdikləri eşq məktubları, xüsusi günlərdə yazılan poetik yazılar heç də ideal münasibətin əlamətləri deyil.
Münasibətlərdə edilən səhvlər
Rəfiqənizin yoldaşı hər cümə günü ona gül alırsa, bu o demək deyil ki, onların arasında heç bir problem olmur. Sevgilinizin və əlaqənizin artıq və əksikliklərini siyahıya qeyd edin. Müsbətləri mənfilərdən daha çoxdursa, sağlam bir əlaqəniz olduğu üçün sevinə bilərsiz.
Hər əlaqənin özünə aid bir sürəti var.
Əlaqələrinizin təbii sürətini artırmaq istəyirsinizsə, bəzən tərs reaksiya ala bilərsiniz. Bəlkə də xoşladığınız rəfiqəniz əslində sizi qısqanır deyə münasibətlərində daim sizdən bir addım öndə olduğunu göstərmək istəyir. Bir-birinizin həyatına bu qədər müdaxilə etmədiyiniz heç də doğru bir şey deyil. Həqiqətən evlənmək istəyib-istəmədiyinizi bilməyiniz əhəmiyyətlidir.
Əlaqənin ən böyük düşməni
Rəfiqəniz illərdir birlikdə olmalarına baxmayaraq hələ də bir-birlərinin cümlələrini tamamlayıb, gözlərinin içinə sevgi dolu baxırlarsa, haqlısınız. Onlar bir-birinə uyğun bir cüt ola bilərlər. Az problem yaşadıqlarını, hətta mübahisılərinin ən çox on dəqiqə davam etdiyini gördükdə sizin münasibətin niyə belə olmadığını düşünə bilərsiniz. Amma bu heç də problem deyil. Əgər tərəf müqabilinizlə söhbət etmək istəyirsinizsə, bunu üçün sadəcə bir şərait yaratmalı və əvvəlcə onu yaxşıca dinləməlisiniz. Dinlənildiyini görən tərəf müqabili təbii ki, qarşı tərəfi də böyük məmnuniyyətlə dinləyəcəkdir. Ən çox danışmaq istədiyiniz mövzuların siyahısını tutun və bir günlük televizora baxmaqdan imtina edin. Gözəl bir şərait yaradın və sadəcə söhbət edin.


Şərhlər (19)

DJ.Lady DJ.Lady 14 May 2016 00:08 Cavab yaz

maarqli melumat idi
senin-kolgen senin-kolgen 7 April 2015 10:42 Cavab yaz

Heee bax bu bawqa mesele gozel xeberdi sehvler demeli hardan baslayim hardan deyim bilmirem o bezi sevirem deyib gunde bir adim atib sehvi gormeyenler oxusun bunu belke bir az oz sehvlerini yalanlarini boynuna alsinlar

Deyrem zamanemi yoxsa insanlarmi nece lublare soz tapabilmirem hec hec kes hetda sbut eledyin yalani boynuna almirlar deyrsen sehv edirsen boynuna almilar bu insanliq hara gedir bele ? Dunyanin sonu gelseydi boqaza kimi batdiqimiz bu yalnlardan xilas olmus olardiq fellow
SS,, SS,, 12 January 2015 02:40 Cavab yaz

Cox gozel fikirlerdir.
Ryos Ryos 22 November 2014 22:23 Cavab yaz

Ideal gozel munasibet ilk novbede bir birine hormet,guzeshte getmey,baqishlamaq,qarshiliqli munaibet,qarshiliqli svgiden yaranir.Butun bunlar ailelerde olsa hem aile mohkem olacaq hemde her shey qaydasinda olacaq.
Asi88 Asi88 27 October 2014 23:24 Cavab yaz

Qarsiliqli sevgi ve hormet bu oldu gerisi ozu gelir hec bir sehf yalnis olamdan
AYKAWIRINKA AYKAWIRINKA 16 September 2014 20:46 Cavab yaz

MENIM EN SEVDIYIM MUNASIBET HORMET VE DURUSTLUK..MENE QARSI DURUST VE HORMETI OLAN INSANLARI.. OLSEM BELE YADIMNAN CIXARTMARAM.....
aysun2013 aysun2013 28 August 2014 21:43 Cavab yaz

S.N., give_ros
Q, give_ros
Cox saqolun xanimlar
qeribe qeribe 28 August 2014 00:52 Cavab yaz

Canim cox lazimli xeberdir cox sag ol meleyim. kiss
x women x women 28 August 2014 00:07 Cavab yaz

Deyerli ,melumatlardir.Butun cutlukler aralarinda sade sebeblerden ciddi problemler cixarirlar cox vaxt.Teshekkurler,bacim.Cox saq ol. i_am_so_ kiss
aysun2013 aysun2013 27 August 2014 22:50 Cavab yaz

Dəniz84, give_ros
Zehra.,
give_ros
bay_gril89 bay_gril89 27 August 2014 21:26 Cavab yaz

Təşəkkürlər edirəm.
Deniz84 Deniz84 27 August 2014 20:46 Cavab yaz

İdeal münasibət- bir birinə hörmət edən, bir-birini başa düşən, bir birinə ən çətin gündə belə dayaq olmağı bacaran, düşdükləri çətinlikdən ikisi bir yerdə çıxış yollarını araya bilən insanların münasibətləridir.
aysun2013 aysun2013 27 August 2014 18:30 Cavab yaz

AYKA,
Zeyneb-Esger,
nigarВ dadasova,
Sizlerde saqolun xanimlar
girl_2014,nigar girl_2014,nigar 27 August 2014 18:09 Cavab yaz

Mene lazim olan xebee gore sagolun
girl_1999,gunka girl_1999,gunka 27 August 2014 17:02 Cavab yaz

Canim cox lazimli xeberdir cox sag ol air_kiss
AYKA_57 AYKA_57 27 August 2014 15:29 Cavab yaz

Allah hamini xosbext etsin
aysun2013 aysun2013 27 August 2014 15:11 Cavab yaz

AskВ Denizi:), give_ros
Arzularin_Limani.,
give_ros
girl-2911 girl-2911 27 August 2014 15:05 Cavab yaz

Maraqli ve lazimli xeberdi teşekkurler AYSUN xanim give_ros give_ros
gozel eliyeva gozel eliyeva 27 August 2014 14:50 Cavab yaz

Cox gozel fikirlerdir.Xestaxanada psixoloq refiqelerim var, bezen sohbet zamani en cox yanlarina gelen ailelerin ya da insanlarin bax bu sebeblerden dolayi geldiyini deyirler.Halbuki bos problemlerdir!!! give_ros

Ilk serh de menden olsun love

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика