Giriş
Bağla

Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz

Münasibətlər / Qadın psixologiyası

Boşanma onsuz da çətin bir prosesdir. Onu daha da çətinləşdirməmək üçün boşanmış adamın ətrafındakılara çox iş düşür. Çünki o adam üçün mənəvi dəstək olmaq çox əhəmiyyətlidir. Budur, boşanmış birinə deyilməməsi lazım olanlarla tanış olun.

Çox pis oldum.
Bu sözü eşidən boşanmış adam üçün boşanma sonrası nə qədər xoşbəxt olduğunu izah etmə səyi başlayır. Olduqca yorucu və bezdiricidir. Nəticədə boşanma bədbəxt bir həyatı xoşbəxt bir həyata çevirmək üçün həyata keçirilir.
Ona ikinci şans verə bilməzdin?
Artıq bir boşanma olub. Hər şey bitib. Şans vermədiyini haradan bilirsiniz? İkinci şans yox, lap iki mininci şansı da vermiş ola bilər.
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz
Uşaqlar necə olacaq?
Bu sualdan uzaq olun. Çünki boşanma qərarını ən çox çətinləşdirən şey uşaqlardır. Bildiyiniz kimi bir çox cütlük uşaqlarına görə bədbəxt olsalar da, evliliklərinə dəvam edirlər. Halbuki, evdəki bədbəxtlik uşaqlara da mənfi təsir edir. İnanın, boşanmış xoşbəxt valideynlər uşaqlarını evli, amma söz-söhbətli evdə yaşayan valideynlərdən daha çox xoşbəxt edərlər.
Sizi barışdıra bilərəm.
Boşanmış bir insanın buna cavabı "Xeyr, çox sağol, mən belə yaxşıdır" olsa, nəzakətli biriylə qarşı-qarşıyasınız deməkdir. Çünki sizə dəxli olmayan bir ailə probleminin içinə girdiyinizi yadınıza salmalıyam.
Başqa birini tapmalısan
Çox insan boşanma sonrası vəziyyət üçün "mismar mismarı sökər" məntiqiylə düşünər. Yəni təzə bir əlaqə bütün çətinlikləri yaddan çıxara bilərmiş kimi. Halbuki, yeni boşanmış bir insanın ən son istədiyi şey təzə bir sevgilidir. Yeni bir problemlə üz-üzə qalmamaq üçün bir müddət sakit yaşamaq onun da haqqıdır.
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz
Evlilik çətindir.
Sanki boşanmış insana dəstək olmaq üçün deyilmiş bir fikirdir, amma daha dərin düşünəndə "Güman edirəm, sən bu evliliyi bacarmadın." mənasına gəlir.
Əhməd necədir indi?
Bu ona maraqlı olsaydı, boşanmazdı!
Onsuz da onu heç sevməmişdin.
Keçmiş yoldaşına qarşı bu və bənzəri kimi pis sözlər bir gün sizi peşman edə bilər. Bir gün yenidən birlikdə ola biləcəklərini haradan biləsiniz.
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz
Səni aldatdığı üçün boşandınız?
Səbəb aldadılma belə olsa, bunu hər dəfə təkrar-təkrar eşitmək heç kimin xoşuna gəlməz.
Sən gözəl bir qadınsan. Yeni birini dərhal tapa bilərsən.
Uzun illər davam edən bir evlilikdən sonra bir qadının ən böyük ehtiyacı yeni bir sevgili deyil, bir az özünə vaxt ayırmaqdır.
Yeni sevgilisi çox şirindir.
Kimin keçmiş ərinin yeni sevgilisi haqqında tərif dolu sözlər eşitməkdən xoşu gələr ki?
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz
Sənə dedim, amma mənə qulaq asmadın.
Heç kim xoşbəxt davam edən bir evliliyi başqasının sözüylə yarıda kəsməz. Evlilikdə pis olan nələrsə varsa, bunu özü hiss etməlidir ki, boşanmağa qərar versin. Sonradan "mən bilirdim" havalarına girməyə heç ehtiyac yoxdur.
İndi nə edəcəksən?
Bu sualı soruşmayın, çünki soruşduğunuz adam özü də hələ bunun cavabını bilmir.
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz


Şərhlər (24)

malahat.hesenova malahat.hesenova 24 December 2014 01:57 Cavab yaz

Yazilan fikirlerle raziyam, kiminse wexsi heyatina qariwmaq mence duzgun deyil.
Fidan.Memmedova Fidan.Memmedova 15 October 2014 10:05 Cavab yaz

Cox duzgun yazilib,ama bizde biri bosanan kimi bu suallari verirler,nece ele bosanan xanimlar taniyiram ki,bu cur suallardan cox əzab cəkirlər və insan icinə cixmaga utanirlar bosandıqları ucun,mən həmisə elə xanimlara urək dirək verirəm ki,bu cur sozlerden depresiyaya,kompleksə duşməsinlər
gulsum.memmedova gulsum.memmedova 15 October 2014 02:12 Cavab yaz

Hec kes sigortalanmayin heyatda haminin basina gele bileek bir problemdi
LUMU-82 LUMU-82 14 October 2014 23:54 Cavab yaz

qıraqdan her şey asan görünə bilər.amma boşanmış ya da boşanmaq üzərə olan adam o həyatı o çətinliyi özü yaşayıb.onuçun da elə birini fikirlərinə hörmətlə yanaşmaq lazımdı.təbiidirki heç bir qadın istəməz ki,isti yuvasını dagıtsın cray
aysun2013 aysun2013 13 September 2014 00:15 Cavab yaz

Dəniz84, give_ros
PƏRVANƏВ ƏLİYEVA......, give_ros
mira-kerim, give_ros
A..В В AYLIN, give_ros
AGAYEVA88 AGAYEVA88 12 September 2014 19:00 Cavab yaz

Bizim cemiyyetde ne ise bele xanimlara pis baxirlarr, her zaman qinaq abyekti kimi gorulurr, yeni aile quran qizada mess bosanmis qadini misall getiriller ki, baxx haa sonun onunku kimi olmasin, mence buu hec ama hecc duzgun deyill,hec bir xanim istemez ki ailesi dagilsin. ama bezi (dirnaqarasi) xanimlarda var ki bile bile ailesini dagidir..bezen gunah kiside ola ola yene qadin gunahlandirilirr. bu cur pis baxan insanlarada demek isteyirem ki bu heyatda hec kim sigortali deyilki sabahh basina ne geleceyini bilsin, belke bu gun pislediyin nalaiq soz dediyin o bosanmis xanim sukrenli olacaq angry

ureyim doludurr ee canim tesekurr edirem bu cur movzulara toxundugnuz ucun give_ros
raya-23 raya-23 12 September 2014 18:33 Cavab yaz

Bizde ele danişigini bacarmayanlar varki,sevirlerki insanin zeif nöqtesini desinler..mence ele insana hecne ümumiyyetle o haqqda danişmamaqdir..
Ryos Ryos 12 September 2014 13:23 Cavab yaz

ElladaВ Babayeva,
Elladayla raziyam..Mence de kiminse shexsi ishine qarishmaq duzgun deyil..Her kes ozu biler boshanar boshanmaz.onsuzda boshanana olan olub birde o menasiz suallarla onun ureyini yaralamaq lazim deyil.Bu gun hec bilmirsenki o suali vermeye deyer ya yox.,.O qeder boshanan aile daqidan varki..Hansi birinnen sorushasan derdini..Birdeki her kes oz ishiyle meshqul olsa boshananlarda azalar..Bu gun ailelerin esas daqilmasinin sebebi aileye 3 cu shexsin qarishmasida tesir edir..Birce bu el qinaqi olmuyada..Men dushunuremki eyer her hansi bir yaxinimizin tanishimizin bashina bele bir ish gelibse bosh bosh qinaqlardan suallardansa destey olub teselli vermey her sheyden onemlidi..Aysun canim telle cox yaza bilmedim ancaq fikrimi bele catdira bildim..coxsaqol..

Birde en boyuk arzum Allah hec bir ailenin daqilmasina imkan vermesin..Aminnnn
Deniz84 Deniz84 12 September 2014 08:46 Cavab yaz

Məncə tək boşanmış xanımlara deyil, nişanını qaytaran qızlarada belə sözlər demək düzgün deyil.

Nişan mərasimi əslində cütlüklərin bir-birini daha yaxşı tanıması və gələcək həyatlarını birlikdə olmaq istəyib istəmədiklərini bilmək üçün edilir. Ona görə də Nişan qaytarmaq heç də ayıb və ya dünyanın sonu deyil. Bu son dərəcə təbii bir haldır.
aysun2013 aysun2013 12 September 2014 08:38 Cavab yaz

Dəniz84,
Q,
NuraneВ Kerimova,
ElladaВ Babayeva,
•●Narın●•,
Beli Narinim raziyam bacim cunki her kesin oz sexsi heyati var biz o insnlrin icinde deilik axi biliekki nedi problem biz insnin ustune dusdukce o insani dahada pis hala saliriq qurban olduqum bu cur yazib deyib sadece ayriliq yasayan insanin yaninda olraq ona her terefli dstek olub onu bu ayriliqin Allahin alin yazisi olduqunu basa salmaliyiq
rana969 rana969 12 September 2014 01:00 Cavab yaz

Məncə tək boşanmış xanımlara deyil, nişanını qaytaran qızlarada belə sözlər demək düzgün deyil. Çünki insan onsuzda içində bir boşluqdadır bu mənasız sualları verib onun fikirlərini dahada çox qarışdırmağa ehtiyac yoxdur. Təşəkürlər Aysun bacı maraqlı xəbər üçün. kiss
Ellada84 Ellada84 11 September 2014 23:41 Cavab yaz

Heç kimin şəxsi həyatına qarışmaq lazım deyil. Boşanıb özü bilər. Sabahı barışanda üzü qara olmamaq üçün susmaq yaxşıdır.. Lazım deyil suallar verərək üstünə gəlmək. Amma kişilərdədə az günah yoxdur. Aysun xanım xəbərə görə çox sağ olun. give_ros
Nur_F Nur_F 11 September 2014 23:26 Cavab yaz

Yolunda getmeyen bir munasibetdense bosanmaq en yaxsisidi, bunu bosanan ve hemde bu bosanmada daha az gunahkar olan xanimlar bilmelidir...P.S- Bosanma varsa her iki terefde gunah vardir az cox.
qeribe qeribe 11 September 2014 23:22 Cavab yaz

Şəri Babayeva
Təsəvvür edirəm boşanmış biri bu sözləri eşidəndə nə hisslər keçirdir..




♥♥S.N.♥♥
Cox saq ol,Aysunum.Maraqli xeberdir.Allah hec bir qadini yalniz qoymasin.
Gözəl və maraqlı xəbərdir.
Deniz84 Deniz84 11 September 2014 20:02 Cavab yaz

Bu sual kişilərə də aiddir ?

Ailəsini sevən kişilər üçün də keçərlidir.
Gözəl və maraqlı xəbərdir. Allah heç bir ailənin dağılmasına imkan verməsin. Ancaq acı həqiqətdir ki. ailələrin boşanması son dövrlərdə daha da artıb.
aysun2013 aysun2013 11 September 2014 18:03 Cavab yaz

CeylanВ Mumoğlu,
AidaВ M-ova,
Esasen xanimlarimiza aiddi can.
XəyaləВ Murad,
 ♥♥S.N.♥♥,
Cox saqolun xanimlar
Shari Shari 11 September 2014 18:00 Cavab yaz

Təsəvvür edirəm boşanmış biri bu sözləri eşidəndə nə hisslər keçirdir.. dash
Milana.M Milana.M 11 September 2014 17:42 Cavab yaz

ilk once maraqla oxudumki yaxinimla nece reftar etmeliyem qoy bilim mence bunlari hamimiz bilmeliyikki yaxinlarimiza bir zerbede biz vurmayaq

Mütləq. Düz edirsiz. Hər kəs bilməlidi. İctimai qınaq insanları inamsız və özünə qapalı edər.
x women x women 11 September 2014 17:38 Cavab yaz

Cox saq ol,Aysunum.Maraqli xeberdir.Allah hec bir qadini yalniz qoymasin.
Milana.M Milana.M 11 September 2014 17:34 Cavab yaz

Çox təəssüf olsun ki, boşanma ilə üz üzə qalan xanımlar elin qınağına səbəb olurlar. Gecə gündüz dedi qoducuların söz mövzusu məhz filankəsin boşanması və bu boşanmaya gətirən səbəblər olur. Heç reallığı bilmədikləri halda belə eninə uzununa söz açırlar. El-aləm nə deyərsə desin boşanmış bir qadın üçün sadəcə gələcəyə doğru ümid dolu baxmaq lazımdır. Onun üçün sevgili və ya boşandığı şəxsin düşüncələri deyil, innən belə onu həyatda nələrin gözlədiyi vacibdir. Onun gələcəyi övladları varsa onların gələcəyi vacibdir. Boşandıqdan sonra və ya həmin ərəfədə olan qadına sadəcə mənəvi olaraq dost olmaq onun nə edəcəyini və ya nə etməli olduğunu demək əvəzinə hər qərarına hörmətlə yanaşmaq lazımdır. Dəyərli xəbərdir Aysun xanım çox sağolun
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика