Bir çox hallarda hamiləlik zamanı işi dayandırmağa ehtiyac yoxdur. Halbuki, zəhərli maddələrlə, zərərli faktorlarla əlaqədar olan iş şəraitində hamilə qadınlar çalışmamalıdırlar. Digər hallarda isə hamilə qadının çalışması onun ancaq xeyrinə ola bilər. Əvvala, iş sizin aktivliyinizi təmin edəcək, ikincisi, hamiləlik zamanı yarana bilən eqosentrik özünəqapanma hallarının yaranmasının qarşısını alır, üçüncüsü isə ictimai sosial mənəvi dəstək almaq imkanı yaradır. Əgər hər şey qaydasında olarsa, işi tam doğuşa qədər davam etdirmək olar. Hamiləliyin ilk aylarında yaranan yorğunluq hissinə baxmayaraq, işi dayandırmaq üçün heç bir real səbəb yoxdur. Tibbi nöqteyi-nəzərdən işi davam etdirmək sağlamlıq vəziyyətindən, iş növündən və qadının bacarığından asılıdır.
Diqqət, qarın!
Hamiləlik zamanı əsas diqqəti qarın cəlb edir. Uşaq günü-gündən böyüyür və get-gedə rahatlıq üçün ona daha çox ərazi tələb olunur. Lakin onun üçün rahat beşik hesab olunan qarın anaya bir çox naraharlıqlar yaradır. Hamiləliyin sakit keçməsi üçün bir sıra qaydalara əməl etmək lazımdır.
Qarın nahiyyəsinin dərisində yaranan dartılmalar və ya dəri çatları köndələn və qırmızı rəngdə olur. Bir qayda olaraq, onlar hamiləliyin son aylarında yaranır. Doğuşdan sonra onlar ağ-gümüşü rəngə çalır və bir qədər qısalır.
Deyilənə görə, bu çatların qarşısını almaq üçün bir sıra metodlar mövcuddur. Lakin onların heç biri yüz faiz müsbət nəticə vermir. Bir sıra krem və losyonların tətbiqi də kömək eləmir, çünki bu çatların yaranması da hormonal dəyişikliklərlə əlaqədardır və onların yaranması genetik hesab olunur. Odur ki, bəzi adamlarda çatlar tez bir zamanda sürətlə artır, digərlərində isə çox az hiss olunur.
Bəzi həkimlər öz təcrübələrinə arxalanaraq bədən çəkisini azaltmaqla çatların əmələ gəlməsinin qarşısını almaq mümkün olduğunu iddia edirlər. Həmçinin tərkibində meyvə turşuları olan qidalandırıcı kremlərdən istifadə qadınlarda çatlar yaransa da, dəri doğuşdan sonra daha tez bərpa olunur. Belə kremləri göbəkətrafı, qasıq və bədənin yan tərəflərinə sürtmək lazındır. Yüngül masaj edərək dəriyə yeritdiyiniz krem buynuzlaşmış hüceyrələrin kənar edilməsinə, yeni hüceyrələrin daha tez yaranmasına kömək edir. Kremlər dəriyə təsir edərək, onun turqorunu yüksəldir, dərinin oksigenlə təchizatını yaxşılaşdırır, qan dövranını gücləndirir. Belə masaj hər gün 5-10 dəqiqə müddətində, xüsusi ilə son aylarda aparılmalıdır.
Çox vaxt hamiləlik zamanı dəridə piqment ləkələri yaranır, çalışın günün altında olmayın, dərinizi xiyar və cəfəri losyonu ilə silin. Əgər qarın nahiyəsində tük örtüyü artmışdırsa, qoy bu sizi qorxutmasın. Bu ancaq sizin körpənizin böyüməsini göstərən bir əlamətdir: onun böyrəküstü vəziləri androgenlər - kişi cinsi hormonları ifraz etməyə başlamışdır. Bu tükləri kənar etmək üçün elektrodepilyasiya və mumla depilyasiya tətbiq etməyin, çünki bu, qarında ağrı və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Krem-depilyatorlardan, 3%-li hidrogen peroksiddən istifadə edə bilərsiniz.
Yaddan çıxarmayın ki, geyindiyiniz paltarlar rahat olmalıdır. İndi xüsusi dükanlarda bütün tələblərə cavab verən xüsusi geyimlər ala bilərsiniz.
Çalışın kəmər taxmayın, ətək və şalvarınız çəkməli olsun, sarafan və kombinezonlar da sizin üçün rahat olacaq. Xüsusi corablar geyinin, korsetlərdən imtina edin, 4-5 ayından başlayaraq isə bandajdan istifadə etməyə başlayın.
XƏBƏR LENTİ
Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO
İncə telli saçları necə həcmli etmək olar?
Günün ulduz falı - 02.09.2013
Baş pediatr valideynlərə xəbərdarlıq etdi
HAVA necə olacaq?-4 Noyabr
Napalyon tortu (foto resept)
Kişilərə görə ideal qadının xüsusiyyətləri
Ən uzaq qalaktika kəşf edildi
Ulduz Falı
Rəsmi Berlin Suriya münaqişəsinin həllinə inanmır
“Taxt oyunları”da daha bir xəta - VİDEO - FOTO
Yardım pulu artdı
Yazmaq fobiyası – Graphophobia yaxud Scriptophobia
Azərbaycan toyları: sevinc, yoxsa bəla?
136 kiloqramlıq qızın son halı təəccübləndirdi-FOTO
Azərbaycanda koronavirusdan ölənlərin sayında yeni rekord
2011-in dırnaq boyası
Xəzər dənizində zəlzələ oldu
İdmançımız Çində möhtəşəm qələbə qazandı
Yardım daşıyan türk TIR-ları bombalandı
Nəqliyyatda kartlaşma ilə bağlı AÇIQLAMA
Media və psixopatologiya
Bengü körpəsi ilə reklama çəkiləcək
Qarabağda şəhid olmuş əsgərlərin övladları indi qisas alır - VİDEO
Azərbaycan daha bir şəhid verdi
Çingiz xan haqqında bilmədiyiniz 9 maraqlı fakt
Pişiklər maye kimidir
Ev işləri nə qədər kaloriya yandırır
Ciyər qovurma (foto resept)
Mayedə bişirmə
Kıvanç məşhur seriala çəkilir
Keçmişdə yaşanan sevgi
Bu həftəsonu qadağa olacaq? - İbrahim Məmmədovdan açıqlama
İstənməyən qarın üçün tövsiyələr
Bel və qarın ətrafındakı yağları əridən ərzaqlar
Gəncədə düşmən atəşi nəticəsində iki uşaq bağçasına ziyan dəyib
Dənizə getmək üçün son iki gün - VİDEO
Məşhur telekanal Trampa qadağa qoydu-SƏBƏB
Möhtəşəm yaradılış möcüzəsi: DNT
Sabah duman olacaq
"Hörümçək" qadın 8-ci mərtəbəyə dırmaşdı-FOTO
Bədən boyama sənəti
İnstaqram-ın funksiyası WhatsApp-a gəlir - FOTO
Ceki Çan ölümlə üz-üzə
Novruz bayramının konseptual-fəlsəfi əsasları
Dar şalvarı necə geyinməli?
Toyuq ətli qarnıyarıq (foto resept)
Bakıda tank mərmisi tapıldı.
Məşhur alimdən yadplanetlilərlə bağlı sensasion açıqlama
Baş ağrıları
- ŞƏRHLƏR