Giriş
Bağla

Uşağınız iştahsızdır?

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Uşağınız iştahsızdır?

Uşağınız iştahsızdır? Onu yemək yeməyə həvəsləndirmək üçün “Qardaşın yeməyini qurtardı, sən hələ də qurtarmamısan” kimi müqayisələr etməyin. Yeməyini qurtardıqdan sonra mükafatlandırın. Süfrədə yeməklə bağlı mənfi sözlərə və ya ifadələrə yol verməyin.

1. İştahsızlığın fizioloji və ya psixoloji səbəblərdən irəli gəlib-gəlmədiyini müəyyən edin. Əgər bu səbəblərdən hər hansı biri varsa, müalicə edin.

2. Ailədə problemlərinizi həll edin. Əgər ehtiyac varsa, hər hansı bir mütəxəssisdən məsləhət alın.

3. Süfrədə uşağın diqqətinin dağılmasını və ya yeməyini ağzında saxlamasını səbrlə qarşılayın. Onu yemək yeməyə məcbur etməyin.

4. Uşağın yemək vaxtına qədər “fast food” qidalardan istifadə etməsinə imkan verməyin.

5. Yeməyini müəyyən edilmiş saatlarda verməyə çalışın.

Uşağınız iştahsızdır?

6. Yemək saatında yemək yeməyən uşağın arxasınca gəzməyin. Qoy uşağınız yeməyi süfrə arxasında yeməyə vərdiş edin.

7. “Qardaşın yeməyini qurtardı, sən hələ də qurtarmamısan” kimi müqayisələr etməyin.

8. Yeməyini qurtardıqdan sonra mükafatlandırın. Ancaq elə edin ki, bu, uşağınızda vərdişə çevrilməsin.

9. Uşağınıza iştahını nəzərə almaq şərti ilə az yemək qoyun. Əgər doymasa, sonradan boşqabına az-az yemək qoymaqla “mükafatlandırın”.

10. Süfrədə yeməklə bağlı mənfi sözlərə və ya ifadələrə yol verməyn.

Uşağınız iştahsızdır?

11. Eyni yeməkləri tez-tez bişirməyin.

12. Tərkibində karbohidrat və protein olan qidalara üstünlük verin.

13. Süfrə arxasında xoşagəlməz şeylərdən danışmayın.

14. Uşağınıza həddindən çox inək südü verməyin. Çünki belə uşaqlarda başqa yeməklərə qarşı iştahsızlıq meydana gəlir. Bu isə nəticədə qanazlığına səbəb olur. Digər tərəfdən, belə uşaqlarda gələcək yaşlarda allergik və diabet xəstəliyi yaranması ehtimalı da artır.

15. Uşağın hər şeydən əvvəl bir fərd olduğunu unutmayın. Buna görə də ona süfrədə müstəqillik verin.

Uşağınız iştahsızdır?

16. Tənqiddən və zorakılıqdan uzaq olun. Cəzalandırılan uşaq etirazını sizə yemək yeməyərək göstərə bilər.

17. Yeməkləri yaxşı bişirin. Digər tərəfdən unutmayın ki, yeməklərin yaxşı bişməsi qədər ləzzətli olması da çox vacibdir. Başqa sözlə, yaxşı bişməmiş, dadsız-duzsuz yeməklərdən iştah gözləməyin.

18. Əgər hava o qədər də pis deyilsə, uşağınızı evdə "həbs etməyin”. Açıq havada gəzinti və ya oyun uşağınızı iştahını aça bilər. Uşağınızın yeməklərini də bu şəraitdə yeməsinə imkan yaradın.

19. Siz də uşaqlıqda iştahsız olduğunuzu unutmayın.

20. İştah dərmanı adı altında satılan dərmanlardan uzaq olun.



Şərhlər (28)

rovsane_82 rovsane_82 17 April 2015 12:05 Cavab yaz

Çükür olsun qızlarımyemək problemi yoxdu.Azda olsa yeyirlər.
ESNA_2012 ESNA_2012 20 November 2014 07:37 Cavab yaz

Oglum çox iştahsısdı ,qızım şukur yaxşıdı iştahda maşallah
Lale_LR Lale_LR 20 November 2014 03:50 Cavab yaz

Burda göstərilən bəzi "etməyin"ləri etsəm də, yeməklə bağlı problem demək olar yaşamırıq.çox şükür.Məncə iştahsızlıq daha çox evin tək uşaqlarında olur,yoxs ahəvəs-həvəsə yeyirlər
gozel eliyeva gozel eliyeva 29 May 2014 13:35 Cavab yaz

Yoxxx men ozum istahsizamm recourse
Qizil Gul-1990 Qizil Gul-1990 1 April 2014 11:20 Cavab yaz

Sevgi., give_ros
Menim balamda süd içmir.
MiniraВ Aslanzade, give_ros
serhleriniz üçün təşəkkür edirəm.......
Sevgi. Sevgi. 1 April 2014 11:15 Cavab yaz

Menim oglum xeste olanda yaxsi yemir ondada dalinca dusmurem acanda ozu gelib yeyir O yemeyende menimde iştahim olmur Basqa vaxt şukur yaxsidi Şukur yemekleride dadli bisirenem Birce problemim budurki menim balam sud hec icmir onu bilmirem nece oyredim Bilen varsa yazinda mene eziz xanimlar
minira72 minira72 22 March 2014 21:19 Cavab yaz

Təşəkkürlərrrr,faydalı məsləhətlərdir
Qizil Gul-1990 Qizil Gul-1990 22 March 2014 21:17 Cavab yaz

в–ђв–єSabinaв—„в–Њ,
AylinВ Memmedova,
give_ros give_ros
teris7777 teris7777 22 March 2014 20:53 Cavab yaz

Analarimiz ucun faydali xeberdir tewekkurler
Aynur85 Aynur85 8 March 2014 13:19 Cavab yaz

Çətin məsələdir
Qizil Gul-1990 Qizil Gul-1990 6 March 2014 21:40 Cavab yaz

AytacВ MvaВ ,
zehra,
give_ros give_ros kiss
Aytac M-ca Aytac M-ca 6 March 2014 17:19 Cavab yaz

MENIMDE BOYU OGLUM MENI INCIDIR YEMIR TESEKKURLER CANIM
bay_gril89 bay_gril89 3 March 2014 09:31 Cavab yaz

MARAQLI MƏLUMATDIR.TƏŞƏKKÜR EDİRƏM.
Qizil Gul-1990 Qizil Gul-1990 3 March 2014 06:41 Cavab yaz

Ruhəngiz,
PƏRVANƏВ ƏLİYEVA......,
GültənВ В MİR,
give_ros give_ros give_ros
Biricik72_88 Biricik72_88 2 March 2014 21:34 Cavab yaz

Mənim qızım yeməyə oturanda axırıncı şəkildəki kimi oturur angry əsəblərim qalxırdaa.. nə deyirsən de yeməy demədə bu uşağa nç nç ireful
Ryos Ryos 2 March 2014 21:20 Cavab yaz

Cox shukurler olsunki ele problemleri yashamamisham.Yemey elimde saatlara ushaq dalinca dushmemishem..Ikiside Mashallah olsun dashdan yumshaq ne olub yeyibler.Cox saqolun faydali meslehetlere gore.. give_ros
ruzigar ruzigar 2 March 2014 21:16 Cavab yaz

Qızıl Gül bacım xəbərə görə sənə çox təşəkkür edirəm.Gənc analar bu gözəl məsləhətlərdən yararlana bilər.
Qizil Gul-1990 Qizil Gul-1990 2 March 2014 20:45 Cavab yaz

♥AynişkaВ Gülüm♥,
Arzu,
vefa.coshqun,
NarınВ , kiss
give_ros give_ros give_ros give_ros
rana969 rana969 2 March 2014 20:40 Cavab yaz

Təşəkkürlər canım analar üçün vacib məsləhətlərdir kiss
vefa93 vefa93 2 March 2014 20:14 Cavab yaz

Bilmirem ki, istahdizdi ya yox mocking yoxdu hele
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика