Giriş
Bağla

Göz formanıza görə makiyaj üslubu

GÖZƏLLİK / Makiyaj

Makiyaj edərkən üz formanıza diqqət etməyiniz vacibdir. Hər makiyaj üslubu hər üzə uyğun gəlmir. Bu, həm də gözlərin makiyajına aiddir. Başqasında çox bəyəndiyiniz göz makiyajının sizə yaraşmamasının səbəbi də bundan irəli gəlir ki, üz və göz quruluşu hər kəsdə fərqlidir. 

Göz tipinizi öyrənib ona uyğun makiyaj etmək həm gözlərinizə çox yaraşacaq, həm də gözlərinizin diqqət mərkəzində olmasına səbəb olacaq. 

Göz formanıza görə makiyaj üslubu

Aralı gözlər

Gözləriniz bir-birindən aralıdırsa, makiyaj edərkən gözlərinizin içini daha ön plana çıxarmalısınız. Gözləri bir-birinə yaxınlaşdırmaq üçün burnun ucuna tünd rəngli tonal krem çəkilməli, qaşlara doğru yayılmalıdır. Qalın tuş sürtərək diqqəti kirpiklərinizə verə bilərsiniz.

Yaxın gözlər

Gözlərinizin arasındakı məsafə azdırsa, yaxın gözlərə sahibsiniz. Yaxın göz makyajında diqqət gözünüzün uc qismində olmalıdır.

Bu səbəbdən tuşu yalnız gözün ucundakı kirpiklərə sürtün.  Göz mənbəyindən göz qapağının ortasına qədər açıq rəngdən istifadə edin. Göz laynerini gözün mənbəyinə yaxın çəksəniz, gözləriniz daha bitişik görünəcək. Göz laynerini göz qapağının ortasından başlayaraq gözün xarici ucuna doğru çəkin və yayın.

Kiçik gözlər

Balaca gözlərə maliksinizsə, makiyajla onları daha böyük göstərə bilərsiniz. Açıq rəngdə olan qələmi ilə gözünüzün iç tərəfinə aydınlıq verə bilərsiniz, bu, gözlərinizin daha böyük görünməyinə səbəb olacaq. Bundan başqa, kirpik üstünə və qaş altlarına açıq rəngli göz kölgəsindən istifadə etməklə daha iri görünüş verə biləcəksiniz. Göz qapağınıza açıq rəngli kölgə sürtün və orta tündlükdə mat rənglə kölgələndirin. Alt və üst kirpiklərinizə tuş sürtməyi unutmayın.

Qabarıq gözlər

Qabarıq gözləriniz varsa, doğru kölgə "texnikası" ilə mükəmməl göz makiyajına sahib ola bilərsiniz. Göz qapağını tünd rəng kölgə ilə kölgələndirərək qaşa doğru açılan bir rəngə uyğunlaşdırın. Tünd rənglər gözlərinizi olduğundan daha batıq göstərəcəyi üçün dumanlı göz makiyajı tam sizə görədir.

Çuxur gözlər

Çuxur gözlər olduğundan daha kiçik göründüyü üçün bir neçə üsulla daha diqqətəçarpan hala gətirmək gərəkdir. Bunun üçün göz qapağınıza havalı bir rəng sürtüb, kölgəni çuxurun həmin yuxarısına qədər yaymalısınız. Göz qələmi və dip-lineri göz qapağınıza incə bir şəkildə çəkməyə səy göstərin və tuşu üst hissəyə qalın, alt hissəyə isə daha incə bir formada çəkin.



Şərhlər (68)

Milana.M Milana.M 1 August 2017 15:48 Cavab yaz

İri gözlər tipinə aidəm. Şəkillər çox göəldir.
girl_1999nilawka girl_1999nilawka 12 September 2016 17:04 Cavab yaz

Maraqli xebere gore cox sag olun give_ros
Nigar Rəhim Nigar Rəhim 14 May 2016 23:51 Cavab yaz

Təşəkkürlər.. give_ros
barbis-1990 barbis-1990 3 August 2015 20:57 Cavab yaz

cox saqolun maraqli meslehete gore
fidancik-91 fidancik-91 24 July 2015 22:04 Cavab yaz

Çox tewekkur edirem maraqli meslehetlerinize gore
rovsane_82 rovsane_82 2 May 2015 18:37 Cavab yaz

Menim gozum qabariqdi
Sadəcə Azər Sadəcə Azər 2 May 2015 17:13 Cavab yaz

Menim gozum ne formadadir hec bilmirem biggrin
zehra_211 zehra_211 21 February 2015 01:16 Cavab yaz

Tessekkurler maraqli xeberdir
SS,, SS,, 5 February 2015 08:55 Cavab yaz

Meslehetler ucun sag olun
SS,, SS,, 16 December 2014 15:28 Cavab yaz

maraqli məlumatdir
Lale_LR Lale_LR 20 November 2014 22:16 Cavab yaz

Öz bədənini,üz quruluşunu tanımaq önəmlidir,yaraşanı etmək lazımdır
Deniz84 Deniz84 13 November 2014 08:35 Cavab yaz

Üz cizgilərinə görə makiyaj edilməlidir. O zaman daha gözəl olar.
zehra 2013 zehra 2013 30 October 2014 00:21 Cavab yaz

Gozel meslehetlerdi amma inanirsiz gozlerimin formasindan bas acmiram
girl_1999,gunka girl_1999,gunka 18 August 2014 20:24 Cavab yaz

Meslehetler ucun sag olun
gozel eliyeva gozel eliyeva 6 August 2014 18:29 Cavab yaz

Men oz makiyaj usulunumu tapmisam ama bunu da deneyerem tesekkurler air_kiss
onurcuq onurcuq 1 May 2014 01:09 Cavab yaz

MEN GUNDELIK GOZ MAKYAJI EDIREM.ARTIQ MENE COX ASANDI.
minira72 minira72 10 April 2014 01:31 Cavab yaz

Mən göz karandaşnı gündəlik sadə çəkməyi xoşlayıram
lolita.lolita. lolita.lolita. 8 April 2014 14:24 Cavab yaz

Kiçik gözlər mənim gözümə uyğun gəlir
gumuska gumuska 6 April 2014 13:13 Cavab yaz

Menim gozume oxsar tapmadim
totu92 totu92 4 April 2014 00:01 Cavab yaz

coxsagolun deyerli xebercun her qadina lazim olan xeberdi
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика