Giriş
Bağla

Bitki yağları haqqında

Sağlamlıq / Xalq təbabəti

Bitki yağları haqqında
Bitki mənşəli yağların insan orqanizmi üçün faydalı olması məlumdur. Təsadüfi deyil ki, həkimlər gündəlik rasionda, yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər. Zeytun yağı, soya yağı, palma yağı, pambıq yağı, günəbaxan yağı, qarğıdalı yağı, küncüt yağı ... bitki yağlarını sadalamaqla bitməz. Lakin günümüzdə xanımlarımızın mətbəxdə ən çox istifadə etdikləri günəbaxan, zeytun və qarğıdalı yağlarıdır. Bu dəfəki xəbərimizdə sizə günəbaxan və qarğıdalı yağlarının müxtəlif xassələri barədə xəbər verəcəyik.
Bitki yağları haqqında
Qarğıdalı yağı
Ümumi məlumat: qarğıdalı yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsullarından biridir. O, qarğıdalı dənələrindən emal edilir.  Xarakterik iyi və dadı var. Kimyavi tərkibinə görə günəbaxan yağına bənzəyir. 
Faydaları və zərərləri: qarğıdalı yağı mineral maddələrlə, kalium, fosfor, kalsium, maqnezium duzları ilə zəngindir. Onun tərkibinə doymamış yağ turşuları omega-6 və omega-3 daxildir. E vitamini isə onun tərkibində zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qarğıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Aterosklerozun profilaftikası, xolesistit, öd yollarının durğunluğu, qaraciyər xəstəlikləri zamanı xeyirlidir. Əgər siz piylənmədən əziyyət çəkirsinizsə, xörəkləri yalnız qarğıdalı yağında bişirin. Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı gözəl vasitə hesab edirlər. 
İstifadə qaydası: Qarğıdalı yağı bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və buğlaması üçün yararlıdır. 
Qeyd: qarğıdalı yağı ancaq istisna hallarda, onun tərkibindəki komponentlərə fərdi həssaslıq zamanı zərərli ola bilər. 
Bitki yağları haqqında
Günəbaxan yağı
Ümumi məlumat: Bu yağ günəbaxan tumundan alınır. Onu müxtəlif üsullarla əldə edirlər. Ən keyfiyyətli yağ soyuq sıxma üsulu ilə alınır. Bu zaman o, çox dadlı və ətirli olur, tərkibindəki bioloji aktiv komponentlərin demək olar ki, hamsı saxlanılır. 
Faydaları və zərərləri:Günəbaxan yağı orqanizmdəki zərərli yağları əridən E vitmininin başlıca mənbəyidir. E vitamini ateroskleroz və digər ürək xəstəliklərinən müdafiə edən mükəmməl antioksidantlardandır. O, immun sistemini möhkəmləndirir, yaşlanmanı əngəlləyir və nəhayət, qaraciyər üçün  çox vacibdir. Tərkibindəki E vitamini sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin funksiasına təsir edir, zülalar və karbohidratların mübadiləsində iştirak edir, yaddaşı gücləndirir. Günəbaxan yağının digər bir vacib komponenti isə doymamış yağ turşularıdır. Bu turşular F vitamini adlanır və qaraciyər hüceyrələrinin, bağırsaq və sinir tellərinin fəaliyyəti üçün çox vacibdir.
Günəbaxan yağının zərərli tərəfləri demək  olar ki, yoxdur. Əgər onun saxlanma və istifadə qaydaları pozularsa, bu zaman günəbaxan yağı sizin səhhətinizə mənfi təsir göstərə bilər. 
İstifadə qaydaları: Günəbaxan yağı yüksək kalorili məhsul hesab olunduğundan onun gündəlik istifadə miqdarı 20 qram səviyyəsində müəyyənləşdirilib. Qızartma yeməklər hazırlayarkən güclü isinmə nəticəsində yağın faydalı xüsusiyyətləri itir. Günəbaxan yağından ən faydalı istifadə onun salatlara əlavə olunmasıdır. Təzə tərəvəz və göyərtilər orqanizminizi suda həll olunan vitaminlər, günəbaxan yağı isə yağı həll edən vitaminlərlə təmin edəcək. Digər bir məqam isə bundan ibarətdir ki, yalnız bitki yağının iştirakı ilə tərəvəzlərdəki beta-karotin A vitamininə çevriləcək. Beləliklə günəbaxan yağı məhz salatlar üçün ideal variantdır. 
Diqqət: Bitki yağlarının 3 düşməni var. İşıq, isti və oksigen. Buna görədə onları yanan piltənin yanında və pəncərə qarşısında saxlamaq olmaz. Yağın saxlandığı qabın ağzını kip bağlamaq lazımdır. Yağları alan zaman mütləq istifadə müddətinə baxılmalıdır. İstifadə müddəti keçmiş yağların dadı və ətri dəyişir. Yağda nə isə qızartdıqdan sonra onu təkrarən istifadə etməyin. Çünki baş vermiş dəyişikliklər nəticəsində yağın tərkibində orqanizm üçün zərərli maddələr əmələ gəlir. 
Rüfət Rzayev


Şərhlər (20)

rovsane_82 rovsane_82 5 June 2015 14:52 Cavab yaz

Hər ikisindədəndə istifadə edirəm.
virtual dərslər virtual dərslər 29 March 2015 09:34 Cavab yaz

İkisindende istifade edirik evde.
malahat.hesenova malahat.hesenova 23 December 2014 19:32 Cavab yaz

Biz ancaq qargidali yagindan istifade edirik.
aysun2013 aysun2013 5 November 2014 22:47 Cavab yaz

Bizde ancaq bitgi yaqi istifade olunur
Ayka_m_ova Ayka_m_ova 30 October 2014 00:32 Cavab yaz

Qarğıdalı yağın sevmirəm dash
AGAYEVA88 AGAYEVA88 2 September 2014 01:54 Cavab yaz

Can baji ellerine sagliq men ele her yemeyi bu yaglarla bisirirem eee ele menimcundur bu melumat sag ol kizz dance1
moskow qadini moskow qadini 19 August 2014 21:14 Cavab yaz

Teshekkurler xebere gore give_ros give_ros give_ros

Teshekkurler xebere gore give_ros give_ros give_ros
Leman(wirniyyatci) Leman(wirniyyatci) 13 August 2014 18:28 Cavab yaz

Men en cox zeytun ve qargidali yagindan istifade edirem faydali xebere gore cox sagolun
Fatma Fatma 13 August 2014 18:11 Cavab yaz

Bitki yağlarının 3 düşməni var. İşıq, isti və oksigen bizim marketlərə olari işiqlı isti yerlərdə saxlayirlar görün nə qədər zərərli olur
rana969 rana969 11 August 2014 22:27 Cavab yaz

Asi,
ELIFВ eliyeva,
Q,
Ulker.Agamali,
mira-kerim,
Dəniz84,
S.N.,
ElladaВ Babayeva,
nigarВ dadasova,
Zehra.,

Şərhləriniz üçün hər birinizə sonsuz təşəkkür edirəm xanımlar. kiss Sağlam olun. smile
Asi88 Asi88 11 August 2014 21:54 Cavab yaz

Narinimdan yene faydali meslehetler cox sagol gulum kiss
ASKIMLA ASKIMLA 11 August 2014 19:23 Cavab yaz

Melumata gore cox sag ol meleyim eziyyet cekmisiniz
qeribe qeribe 11 August 2014 17:32 Cavab yaz

Çox gözəl xəbərdir Narinim. Xəbər üçün təşəkkürlər. give_ros
ulka-894 ulka-894 11 August 2014 17:13 Cavab yaz

Qarğıdalı yağı daha çox həm də hər zaman istifadə etdiyimiz yağdır,həm də onun qırışlaar üçün vastə olduğunu bilmirdim melumat üçün çox sag ol
raya-23 raya-23 11 August 2014 15:42 Cavab yaz

Bizdede cox vaxt qargidali yagindan istifade edirik
Deniz84 Deniz84 11 August 2014 14:50 Cavab yaz

Çox gözəl xəbərdir Narinim. Mən günəbaxan yağına üstünlük verirdim bu günə kimi, Ancaq Qarğıdalıyağında daha az kalori olduğuğunu öyrəndim sayəndə. Sağ ol canım.
x women x women 11 August 2014 13:38 Cavab yaz

Cox saq ol,Narin. Cox deyerli melumatlar aldim bu xeberinden.Allah razi olsun,gozelim.Men daha cox qarqidali yaqindan istifade edirem.
Ellada84 Ellada84 11 August 2014 13:06 Cavab yaz

Seçilmişlərə əlavə elədim..Bizdə bitgi yağından istifadə edirik.
girl_2014,nigar girl_2014,nigar 11 August 2014 12:33 Cavab yaz

Xeber ucun tesekurler girl_ang
bay_gril89 bay_gril89 11 August 2014 08:59 Cavab yaz

Xəbər üçün təşəkkürlər,məndə demək olarki bitgi yağından çox istifadə edirəm.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика