Keçən hissədə sizlərə söz verdiyim kimi bu hissədə muzeylər və zoopark haqda məlumat verəcəm, öz çəkdiyim şəkilləri sizinlə bölüşəcəm. Amma muzeyə və zooparka keçməzdən əvvəl istərdim ki sizlərə bir az Dubayın tarixi haqda danışım. Əsrlər öncə 1940-cı illərə qədər Dubay Əmirliyi kiçik bir qəsəbə olub. Əhali əsasən mirvari toplamaqla məşğul idi və toplanan mirvarini ərzaqla dəyişərdilər. Daha sonra Yaponiyan mirvarini süni yollarla əldə etməyi kəşf edəndən sonra təbii mirvariyə olan tələbat aşağı düşdü. Və böhran başlasa da neftin kəşf olunmasıyla hər şey bir anda dəyişdi. Bütün BƏƏ-də və Dubayda göydələnlərin tikintisi başlandı.
1830-cu ildən bu tərəfə əmirliyi Əl-Məkdum ailəsi idarə edir.
İndi isə muzey haqda:
Al Fahidi qalası. 1799-cu ildə inşa edildiyi göstərilən muzey bir zamanlar saray, hərbi qornizon və həbsxana kimi istifadə edilmişdi. Hal-hazırda isə iki hissədən ibarət muzeydir. 1970-ci ildə muzey olaraq istifadə edilməyə başlayıb. 1995-ci ildə bərpa edilib. Muzeyin bağçasında köhnə Dubay yaşayışından günümüzə qədər gəlib çıxan qayıqlar, ev nümunələri, silahlar sərgiyə qoyulub.
İçəri girdikdə isə insan daha da heyrətlənir. Orda insan elə heykəllər görür ki inanın, heç onlara heykəl demək olmur. Hətta o qədər canlıdır (şəkilləri özüm çəkmişəm)...
İnanmazsız, amma bu heykəllə görüşmüşəm, qapıdan girəndə solda dayanıb, əlini də uzadıb adama. Burda o qədər aydın görünməsə də orda inanın elə bil qarşınızda canlı bir insan dayanıb. İndi bir neçə öz çəkdiyim şəkilləri də sizinlə böluşürəm:
İndi isə sizə zooparkdan danışmaq istəyirəm.
Zooparkda təxminən 230 heyvan növü yerləşir. Burda 248 məməli-tülkü, kaftar, pumas, şir, yaquar, şimpanze meymunları, əntərlər, digər meymun növləri, maral, ayı, kirpi, zürafə və qoyun növləri, dəvəquşu və tutuquşu var. Nəsli kəsilməkdə olan bir sıra heyvanlardan - qarabatdaq, Bengal pələngi , qorilla, boz canavar və ərəb canavarı, Sibir pələngi, Qızıl qartal və yerli Qordona çöl pişiyinə də zooparkda rast gəlmək olar. Sürünənlərin 400 nümunəsi təmsil olunur.
Hal-hazırda isə Dubayda yeni zoopark inşa edilir ki, Ginnesin rekordlar kitabına düşüb və 2016-cı ildə istifadəyə veriləcək. Orda hər növdə heyvan görmək olacaq. İnşAllah getsəm, yeni şəkilər gətirəcəm sizin üçün. Hələlik isə bu qədər.
XƏBƏR LENTİ
Bakıda Velopark açıldı
Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi
Beynin aktivliyini artıran 3 amil
Sağlam dəri üçün qaragilə maskası
İşində nöqsanlar aşkarlanan tibb işçiləri cəzalandırıldı - RƏSMİ
Şagirdlər və müəllimlər arasında qızılca yayılıb? -RƏSMİ AÇIQLAMA
26 il Qubadlısız...
Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR
Siyasətçilər və onların sevgiləri
Məhkəmə Dəniz Çakır haqda qərar verdi
Yarım milyonluq üzüyünü restoranda unutdu - FOTO
Hər qadına lazım olan 5 ayaqqabı
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
Qısa boylu qadınlar necə geyinməlidir?
Əhaliyə xəbərdarlıq edildi
Bakıdan qaçan turistlər
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Şəngülüm, Şüngülüm, Məngülüm
Ermənilər Qapanlını atəşə tutdular
27 dəqiqə ölən qadın o dünya haqqında danışdı
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
Menstruasiya ağrılarını azaldan ərzaqlar
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
"IV İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq"
Yeni şəxsiyyət vəsiqəsi belədir
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Şahzadə bağçaya gedir
Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod
Peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklər
Səddam Hüseynin yazdığı roman aşkarlanıb
Boşananların sayı evlənənlərdən çoxdur
Kriştianu Ronaldu təyyarədə bayram elədi
Ən təhlükəli şirkətlər açıqlandı
"Kefli" armud (foto resept)
İrina Şeyk gələn il ikinci dəfə ana olacaq
Metronun qeyri-adi sərnişinləri
Putindən ərəbləri şoka salan qərar
Mingəçevir və Ağcabədi rayonlarının əraziləri intensiv atəşə tutulur - RƏSMİ
Ruhlarla danışmaq üçün qurğu
"İƏT Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib"
Qarpızın faydaları
Qənirə Paşayevadan peşə əmək qabiliyyətini itirən vətəndaşlarla bağlı TƏKLİF
Qadınlar yarım gün işləməli
“Eurovision 2020”nin ilk iştirakçısı bəlli oldu
Sabahın HAVAsı
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
2014-cü ildə karyeralarını başa vuran ulduz futbolçular
Koronavirusla bağlı SON STATİSTİKA
- ŞƏRHLƏR