Giriş
Bağla

Qısqanclıq sizi bitirməsin!

Münasibətlər / Eşq və məhəbbət

Qısqanclıq demək olar ki, qədim zamanlardan bəri gələn xəstəlik kimi hissdir. Bizi bizdən edən, içimizi yeyib bitirən mənfi hiss.. Bəs qısqanclıqdan necə xilas ola bilərik? Özümüzü bu hisslərdən necə qoruya bilərik? Bizi təsiri altına aldığında nə etməliyik? Bütün bu sualların cavablarını gəlin, birlikdə tapmağa çalışaq.

Qısqanclıq tamamilə normal və insani bir hissdir və mənşəyi uşaqlıq dövrünə qədər söykənir. Ailədə yeni doğulan körpə və diqqətin  həmin körpəyə yönəlməsi qısqanclıq duyğusu ilə tanış olmağımıza səbəb ola bilir. Bu zaman tərk edilməkdən və gözdən düşməkdən qorxarıq. Qısqanclıq uşaqlar arasında bu şəkildə inkişaf edir. Həyatımızın sonrakı zamanlarında isə bu uşaqlıq dövrlərindəki qısqanclıq hissi əlaqələrimizdə davam edir. Hamımız zamanla qısqanırıq, amma güclü qısqanclıq duyğusunun əsl səbəbi adamın özünə olan etibarsızlığıdır. Qısqanc bir insan yalnız sevdiyi şəxsin sədaqətindən şübhə etməklə qalmaz, öz cazibədarlığından da şübhə edər. Özlərini birlikdə olduqları insanın sevgisinə layiq olmadıqlarını fikirləşərlər. 

Qısqanclıq sizi bitirməsin!

Həyat yoldaşımızı, sevgilimizi, bir başqasının müvəffəqiyyətini və s.. bu nümunələri çoxalda bilərik. Bu mənfi duyğu halı ilə necə mübarizə apara bilmək üçün nələr etməliyik?

 1- Özünüzə Güvənin

Yaşadığınız bütün mənfilikləri unudun. Bu sayədə yaşanmaq ehtimalı olan mənfiliklərlə də daha asan başa çıxacaqsınız. Müvəffəqiyyətinizə təsir edəcək mənfilikləri unudun. Özünüzlə olan ünsiyyətiniz də çox əhəmiyyətlidir. Özünüzə nə söyləsəniz beyin bunu edə bilmək üçün bütün gücü ilə çalışacaqdır. Buna görə özünüzə düzgün sualları soruşmalısınız. Heç bir işinizi sabaha buraxmayın, təxirə salmayın. Müşahidə etmə qabiliyyətinizi inkişaf etdirin və həyat enerjinizi yüksəldin.

2- Bir siyahınız olsun

Qısqanclıq duyğunuza təsir edən hiss vəziyyətlərinin siyahısını tutun. Bu siyahı özünüzə və duyğularınıza daha obyektiv bir gözlə baxmanızı təmin edəcək . Bu siyahı pis duyğulardan təmizlənmənizi təmin edəcək. Mənfi qısqanclıqları həyatınızdan yavaşca çıxara biləcəksiniz. Rolları dəyişdirin və birlikdə olduğunuz insanın başqası ilə söhbəti zamanı hər səfər qısqanclıq etməsinin məntiqli olub olmadığını ya da vəziyyətə həddindən artıq reaksiya verib vermədiyini soruşun.

Qısqanclıq sizi bitirməsin!

3- Ünsiyyət qurun

Sevdiyiniz şəxslə  danışın. Qorxularınızı, narahatlıqlarınızı ona bildirin. Əmin olun ki, onunla hər şeyi bölüşsəniz əvvəlki tək qıcqanclıq problemləriniz olmayacaq.

4- Bir-birinizə bitişik yaşamayın

Özünüzə zaman ayırın, hobbiləriniz olsun. Şəkil çəkin. Musiqi dinləyin, gözəl bir kitab oxuyun, əl və ev işləriniz üçün zaman ayırın. Partneriniz çölə çıxdığında siz də çıxın. Yoldaş və dost söhbətlərinə qatılın. Sevdiyiniz adam və siz bir-birinizdən ayrı zaman keçirin ki, danışıb paylaşacaq mövzular və söhbətləriniz  bol olsun. Evə qayıdanda onu, bütün gün nə etdiyiylə əlaqədar sorğu suala  çəkməyin. 

Qısqanclıq sizi bitirməsin!

5- Özünüzə dəyər verməyi öyrənin

Tək başınıza və ya tərəf müqavilinizlə özünüzün müsbət xüsusiyyətlərinizi siyahıya alın. Fiziki baxımdan cazibədar olan bölgələrinizi və sevgilinizin sizdə bəyəndiyi bütün xüsusiyyətlərinizi bir kağıza yazın. Nə vaxt qısqanclığınızın artdığını hiss etsəniz, bu siyahınızı oxuyun və özünüzə onun sizi sevdiyini və o sarışın qızı qısqanmanız üçün heç bir səbəb olmadığını xatırladın.

Sevgiliniz haqqında davamlı mənfi ssenarilər inkişaf etdirmək və onun sizə sadiq olub olmadığını düşünmək düzgün deyil və bu qısqanclığınızın həyatınızı əlinə aldığının göstəricisidir. Əgər bu nöqtədəsinizsə, bir mütəxəssisdən kömək almağınız və onun, sizin özünüzü yenidən kəşf etmənizə, özünüzə və sevgilinizə etibar etməyinizə icazə verməyiniz lazımdır.



Şərhlər (19)

Iceberg Iceberg 5 August 2017 11:34 Cavab yaz

4- Bir-birinizə bitişik yaşamayın
Seni .)dunyamsan Seni .)dunyamsan 23 November 2016 22:14 Cavab yaz

Qısqanclığ yaralı yerımdı onu çıx qısqanıram çoxxx
rovsane_82 rovsane_82 30 June 2015 01:45 Cavab yaz

Sevgiliniz haqqında davamlı mənfi ssenarilər inkişaf etdirmək və onun sizə sadiq olub olmadığını düşünmək düzgün deyil və bu qısqanclığınızın həyatınızı əlinə aldığının göstəricisidir
Xanim_Xatun Xanim_Xatun 7 June 2015 11:01 Cavab yaz

men sexsen yoldasimi hamiya qiskaniram oz ovladimida qisqaniram

Bu sizə gələcəkdə çox problemlər yaradar.
qeib dunya qeib dunya 5 June 2015 12:56 Cavab yaz

men sexsen yoldasimi hamiya qiskaniram oz ovladimida qisqaniram
Pervane01 Pervane01 1 June 2015 12:04 Cavab yaz

Ne qisqanir nediki qisqanmiram sukur olsun bir birimize qarşılıqlı hörmetimiz var.
Asi88 Asi88 31 May 2015 00:56 Cavab yaz

Heddinde olalidir /yoxsa xesteliye hetda ayriliga bele getirib cixara biler/// sevgi varsa qisqancliq mutleq olur/ xebere gore tesekkurler
tutus tutus 30 May 2015 17:12 Cavab yaz

Menim yoldasim da cox qisqancdir ve bu menim cox xosuma gelir,dmekki onun ucun qiymetliyem,hec neye heckime qiymir meni.Qisqancliq sevgi elametidi,men bele dusunurem.ozumde qisqancam ve yoldasim menim qisqanc baxislarimnan cox cekinir,bilirki eger nese sehv bir sey anlasam,dunyani dagidacam.Her halda bu hislerin hamisini yaradan sevgidiAllah hamiya sevgi+qisqncliq qismet elesin.
qeribe qeribe 30 May 2015 02:03 Cavab yaz

Gözəl məsləhətlərdir. Çox sağolun Xanim_Xatun. give_ros
rovsane_82 rovsane_82 30 May 2015 00:38 Cavab yaz

Qısqanc deyiləm.
sema_arzum sema_arzum 29 May 2015 23:10 Cavab yaz

Yoldaşım qısqanc olsa da,məndə o hiss yoxdu.Xəbər üçün təşəkkürlər.
Shari Shari 29 May 2015 21:07 Cavab yaz

Mən də subayam. Mənə də aid deyil greeting crazy
virtual dərslər virtual dərslər 29 May 2015 18:13 Cavab yaz

Ellada Babayeva
Mənə aid deyil. Subayam.

QiSqancliq hissi hamida olur mence ferq yoxdur.
Mende yaman yaranib bu hiss crazy .Umumiyyetle istek olan yerde mumkunsuzdur qisqanc olmayasan.Amma suukr xestede deyilem
girl-2002 aydashka girl-2002 aydashka 29 May 2015 16:47 Cavab yaz

Mende qisqaniram ve bu verdiwimden el ceke bilmirem recourse cray dash empathy sorry
Deniz84 Deniz84 29 May 2015 15:51 Cavab yaz

Sevgi varsa mütləq qısqnclıq olmaldır. Bu insanın özündən asılı deyil. lakin yerində edilən qısqanclıq gözəldir. Hər bir evliliyin maraqlı olmasını təmin edir. Lakin var ki, xəstəlik dərəcəsində qısqanclıq. bu hər evliliyi məhv edir.
Ellada84 Ellada84 29 May 2015 15:13 Cavab yaz

Mənə aid deyil. Subayam. dance1
hizaS2 hizaS2 29 May 2015 14:22 Cavab yaz

Çox təşəkkürlər. Allah hər kəsi xoşbəxt etsin. Hər birimizə gözəl,isti,güvənilə bilən yuva qismət etsin. give_ros
Ramush ) Ramush ) 29 May 2015 13:43 Cavab yaz

Qisqancliq yarali yerimdi sorry
Fatma Fatma 29 May 2015 12:51 Cavab yaz

Çox şükürlər olsun ki qısqanclıq adlı problem yaşamamışam

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика