Giriş
Bağla

Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur

MÜXTƏLİF / Səyahət

Kosmos- bu son sərhəd, bizə qaranlıq və qəribə görsənən bir yerdir. O sirrlidir və bununla belə burada tanış obyektlər də müşahidə olunur: ata bənzəyən bulud, əjdahaya bənzəyən qalaktika. Kosmosda tapılan 25 görüntüyə baxın və onları yerdəki predmetlərlə özünüz müqayisə edin.
Buludluqda At başı
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Duman zamanı At Başı təsvirini ilk dəfə 1888-ci ildə Şotland astranomu Vilyaminov Fleminqov müşahidə etmişdir. O yerdə 1500 işıq ili uzaqlıqda yerləşirdi və göründüyü kimi At Başını xatırladırdı.
Merkuridə kater
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Merkuridə tapılan bu kater 105 km diametrlidir və Günəşə yaxın yerdə planetinn cənubunda yerləşir. Kater inanılmaz dərəcədə Mikki Maus multiplikasiya personajına bənzəyir
Buludlu edinaroq
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Dumandan mistik varlıq meydana çıxıb. Ulduz axması nəticəsində yaranıb. Duman Təkbuynuzu adlandırılıb.
Allahın gözü
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Planetar dumandan "Allahın gözü" və ya "Helix Nebula" adlandırlıan görüntü yerdən 650 işiq ili uzaqlıgda müşahidə olunub. Astranomlar onun yaranması haqqında belə yazırdılar "bu trillion kilometrik tunelin mərkəzində ölmüş ulduzların işıldayan qazıdır".
Dumanlı Şimalı Amerika
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
NGC 700 Qu quşu bürcü ulduzlarının emission dumanıdır və Şimalı Amerikanı xatırladır. Dumanda Meksika körfəzinin konturları da dəqiqiliklə görsənir. Bəzi alimlər düşünürlər ki, o yerdən 1800 işıq ili uzaqlıqdadır.
Sombrero Qalaktikası
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Messier Object 104 adı kimi də məlum olan Geniş kənarlı Şilyapa Qalaktikası yerdə 28mly işıq ili qədər uzaqda yerləşir. Tünd oval kənarlı və böyük mərkəzi hissəsi qalaktikanı Sombreroya bənzədir.
Ayın Üzü
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Yerin 384-400 kmliyində Ay yerləşir. Günəşdən sonra göydəki ən işıqlı cisim. Əgər Ayın yerə yaxın olan ön hissəsinə diqqətlə baxsanız gözləri, ağızı və burnu olan simanın olduğunu müşahidə edəcəksiniz. Bu cür relyef bazalt qatının sönmüş lavaları hesabına yaranıb.
Marsdakı Sima
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Əgər üzdən söhbət gedirsə, o zaman günəş sisteminin 4-cü planetindəki "Marsdakı Simanı" söyləmək mümkündür. Ehtimal olunur ki, bu üz təpələrdən ibarət optik illyuziyadan başqa bir şey deyil.
Yerfındığı Astroid
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Astroid 1998-ci ildə LINEAR layihəsində qeydə alınıb. 2003-cü ildə astroid yapon alimi Xidyo İtokanın şərəfinə yerfındığı adlandırıldı.
Kosmik Əjdaha
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Əjdaha formasını alan bu görüntü bir neçə spiralvari qalaktikanın sayəsində formalaşıb. O yerdən 10 mly işıq ili uzaqlıqdadır.
Duman Kəpənəyi
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Rəsmi duman kəpənəyi NGC6302 adlanır. Bu heyratamiz qalaktika kəpənəyi köhnəlmiş ulduzlardan qopan qaz və kül hesabına yaranıb. Kəpənəyi Vide Field Camera 3 teleskopu ilə Hobbl çəkmişdir.
Duman Konusu
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Uilyam Qerçel tərəfindən 1785-ci ildə tapılan Duman Konusu yerdən 2700 işıq ili uzaqlıqdadır, ulduzlar toplusundan ibarətdir, NGC 2264adı verilib. Adlandırlması həndəsi formaca konusa bənzədiyinə görədir.
Qırmızı Hörümçək
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Planetar duman Qırmızı Hörümçək Oxatan bürcündə yerləşir, Yerdən 1900-dən 8000 işıq ili uzaqlıqda yerləşir. Tuman hörümçəyində maraqlı 2 qısqac nəzərə çarpır.
Mitoz Krateri
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Bu Marsda aşkar olunan növbəti formadır. Alimlərin  ehtimalına görə bu krater bir obyektə aid edilir. Bu obyektin bölünməsi Marsa atmosferin daxil olması ilə əlaqədardır. Bu kraterin mitoz prosesi gedən hüceyrəyə oxşaması bir yana, daxilinə baxılırsa, liflərin olduğu da müşahidə olunur.
İt sümüyü-Kometası 
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Hartli 2 adlandırılan obyekt həm də "it sümüyü" adlandırılır. Ona görə ki, o öz formasına görə sümüyü xatırladır. Kamet 103P də adlandırılır. O 1986-cı ildə Malkolmom Hartli tərəfindən müəyyən edilib və diametri 1.2-1.6km. təşkil edir.
İfritə başı
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Rəsmi olaraq dumanlı IC 2118 və ya İfritə Başı adlnadırılır. Güman edilir ki, o köhnə ulduzlar yığınını qalığı və ya Ovçu bürcü əhatəsindəki ifrat nəhəng ulduz olan Riqrlin qaz bulududur. Dumanlıq Yerdən 900 işıq ili uzaqlıqda yerləşir.
Marsdakı İnsan Fiquru
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Bəziləri düşünür ki, bu həqiqətən də Marsda gəzən adamdır. Əslində isə mütəxəsislər əmindirlər ki, qırmızı planetin qabarmasından əmələ gələn optik illyuziyadır.
Masdakı İşıqfor
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Qırmızı planetdəki daha bir anomaliya. NASA alimləri hələ də bu barədə heç nə şərh etmirlər və çoxlarının fikirincə bu Marsda olan işıqfıqfordur.
Ayda Humanoid
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Bu fiqur həqiqətən də Ayda gəzən insanı xatırladır. Fiqurun hətta kölgəsi də müşahidə olunur. İzah olunur ki, bu kamera ilə çəkiliş zamanı olunan defektdir, lakin hamı bu fikirlə razılaşmır.
Qum saatı
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
1987A adı ilə tanınan Tarantul bürcündə baş vermiş ulduz partlayışı qum saatı təsvirində möhtəşəm bir peyzaj yaratmışdır. Bu hadisə Yerdən təxminən 168 000 işıq ili uzaqlığında yerləşdiyindən adi gözlə də görmək mümkün olmuşdur.
Allahın Kosmik əli 
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
"Allanın kosmik əli " adlandırılan bu obyekt faktiki olaraq Yerdən 17 000 işıq ili uzaqlıqdakı ulduz partlayıcı qalıqlarıdır. Faktiki olaraq o, kül və qaz yığınıdır ki, belə bir mənzərə yaratmıdır.
Mandril Dumanlığı 
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Rəsmi olaraq bu yer NGC 2467 və ya Mandril Dumanlığı adlanır. Bura "Qida bürcü"ndə olan ulduz əmələ gələn aktiv sahədir, dumanlıq həqiqətən də Mandril meymununu xatırladır.
Allahın Üzü Qalaktikası
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
NGC 1316 elippisvari qalaktika olub, milliard il əvvəl  2 spiralvari qalaktikadan əmələ gəlib.  Bu qalaktikaya diqqətlə baxındıqda qəribə şəkil müşahidə olunur: belə ki, qalaktikada xristian allahının siması əks olunub.
FireFoks Ulduzu
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Rəsmi adı V 838 Təkbuynuzli bürcündə Yerdən 20 000 işıq ili uzaqlıqda aşkar olunub.  Bu 2002-ci ildə aşkar olundu və ulduz böyük populyarlıq qazandı. Firefox ulduzunun partlayışının səbəbi bəlli deyil, amma diqqət çəkən bir məqam var ki, onun yaratdığı təsvir son dərəcə məşhur brauzeri xatırladır. Belkə göylər bizə nə isə demək istəyir?


Şərhlər (20)

lady_2000 lady_2000 5 August 2016 13:17 Cavab yaz

ccooox maraqlidi good
santa santa 5 April 2016 12:35 Cavab yaz

Nese mene cox maraqli gelmedi,anlamadim
Nil_Ay Nil_Ay 2 June 2015 23:36 Cavab yaz

Çooooox maraqlıdı. Allahıma qurban olum!!! winked
ulka-894 ulka-894 2 May 2015 23:55 Cavab yaz

DavetsizВ Misafir,
°Pinar°•.♥.•°ღ,
Hər şeyi dinə bağlamaq lazım deyil gözəllər. bu qalaktikada yaranmış təsvirlərə verilən addır,bir də bunu mən verməmişə ki,asronomlar verib. Həm də yəqin ki,göydə göründüyü üçün belə bir ad verilib. Dua edəndə məyər əllərimizi göy
qaldırmırıqmı? Allahın həmişə ucada olduğunu demirikmi? bu da yüksəkliklərdə yaranmış bir təsvirdir.
qeribe qeribe 2 May 2015 22:35 Cavab yaz

Maraqli xeber idi, tesekkurler Ulker xanim. give_ros
Sadəcə Azər Sadəcə Azər 1 May 2015 10:18 Cavab yaz

Ayda nece oxsayir wassat .Gozel goruntulerdi
ulka-894 ulka-894 30 April 2015 11:25 Cavab yaz

ElladaВ Babayeva,
O kepenek meni de heyran etdi
FatmaВ xanım,
tesvirlerin kul ve dumandan yaranmasi fakti cox maraqlidir
ŞəriВ Babayeva,
Cox qeribe tesvirlerdeir heqiqeten de
CeylanВ Mumoğlu, Menim ucun de maraqli oldu,Size tesekkur Ceylan xanim
Dəniz84,Cox sag ol Denizbaci
Mələksima,Teeccublenmemek mumkun deyil
AzadəВ Həbibzadə, Ne deyim ezizim ele adlandiriblar,mene de tercume edib bolusmek dusur

✈█👫 ▓ Руслан Абилов ▓👫█✈,
●♥ Səma ♥●,
BU hele melum olnalardir,namelum o qeder var yeqin ki,cunki qalaktikalarin sayi sonsuzdur
aya hasret gece.... aya hasret gece.... 30 April 2015 10:33 Cavab yaz

bu nedi bele Allahdan yazilib aAllahin uzu eli nece gorune biler gunahdi bele seyler yazmiyin Allaha acig gedir Esdafurullah
Xanim_Xatun Xanim_Xatun 30 April 2015 09:49 Cavab yaz

belay Rəsmi adı V 838 Təkbuynuzli bürcündə Yerdən 20 000 işıq ili uzaqlıqda aşkar olunub. Bu 2002-ci ildə aşkar olundu və ulduz böyük populyarlıq qazandı.
zehra_211 zehra_211 30 April 2015 09:32 Cavab yaz

Maraqli xeber oldu tesekkurler Ulker xanim
narocka narocka 30 April 2015 06:36 Cavab yaz

tobe estefurullah ne Allahin qolu gozu.Usaq usaq yazmisiz
sema_arzum sema_arzum 29 April 2015 23:56 Cavab yaz

Maraqla oxudum.Nələr varmış,bilmirik...Təşəkkürlər.
senin-kolgen senin-kolgen 29 April 2015 21:00 Cavab yaz

Cox maraglidi xosma geldi beli bunlarin hamisi var kosmos cox sirrlidi onun silreri o qeder derindiki onu anlamq ucun insan zekasi helede yuksek menitqe malik deyl
virtual dərslər virtual dərslər 29 April 2015 18:32 Cavab yaz

At basini heccur oxsada bilmedim nedense
rovsane_82 rovsane_82 29 April 2015 18:13 Cavab yaz

Ay necədə oxşarlıq var şəkillərə diqqətlə baxdım super.
Deniz84 Deniz84 29 April 2015 18:06 Cavab yaz

Maraqlı və fərqli xəbərdir. Təşəkkürlər Ülkər xanım.
Ceylan Mumoglu Ceylan Mumoglu 29 April 2015 18:06 Cavab yaz

Mən kəpənək axtaranda tapmışdım bu xəbəri biggrin
Ülkər xanıma tərcümə üçün təşəkkürlər give_ros
Shari Shari 29 April 2015 16:19 Cavab yaz

Tüklərim biz-biz oldu. Təşəkkür maraqlı idi.
Fatma Fatma 29 April 2015 14:10 Cavab yaz

Çox maraqlı tapıntılardı təccüb elədim
Ellada84 Ellada84 29 April 2015 14:08 Cavab yaz

Rəsmi duman kəpənəyi NGC6302 adlanır. Bu heyratamiz qalaktika kəpənəyi köhnəlmiş ulduzlardan qopan qaz və kül hesabına yaranıb. Kəpənəyi Vide Field Camera 3 teleskopu ilə Hobbl çəkmişdir.

Maraqlı yazıya görə çox sağ olun.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика