Giriş
Bağla

Sobada qat-qat xəmirli balıq (foto resept)

MƏTBƏX / Quru yeməklər

 Tərkibi:
   500 qr. sudak balığı
     500qr. qat-qat xəmir
150 qr. soğan
1 ədəd yumurta
Küncüt
1 ədəd limon
Duz
İstiot

    Hazırlanması:

 Soğanı yarımhalqa şəklində nazik-nazik doğrayırıq.

 Yumurtanı yaxşı-yaxşı çalıb bir kənara qoyuruq.

Qat-qat xəmiri şəkildəki böyüklükdə açıb, incə doğradığımız soğanları ora yayırıq.

 Əvvəlcədən duzlanmış balığı soğanın üzərinə qoyuruq və balığın da üzərinə soğan tökürük.

 
Xəmirin kənarlarını yaxşı-yaxşı bükürük.

 Və soba tavasına yerləşdiririk.

 Üzərinə əvvəlcədən çaldığımız yumurtanı çəkirik. Sonda üzərinə bolluca küncüt səpirik və sobada bişiririk.

  Və budur, yeməyimiz hazırdır.

Nuş olsun!

 

(tərcümə edilib)



Şərhlər (41)

Seni .)dunyamsan Seni .)dunyamsan 23 November 2016 22:02 Cavab yaz

Immmmm ne dadlidi zenn etdim
totu92 totu92 19 March 2016 09:53 Cavab yaz

Bəh bəh bəyənməmək olmaz.əllərinizə salıq
girl-2002aydashka girl-2002aydashka 18 March 2016 18:31 Cavab yaz

Beh,beh,beh.Cox dadli gorunur nyam Ellerinize sagliq give_ros
www.guler1994 www.guler1994 11 February 2015 15:59 Cavab yaz

Baliq ve xemir nece olar incimeyin amma menim fikrimce baliqla xemir tutmur ama xowlayanlar ucun yaxwidi.
Xanim_Xatun Xanim_Xatun 1 December 2014 15:15 Cavab yaz

Bəs onun sumukləri necə olur?
ASKIMLA ASKIMLA 2 July 2014 13:43 Cavab yaz

NE GOZEL GORUNUR YEQIN KI DADIDA QESENGDIR
totu92 totu92 15 April 2014 20:51 Cavab yaz

MARAQLIDI AMMA BALIQIN ICI CIY QALMIRKI
giril.2014 giril.2014 15 April 2014 19:23 Cavab yaz

Super alinib teşekkurler
nilu nilu 15 April 2014 10:33 Cavab yaz

Düşünürəm ki, hec də dadlı yemək deyil..

Bu yemək çox dadlı olur good Düzdü bişirməmişəm amma balıq varsa deməli dadlıdır.Çox bəyəndim bu resepti,təşəkkürlər give_ros
Flaminqo Flaminqo 31 March 2014 01:13 Cavab yaz

bugun maqazinden aldiqim qat qat xemirden hazirladim ve gozel alindi

S.S.90...SВ AВ MВ IВ R...,
endirabani nedir sen helebir dadina bax sonra fikir soyle
berrin berrin 29 March 2014 22:28 Cavab yaz

Gel dayana da indi dadli dadli yemekler, wirniyyatlar
qeribe qeribe 29 March 2014 00:51 Cavab yaz

Çox maraqlı və fərqli reseptdir. Tesekkur edirem.
gulya_s gulya_s 28 March 2014 23:15 Cavab yaz

Hmmm maraqli geldi mene qat qat xemir ve baliq,goresen ikisi bir yerde nece olar,tewekkur baci paylawdigin ucun gerek prob edim bir gun
aytac.mammedova.1 aytac.mammedova.1 28 March 2014 22:28 Cavab yaz

Heçvaxt balığı xəmirlə xoşlamamışam,sümüklərini ayırmaq çox çətindi,yenədə təşəkkür bacım
Aytac M-ca Aytac M-ca 28 March 2014 20:27 Cavab yaz

Eladi zehra bolusduyun ucun tesekkurler give_ros
s s 90 s s 90 28 March 2014 20:04 Cavab yaz

Bele əndrəbani yemekləri heeeecccc xoşlamıram.....balığı qətiyyən sevmirəm... negative
Düşünürəm ki, hec də dadlı yemək deyil.. nea
remis1977 remis1977 28 March 2014 19:52 Cavab yaz

BALIĞIN QIZARMASINI ÇOX SEVİRƏM ƏLA OLAR
Aynur85 Aynur85 28 March 2014 18:41 Cavab yaz

Bəh bəh balığı çox sevirəm nyam
Flaminqo Flaminqo 28 March 2014 18:10 Cavab yaz

Bu yemeye oxsarini salyanda yemisem.gozel olur
Biricik72_88 Biricik72_88 28 March 2014 18:06 Cavab yaz

Balığı çox sevirdim ama indi yiyə bilmirəm, yəqin hamiləlik bitdikdən sonra yenə sevə sevə yiyəcəm girl_smi
Çox sağolun girl_ten
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика