Giriş
Bağla

Ana namizədlərinin duyğularının körpəyə təsiri

Hamiləlik və analıq / Hamiləlik təqvimi

 

Ana namizədlərinin duyğularının körpəyə təsiri

Hamiləliyin 28-ci həftəsindən etibarən hər cür qavrayış qabiliyyəti inkişaf edən körpənin, ananın yediyi bir şokoladı belə fərq edib xoşbəxt olduğu bildirilir. Körpə hələ ana bətnində, ananın psixoloji vəziyyətinə görə şən, kədərli və ya içinə qapalı bir uşaq şəxsiyyətinə bürünür.

Ana kədərli ya da sevincli olduğunda körpənin hərəkətləri də dəyişir. Ana üzüntülüykən hərəkətsiz qalan körpə, sevincliykən hərəkətə keçər. Körpə anasıyla sevinməyə və kədərlənməyə hələ ana bətnində başlayır. Körpənin bu vəziyyəti, analar tərəfindən diqqətli bir müşahidə sayəsində asanlıqla hiss edilə bilər.

Bu vəziyyət xüsusilə stressli iş mühitində işləyən ana namizədləri üçün əhəmiyyətli bir riskdir. Hamilələr, hamiləliyin ilk günündən etibarən özlərini iki insan kimi düşünə bilərlər. Yəni yemək yeyərkən, hətta gülərkən və ağlarkən belə yalnız özlərini deyil, körpəni də düşünmələri lazımdır.

Körpələr ananın psixologiyasını yaxından paylaşırlar. Düşünülənlərin əksinə olduğu mühitin gərgin, ya da dinc olduğunu anlaya bilərlər. Körpələr, doğuma 2 ay qalmış anasının qucağına bir başqa körpəni götürərək sevməsinə təpiklə reaksiya verə bilər. Ancaq, bu reaksiyanın səbəbi hələ dəqiq bilinmir. Ana bətnində xoşbəxt bir dövr keçirmiş olan körpə, doğumdan sonra güclü reflekslərə sahib olur. Çətin hamiləlik dövrü keçirmiş anaların körpələri isə doğumun ardından, müxtəlif sağlamlıq problemləriylə qarşılaşma riski daşıyır. Körpələr irəliləyən yaşlarda belə, ana qarınında yaşadıqlarının təsirində qala bilərlər.

Ana namizədlərinin duyğularının körpəyə təsiri 

Uşağın xarakteri doğumdan deyil, hamiləlikdən etibarən meydana gəlməyə başlayır. 

Hamiləlik dövrü bir çox qadın üçün xoşbəxtlik və kədər, cəsarət və qayğı, təklik və birlik kimi zidd duyğuların bir yerdə olduğu romantik bir dalğalanma dövrüdür.

Ana namizədi bir tərəfdən həyəcanlı bir gözlənti yaşayır, amma bu həyəcana qayğılar da yoldaşlıq edir. Körpənin sağlamlığı, doğum, körpənin qayğısı, əmizdirmə kimi bir çox mövzuda yaşanan, bu qayğılarla baş edə bildiyi ölçüdə stressiz bir hamiləlik keçirəcəkdir. Bu vəziyyət, hələ ana bətnində körpənin də ruhi sağlamlığını yaxından əhatə edir.

Bu dövrdə yaşanan qorxuların və qayğıların çoxu son dərəcə normal haldır. Bu qayğıların bir qismi bədəndəki fiziki dəyişikliklərə bağlı, bir qismi də yaşantılarla əlaqədardır. Bu dövr əslində ana namizədinin özünü, qadınlığını, dəyişiklikləri, duyğularını kəşf etməsi üçün ideal bir dövrdür. Yəni fərqli bir "mən"i araşdırmaq və içinizdə daha əvvəl tanımadığınız duyğularla tanış olmaq, bu dövrü əslində unikal bir dövr edir. Hamiləlik dövrü qısa sürən, amma qadının özü üçün qiymətli bir dövrdür. Ananın etməsi lazım olan qayğıları və qorxuları bu dövrün təbii bir hissəsi kimi qəbul edib, arxasına söykənib hamiləliyin kefini çıxartmaq olmalıdır.

Uşaq böyütmək hamiləlik dövründə başlayan bir müddətdir. Ana namizədi öz duyğularını doğru tanıdıqca, tanımladıqca körpəsinə daha sağlam bir ana modeli yaradacaq. Əgər duyğularını tanımaqdan qaçarsa, onları görməməzlikdən gələrsə, dəstək almazsa gərginlik və stress dolu bir dövr yaşanması və bunun körpəyə də təsir etməsi qaçınılmaz olacaq. Bunlarla başa cıxmaq üçün ailənin dəstəyi vacibdir. 

Ana namizədlərinin duyğularının körpəyə təsiri 

Doğum sonrası psixoloji vəziyyət

Doğum sonrası dövrdə də, eynilə hamiləliyin ilk dövründə olduğu kimi fizioloji dəyişikliklər çox sürətli reallaşır. Hormon səviyyələrindəki sürətli eniş, duyğuların vəziyyətindəki dəyişiklikləri də özü ilə gətirir. Bununla birlikdə başqa faktorlar da, ananın doğum sonrası psixoloji problemlər yaşamasına səbəb olacaq.

Ananın körpə ilə, ailənin gələcək həyatı və nizamı ilə, istərsə də özü ilə əlaqədar bir çox qayğısı olacaq. Körpənin sağlam olub-olmayacağı, körpəyə kifayət qədər yaxşı baxıb-baxmayacağı, maddi olaraq körpəyə kafi olub-ola bilməyəcəyi, körpəni əmizdirib-əmizdirə bilməyəcəyi, digər uşaq ilə körpənin bir-birləri ilə uyğunlaşması, yoldaşı ilə ünsiyyət, işə geri dönəcəksə, körpənin baxımı kimi bir çox mövzu ananı narahat edir.

Bu qayğılar, tez ağlama, yorğunluq, duyğuların qısa müddət içində xoşbəxtlik-bədbəxtlik arasında dəyişməsi, hirs böhranları, iştah itkisi, yuxusuzluq kimi əlamətlər şəklində ortaya çıxa bilər. Ancaq bu vəziyyət qısa müddətlidir. Hər ananın doğumdan bir neçə gün sonra yüngül, ya da sıx olaraq yaşayacağı və 1-2 həftə ərzində keçməyəcək bir vəziyyətdir. Bu dövrdə ananın, xüsusilə həyat yoldaşı ilə müsbət əlaqələr içində olması dəstəkləyici olacaq. Yalnız olmadığını hiss etməsi, birlikdə zaman keçirmək, körpənin baxımını paylaşmaq, istirahət etməsi üçün imkan yaratmaq, doğru qidalanmaq, fiziki baxımına laqeyd yanaşmamaq bu dövrü asan keçirməyə təmin edəcək.

Əgər doğum sonrası görülən bu duyğu dəyişiklikləri 2 həftədən uzun sürərsə, ananın ətrafı ilə və xüsusilə körpə ilə ünsiyyətini pozursa, iştah və yuxuda azalma, pessimizm, istəksizlik, bədbəxtlik, hirs, diqqətsizlik, unutqanlıq və intihar fikirləri varsa, mütləq bir mütəxəssisdən kömək almaq lazımdır. Doğum sonrası depressiyası olaraq adlandırılan bu vəziyyətin müalicəsi üçün, ananın müalicə və dərman dəstəyi alması, atadan və ailədəki digər kəslərdən də məsləhət alaraq anaya necə kömək edəcəkləri mövzusunda məlumatlandırılmağı əhəmiyyətlidir.



Şərhlər (35)

Iceberg Iceberg 28 July 2017 15:02 Cavab yaz

Uşağın xarakteri doğumdan deyil, hamiləlikdən etibarən meydana gəlməyə başlayır.
Asi88 Asi88 21 June 2014 08:34 Cavab yaz

MAVISВ KIZВ ,В BAHARВ CICEYI,
cox sagol canm give_ros
gozel eliyeva gozel eliyeva 29 May 2014 12:40 Cavab yaz

Ayyy cox maraqli xeberdir ve faydalidir analar da oz duygularina hakim ola bilmirler cray
Asi88 Asi88 27 February 2014 10:22 Cavab yaz

gulnarВ qehramanli,
Ilk once sizi tebrik edirem uzurlu sayn cavablandrmaqda gec qaldin artiq ovladvz dunyaya gelib ve munasibetle sizi tebrik edirem atali anali boyusun //sualiviza gelince tebiiki bunlarn korpeviize tesiri olacaq amma narahat olmayin bu ovladvizin bedbin olmasi kovrek olmasi demek deyil /serhe gore tesekkurler give_ros
gulnar,
AMIN INSALLAH girl_ang
gulnar87 gulnar87 26 December 2013 22:45 Cavab yaz

sorry Allah bütün qadınlarımıza bu gözəl hissi yaşatsın
xosbext sevgi xosbext sevgi 19 December 2013 14:51 Cavab yaz

SALAM,MEN HAMILEYEM 8 AYIN ICINDEYEM,DEMEK OARI, BUTUN GUN EVDE TEK OLURAM,OZ OZUME DANISIRAM,BEZEN KOVRELIREM,COX HESSAS OLMUSAM.INDI MENIM KORPEM NE XASIYETDE OLACAQ?
Asi88 Asi88 17 December 2013 13:45 Cavab yaz

SUSENВ MUELLIME,
Allah saxlasin /serhe gore cox sagol
S U SE N S U SE N 28 November 2013 14:06 Cavab yaz

HAMILE VAXTI OQEDER HESSASIDIMKI USAQ
KIMI AGLAYIRDIM YEZTEZ
ELEBIL USAQ OZUM IDIM QARNIMDAKI YOX HA
HA
HA
Asi88 Asi88 8 November 2013 10:28 Cavab yaz

Mehran,
ata olmaqda sevinclidir ama ananin duygularindan danisiriq ve bu duygularin betnindeki korpeye tesirinden cunki burda ananin rolu daha coxdur.
В ,
IbrahimovaВ Gulya,
BIBIXANIM,
Dəniz84,
AYSUNВ MEMMEDOVA,
Serras,
RamileВ Husna,
Fidan,
MAYAВ EL,
garibeВ mamedova,
HappinessВ lady,
GulsenВ В Isi,
ToRmEnTo,
meryemВ eliyeva,
Memmedova.F,
Yasemen,
AykaВ S,
Sirli_dunyam,
PERVANEВ ELIYEVAВ .......,
Sahile.,
DENIZ,
fidanВ ,
gulyahebibzade,
Ramazanova(Evli),
SamireВ Qasimova,
haminiz coooooox sagolun xeberin dercinde eziyyet ceken her kese tesekkurler give_ros
Samire Qasimova Samire Qasimova 24 October 2013 15:22 Cavab yaz

allah sizleri qorusun bacilarim men de cox istiyirem 2 usaxi qucaxima alim insallah gozel hisslerdir butun hamile bacilarmida tebrik edirem allah sizleri herzaman qorusun birdeki her gece yatmamisdan qabax ayetul kursusunu oxuyun sizleri pis seylerden qorusun rabbim insallah opdum give_ros
Kona Kona 17 October 2013 23:38 Cavab yaz

Cox maariflendirici xeberdi mutleq nezere alacam Coxsagolun xeber ucun sherhlerden de xeyli shey oyrenmish oldum Allah razi olsun!Allah butun arzusunda olannara qismet Elesin!Hamillere ise sag salamat korpelerini dunyaya getirsinner

ToRmEnTo,
Cox sevindim Inshallah sag salamat qucaginiza alasiz korpenizi
gulya90 gulya90 17 October 2013 18:50 Cavab yaz

cox sagolun usaqim yoxdu hamiler olan zaman mutleq bunlara yazilanlara emel edecem yazi ucun minnetdaram
boy-2010, boy-2010, 17 October 2013 01:06 Cavab yaz

men hamilliyimde cox cetinlik gormusem yadima salmaq istemirem
girl_cray
DЖЏNД°Z DЖЏNД°Z 16 October 2013 22:22 Cavab yaz

ALLAH BÜTÜN QİZLARIMIZA BU HİSİ YAŞATSIN TEŞEKKÜRLER [/i]
Sahile. Sahile. 16 October 2013 22:10 Cavab yaz

bu heqiqeten beledi.vacib xabar idi.mance herkes oxuyub netice cixartsin.ana olmaq asan deyil.her qadina nesib olsun ana olmaq amin
Ryos Ryos 16 October 2013 20:30 Cavab yaz

Niye her kes analiq duygusundan danisir?Ata olmaq o qeder de sevindirici deyilmi?

Cunki korpesini Ana betninde 9 ay gezdirir Ata yox.9 aydan sonra cetinlikle o korpeni bu ishiqli dunyaya Ana getirir Ata yox.Atada ise Ataliq hissleri bir nece vaxtdan sonra oyanir.Ona gorede xanimlarimiz Analiq duyqusunnan boyuk bir mehebbetle danishirlar. good
Angel_sity Angel_sity 16 October 2013 18:41 Cavab yaz

dogru melumatlardir.2-ci qizimda her weye esebilewirdim indi ise qizima baxib yadima duwur o gunlerim uwaq eynen menim kimidir her weye eseblewir tewekurler
Ayka sevgi Ayka sevgi 16 October 2013 18:29 Cavab yaz

hE DUZDUR cunki halin pis olanda bebişde tepikliyir oda sixilir ALLAHİM OLMUYANLARA BU HİSSİ YASATSİN ELECEDE XEBERİN MUELLİFİNE
Yaso Yaso 16 October 2013 15:39 Cavab yaz

Burda yazilanlarin coxuyla tam raziyam,Asi canim menim insallah bu hissleri yasamaq senede qismet olar
Canam Huseynim Canam Huseynim 16 October 2013 15:29 Cavab yaz

bu heqiqetende beledir.ananin kecirdiyi butun hissler ovladina tesir edir man ilk hamileliyimde butun aylari Quran dua oxumaqla kecirmisem hamileler ucun dini cedvel var onun hamisini yerine yetirmisem.oqlum doqulanda hekimi mene dediki sen 9 ayi hec eseblesmemeisen?bu usaqin trammasi ola-ola cox sakitdi hec aqlamir.onun ucun korpe vaxti Quran surelerini hemen oxuduqum dualari qosurdum saatlarla qulaq asirdi.her yatanda Quran sei ile yatir indiye qeder.2 yasi var namaz vaxti yanimda durur butun hereketleri nece lazimdi eliyir.ama qizima hamile olanda cox esebi olmusam ele seyler olubki mene tesir eliyib hamile qizim indi cox esebidi nevroloji mualice alib.narahat usaqdi.ALLAH haminin balasin saxlasin hamiha normal gozel hamilelik ve saqlam ovladlar versin.xebere gore cox minnetdaram.

sehvlerim olub yazida baqislayin... wassat
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика