Giriş
Bağla

Neqativ düşüncələrdən qurtulmağın 5 yolu

CƏMİYYƏT / Şəxsi inkişaf

 

Neqativ düşüncələrdən qurtulmağın 5 yolu

 

Daima düşünərək problemlərimizi təkrar-təkrar nəzərimizdə canlandırmaq, problemlərimizi yenidən xatırlamaq və beyinimizi həmişə yaşadığımız arzuolunmaz hadisələrlə məşğul etmək sağlamlığımız üçün olduqca zərərlidir. Bu vəziyyətə psixologiyada ruminasiya (gövşəklik) adı verilir.

 Əgər bunları yaxşı başa düşürsünüzsə, üzülməyin, tək deyilsiniz. Bu çox insanın yaşadığı ortaq bir problemdir.

Ruminasiyanın zərərləri

 Neqativ düşüncələrə fokuslanmaq, zehni sağlamlıq problemlərinə yol açır. Araşdırmalar göstərir ki səhvləriniz və problemləriniz haqqında çox fikirləşməyiniz, sizdə daha çox depressiyaya, psixoloji travmadan sonra yaranan stress pozuntusuna (PTSD) və həyəcana (anxiety disorder) yol açır.

Neqativ düşünmək, buraxılması çətin bir çıxılmaz dairə halını alır. Zaman keçdikcə bu düşüncə tərzi pis bir vərdişə çevrilir və çıxılması çətin olan bir dairə olur. Əvvəlcə problemlərinizi düşünürsünüz, sonra özünüzü günahlandırırsınız, "özgüvəniniz" aşağı düşür, stress artır, depressiyaya girirsiniz və bu vəziyyətinizlə problemləri daha çox beyninizə salırsınız. Bəzi araşdırmalara görə ruminasiya duyğusal stressi artırır ki, bu da narkotik maddə istifadəsi və ya qida pozuntusu kimi problemlərə yol aça bilir.

Qarşısı necə alına bilər?

Əgər yaşadığınız problemlər qarşısında özünüzü günahlandırmağa meyllisinizsə, düşüncə tərzinizi dəyişdirməyə çalışın. Bu təbii ki, praktikada tətbiq etməyinizə və əzminizə bağlı şəkildə dəyişəcəkdir və belə etməyiniz özünüzü yaxşı hiss etmənizə səbəb olacaqdır.

1. Hadisə baş verəndə fərqinə varın.

Nə qədər ruminasiya (gövşəklik) etsəniz, o qədər çox neqativ dairənin içərisinə daxil olarsınız. Düşüncə alışqanlıqlarınızın fərqinə varın və neqativ fikirlərin beyninizdə canlandığı zamanlarda, bütün diqqətinizi ona verin. Neqativ düşündüyünüzün "fərqinə varanda" o düşüncəni daha tez dəyişə biləcəksiniz.

 

Neqativ düşüncələrdən qurtulmağın 5 yolu

 

 

2. Problemləriniz üçün çözümlər axtarın.

Problemlərinizi sadəcə düşünməklə yetərlənməyin, onları həll etməyə çalışın. Özünüzdən edə biləcəyiniz şeyləri soruşun, səhvlərinizdən öyrənin və bunlardan özünüz üçün dərslər çıxarın.

3.Düşünmək üçün özünüzə vaxt ayırın.

Beyniniz, gündəlik həyata davam edə bilmək üçün bəzi şeyləri müəyyən proseslərdən keçirməyə ehtiyac duyar. Gündə 20 dəqiqə sadəcə düşünməyiniz üçün özünüzə vaxt ayırın. Əgər başqa vaxtlarda ruminasiya etməyə başlasanız, bunu özünüzə tez xatırladın: "Bunları indi yox, özümə ayırdığım 20 dəqiqə ərzində düşünəcəyəm"-deyin. Daha sonra öz işinizə və ya həyatınıza davam edin. Belə etdikdə mənfi fikirləri dayandırmaq üçün sizə fürsət yaranacağını görəcəksiniz.

4. Fikrinizi dağıdın.

Unutmayın ki, bir şeyi unutmaq istəyərsinizsə, onu unuda bilməzsiniz, tam əksinə, daha çox xatırlayırsınız. Fikirlərinizi dağıtmağınızın yolu bu deyil, özünüzü başqa bir işlə məşğul edin.

5.Ən önəmlisi fərqindəlikdir.

Burada fərqindəlik dediyimiz şey (mindfulness) yaşadığımız anın "hal-hazırda və indi" olduğunu anlamaqdır. Belə düşünəndə tamamilə içində olduğunuz anı yaşayarsınız. Meditasiya kimi bu da əlbəttə ki, praktikada tətbiq tələb edir, amma zaman keçdikcə ruminasiyanı aşağı saldığının fərqinə varacaqsınız.

Qaynaqlar:

Amy Morin - What Mentally Strong People Don't Do.

[n] Beyin.

Tərcümə və tərtib: Coşqu İsmayılzadə



Şərhlər (2)

Ellada84 Ellada84 28 March 2016 19:26 Cavab yaz

Unutmayın ki, bir şeyi unutmaq istəyərsinizsə, onu unuda bilməzsiniz, tam əksinə, daha çox xatırlayırsınız. Fikirlərinizi dağıtmağınızın yolu bu deyil, özünüzü başqa bir işlə məşğul edin.
sema_arzum sema_arzum 28 March 2016 18:38 Cavab yaz

Unutmayın ki, bir şeyi unutmaq istəyərsinizsə, onu unuda bilməzsiniz, tam əksinə, daha çox xatırlayırsınız.
dash

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика