Giriş
Bağla

Qreypfrutun faydaları və zərərləri

SAĞLAMLIQ / Xalq təbabəti

Qreypfrutun faydaları və zərərləri
Altop adıyla bilinən bitki sitrus bitkiləri ailəsindən olub, bağçalarda yetişdirilən ağac və meyvəsidir. Meyvəsi portağaldan daha iri, sarıbülbül sarısı rəngində, dadı azca acı və turşdur. Tərkibində C vitamini vardır.
Ümumi faydaları:
- İştahı açır.
- Qaraciyərin normal işini təmin edir. Öd ifrazanı artırır. Həzmi asanlaşdırır.
- Sidik yığılmasını aradan qaldırır, sidikqovucu təsirə malikdir. Bədəndə yığılan suyu və zəhərli tullantıları bədəndən çıxarır.
- Qanı təmizləyir.
- Fiziki və zehni yorğunluğu aradan qaldırır.
- İflic və qanamaların qarşısını alır.
- Ağciyər və sinə xəstəliklərində faydalıdır.
Qreypfrut şirəsi arıqladırmı?
Qreypfrutun şirəsini yağın üzərinə tökəndə yağın ərimədiyini və suyunun yağa qarışmadığını görəcəksiniz. Bu səbəblə yeyilərək və ya səhər aç qarınına şirəsinin içilərək bədəndəki artıq çəki itirilə bilməz. Yəni qısaca olaraq - qreypfrut şirəsi yağları əritmir.
Qreypfrutun faydaları və zərərləri
Qreypfrut şirəsinin faydaları
- İmmunitet sistemi üçün faydalıdır. C vitamini baxımından zəngindir.
- Yağlı, sızanaqlı dərilərdə, soyuqdəymələrdə, böyrəklərin təmizlənməsində və arıqlama pəhrizlərində çox faydalıdır.
- Normada tərkibində təxminən 40 mq C vitamini və bol miqdarda kalium vardır.
- Qan dövranı sistemini canlandırır.
- Həzm, tənəffüs sistemi və sidik yollarına faydalıdır.
- Nikotinin bədəndən atılmasını və siqaret çəkmə istəyini azaldır.
- Xolesterola qarşı müalicədə faydalıdır.
Tərkibində yüksək miqdarda lif olduğu üçün qəbizliyi önləyir.
Qreypfrutun faydaları və zərərləri
Qreypfrutun zərərləri
Xroniki dərman istifadə edənlərin bu mənada diqqətli olması və həkimlə məsləhətləşməsi yaxşıdır. Çünki nizamlı şəkildə qreypfrut şirəsi içmək bəzi dərmanların təsirlərini dəyişir. Məsələn, aspirini qreypfrut suyu ilə içmək dərmanın təsirini iki qat artıra bilər. Xolesterol salan dərmanlar kimi bəzi dərmanlarla birlikdə qəbul edildiyi zaman təhlükəli ola bilər. Bundan başqa, şirəsinin daimi içilməsi şiddətli baş gicəllənmələrinə səbəb ola bilər.
Qreypfrutun faydaları və zərərləri
Siqaret çəkmək arzusunu azaldır
Günə başlayarkən içiləcək bir stəkan greypfrut şirəsinin siqaret çəkmə arzusunu azaldır və siqaretdən qaynaqlanan zəhərli maddələrin bədəndən atılmasını asanlaşdırır. Bu zaman bir neçə gün öskürəyin ola biləcəyini də əlavə edirlər. Öskürək siqaretin bədəndə topladığı zərərli maddələrin xaricə atılmasını təmin edir, buna görə bu, normal bir reaksiyadır.


Şərhlər (35)

Iceberg Iceberg 28 June 2017 16:33 Cavab yaz

Qreypfrut şirəsi arıqladırmı?

bəli
dost qazanmaq dost qazanmaq 23 April 2017 15:14 Cavab yaz

belay o qədər acıdırki mən onu yeyə bilmirəm amma cox faydalıdir

belay o qədər acıdırki mən onu yeyə bilmirəm amma cox faydalıdir
girl-2002aydashka girl-2002aydashka 15 March 2016 17:15 Cavab yaz

Faydali xebere gore cox sag olun give_ros
nezis nezis 28 October 2014 16:41 Cavab yaz

Her kes deyir ariqladir demek yalanmis cox sagolun
totu92 totu92 26 March 2014 18:20 Cavab yaz

Cox sagol canim give_ros
Qizil Gul-1990 Qizil Gul-1990 26 March 2014 18:16 Cavab yaz

AytacВ MvaВ ,
ElladaВ Babayeva,
В В Nuray,
canim,
QARAВ QIZ,
give_ros give_ros give_ros give_ros give_ros
totu92 totu92 26 March 2014 18:04 Cavab yaz

Cox sevirem qreypfrudu nea
canim 1985 canim 1985 26 March 2014 11:50 Cavab yaz

Xeyirlidir amma nədənsə mən yeyə bilmirəm əslində yemək lazımdır
aqaxan aqaxan 26 March 2014 09:30 Cavab yaz

Oqqeder acidir men onu hec yiye bilmirem bugunde oqlum gedim sokun almiwdi icende ele bil derman icirsen bad
Ellada84 Ellada84 14 March 2014 21:56 Cavab yaz

Qreypfrutun dərmanla bir içmək olmaz bunu bilirdim rus kanalında eşitmişdim.Sevdiyim meyvədi portağaldan sonra.Özüm bir bütöv qreypfrutun tək yeyə bilirəm, şəkərlə yeyəndə dadlı olur. nyam
Aytac M-ca Aytac M-ca 11 March 2014 18:05 Cavab yaz

Faydali xeberdi tesekkurler give_ros
Qizil Gul-1990 Qizil Gul-1990 9 March 2014 15:42 Cavab yaz

Narın,
Sevgi,
agamemmedliВ Zehra,
AylinВ Memmedova,
give_ros give_ros tesekkur her birinize give_ros give_ros
rana969 rana969 9 March 2014 14:25 Cavab yaz

Faydalı xəbər üçün təşəkkürlər Qızılgül bacım kiss
moskow qadini moskow qadini 9 March 2014 12:35 Cavab yaz

Qreypfurutu cox sevirem... give_ros
Lady_Zehra Lady_Zehra 8 March 2014 16:39 Cavab yaz

Allaha aciq getmesin hec sevmirem bu meyveni ama insana xeyirli oldugunu bilorem xeber ucun tesekkurler
Aynur85 Aynur85 8 March 2014 14:34 Cavab yaz

Məlumata görə sağ olun
Qizil Gul-1990 Qizil Gul-1990 7 March 2014 22:03 Cavab yaz

OnurВ Huseyn,
MiniraВ Aslanzade,
aishvaryaВ rai,
Vf♥Coshqun,
GunelВ Razzaqova,
AytacВ Mammedova,
MelekВ Babazade,
Ləman_,
Ruhəngiz,
AYSUNВ MEMMEDOVA,
cox tesekkur edirem beyenib serh yazdığınız üçün give_ros air_kiss
onurcuq onurcuq 7 March 2014 21:07 Cavab yaz

Melumat verdiyiniz ucun cox saq olun.menim yoldashim her gun yeyir ama xolestrol salan dermanlar da qebul edir.deyim da yemesin
minira72 minira72 7 March 2014 21:02 Cavab yaz

Yemişəm çox acı olur.Amma bacı mən eşitdiymə görə insanı arıqladır.Bilmirəm nə qədər doğru olduğnu.
Yenədə xəbərə görə çoxsağol.
aishvarya rai aishvarya rai 7 March 2014 20:15 Cavab yaz

Tesekkurler cox sag ol baci faydali xebere gore
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика