Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.
Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.
Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.
Bu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.
Amma, istənilən kasıb insan kimi, o da «böyümək» və öz yaşıdlarını ötüb keçmək istəyirdi. Və Deyl onu varlı uşaqlarından fərqləndirən yeganə üstünlüyünü tapdı-natiqlik məharətini. Karneqi deyirdi ki, o təkcə kollecdə öz nitqini məşq etdirmirmiş, fermada, evdə də buzovla, atla, qoyunlarla danışırmış. İlk vaxtlar bunun bir faydası olmur. Kurs yoldaşları yenə də ona gülür, zarafat edirdilər. Bir ara ruh düşkünlüyünə uğrayan gənc Karneqi hətta həyatla vidalaşmaq haqda da düşünür. Amma dərhal özünü ələ alaraq yenidən məşqlərə başlayır. Sonda, ünsiyyətcil tələbə müzakirə dairələrinə qəbul olunur. Burada onun istedadı üzə çıxır! Deyl o qədər məharətli çıxışlar edirdi ki, bir çox tələbə Deyldən onların repetitoru olmağı xahiş edirdilər.
Tezliklə Karneqinin təhsili başa çatdı. Həyatda öz yerini təyin etmək vaxtı çatmışdı. Karneqi fermerlərə natiqlik dərsləri vermək qərarına gəlir. Bu məqsədlə qəzetlərə elan yerləşdirir. Amma sağım, məhsul yığımı, alaq işlərini atmaq istəyənlər tapılmır.
Deyl yenidən depressiyaya düşdü. Hər şeyi atıb son puluna Omahu şəhərinə (Nebraska ştatı) bileti aldı. Orda özünə otaq tutub bekon, sabun və sala satışı üzrə agent vəzifəsində çalışmağa başladı. Burada gərgin işləsə də macal tapıb insanlarla ünsiyyət qurmaq haqqında balaca bir kitab yazır. Deyilənə görə o ev-ev gəzdiyi zaman insanlara təkcə bekon və sala almağı deyil, öz kitabını da təklif edirmiş. Deyl Karneqinin kitabına bir neçə ay ərzində yalnız bir alıcı tapıldı.
«Mən öz işimə nifrət edirdim, ucuz mebelli, tarakanlarla dolu otaqda keçən həyatıma nifrət edirdim. Ucuz, çirkli yeməkxanalarda qidalanırdım. Mən çox bədbəxt idim» — Deyl Karneqi o illəri yada salarkən deyirdi. Bu vaxt intihar haqqında da düşünürdü…
Amma arzusu onu həyatda qalmağa vadar edirdi. Bekon, sabun və sala satışından əhəmiyyətli dərəcədə məbləğ yığılanda-500 dollar-o, natiqlik və səhnə bacarığı məktəbini açmaq qərarına gəlir. Bu zaman uğur onun üzünə gülür. Böyük depressiya dövründə minlərlə insan onlara itirilmiş kapitalnıı qaytarmağa kömək edəcək o qurunu gözləyirdi. Belə quru isə Deyl Karneqi oldu. Onun qonorarları hər ay artırdı, Amerikanın hər yerindən çıxış üçün dəvətlər gəlirdi.
1936-cı ildə Deyl Karneqinin ən məşhur kitabı işıq üzü gördü: «Necə dost qazanmalı və insanlara təsir göstərməli». Kitabın əsas şüarı belə idi: “Müvəffəqiyyət qazanacağına inan və sən ona nail olacaqsan". Deyl Karneqinin bu kitabı dünya bestsellerlərindən biri oldu.
Karneqi ABŞ-da meqaulduza çevrildi. O, öz məsləhətlərini hamıyla və hər sahədə paylaşırdı; biznesmenlərə — biznesdə, fermerlərə — kənd təsərrüfatında, qadın və kişilərə — şəxsi münasibətlərdə. Karneqinin şəxsi həyatının müvəffəqiyyətsiz olduğunu isə çox az adam bilirdi, onun birinci nikahı boşanmayla bitmişdi, ikinci nikah da Deyla bədbəxtlik gətirmişdi. Amma bu məlumatlar ictimaiyyət üçün deyildi, o xoşbəxt ailə başçısı rolu oynayırdı.
Deyl Karneqinin həyatının sonu da kədərlidir. Həkimlər ona Hockina xəstəliyi diaqnozu qoymuşdular. Müalicə nəticə vermirdi. Karneqi yenidən intihar haqqında düşünməyə başlamışdı… Beləliklə natiqlik sənətinin mahir bilicisi, pozitiv düşünmə və özünüinkişaf mütəxəssisi 1 noyabr 1955-ci ildə həyatına son qoydu.
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Arizona (Glen Canyon)
Ərikli-çiyələkli piroq(foto resept)
Məktəblilərin ağır çantaları: nə etməli?
İtburnu: dərdlərə dərman, ətirli və faydalı
Yağış yağacaq
Dubayda dünyanın ən hündür oteli açılır
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
Günün qoroskopu - 11.12.2013
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Həm arıqla, həm də sağlam qal
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçiriləcək
Sən kişi olsaydın...
Hadisə 33 saata klip çəkdi
Şagirdlərin tətil günləri başladı
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO
Tələbələrə təqaüdlər necə ödəniləcək? - Nazirdən AÇIQLAMA
Bensu Soralın toyundan FOTOlar
Məzardan çıxarılan meyit gülümsədi – Şok olay
Bu gün ali məktəbə qəbul imtahanı gedir
Madrid derbisində Xocalı qurbanlarının xatirəsi anıldı
Qaraciyər yağlanmasının səbəbləri
Can Yaman anası ilə -FOTO
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
İstirahət günlərinin hava proqnozu
Ecazkar xanımlar üçün geyimlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb
Dünya bu adamdan danışır
Üzən evlər
60 il bir yerdə yaşamış cütlük eyni gündə koronavirusdan vəfat etdi
Hərbi hissələr Gəncədən çıxarılır
ABŞ bunu etsə, savaş olacaq
Xanımlar üçün paltolar
Günün ulduz falı - 09.12.2013
Mazda MX-5 GT təqdim olundu
Yeni klipində gözəgörünməz oldu
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeni ağaclar əkildi
Dünyanın ən məşhur köpəyi öldü
Qan təzyiqinə nəzarət edən qüsursuz sistem
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər
ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA
Aybaşı zamanı problemlər
Dollar yenə bahalaşdı
Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Buse Varolun geyimi tənqid olundu-FOTO
"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası
"Qarabağ" azarkeşlərinə şad xəbər
- ŞƏRHLƏR