Bal masajı
Bilinən ən köhnə tibet terapiya üsullarından biri olan bal masajı yumşaq masaj kimi tanınır. Bal masajının təsiri insan dərisinə balın vitaminləri, minerallar və amin turşuları kimi aktiv bioloji xüsisiyyətləri və qıdalandırıcı komponentlərin qarşılıqlı təsiri ilə görülür. Bal masajı əzələ və sümük ağrılarında, tənəffüs yolu xəstəliklərində çox yaxşı müalicə növü kimi tanınır. Bundan başqa, bal masajının çox gozəl kosmetik kremləri də var. Müalicə zehni və fiziki yorğunluq, yuxusuzluq, narahatlıq kimi problemləri yaxşılaşdırıb, qarşısını almaq üçün gözəl metoddur. Bal masajı quru və hamar olmayan dərini yumşaldıb güc verir, toksinləri aradan qaldırır. Bədənə gümrahlıq və dəriyə canlılıq verir. Bu masajı sağlamlığımızı qorumaq üçün edə biləcəyimiz təbii terapiya və eyni zamanda bizə xoş təsiri olan masaj kimi qəbul edə bilərik.
Masaj sadəcə ovmaq demək deyil. Bədənin enerji kanalların hərəkətləndirərək özünüzü güclü, yeni anadan olmuş kimi hiss etməyinizə kömək edir. Sağlamlığımızı qoruyaraq depressiyadan, stressdən də uzaqlaşa bilərik. Yaddan çıxarmayaq ki, masaj təkbaşına edə biləcəyimiz müalicə üsulu deyil. Masajı bədənin anatomiyasını, əzələlərin quruluşunu, nəyin necə ediləcəyini bilən mütəxəssislərə həvalə edin.
Bal masajı edilərkən balın duru və təzə olması lazımdır. Akasiya balı çox yaxşıdır, şabalıd və ya başqa ballardan da istifadə etmək olar. Ovuca tokülən duru bal yaxşıca ovuşdurulub isidilir, daha sonra lazımi bölgəyə çəkilir. Bal masajının ən vacib xüsisiyyəti toxunmaqdır. Barmaq uclarıyla kiçik, amma tez-tez toxunmaqla edilir, akupunktur nöqtələr barmaqla ehmalca sıxılır. Bal yapışqan olduğu üçün dəri barmaqla birgə hərəkət edir. Bu zaman məsamələr açılaraq qan dövranı sürətlənir.
Üzündə bal masajın yoxlayan bir xanımın təəssüratı ilə tanış olaq:
"Masajdan sonra çox gözəl dəyişiklik hiss edirəm. Üzümdə bir rahatlıq var. Dərimin nəfəs aldığını hiss edirəm. Bundan sonra dərimi bal masajı ilə qoruyub gözəlləşdirəcəyəm. Hər kəsə məsləhət görürəm".
İdman masajı
İdman yarışlarında yarışdan əvvəl və ya sonra, hətta idman fəaliyyəti əsnasında edilən masajdır. İdman masajını digər masajdan ayıran ən əhəmyətli xüsisiyyəti ritm və zaman miqdarının fərqli olmasıdır. Bu masaj növündə xəbərdarlıq məqsədli hərəkətlər çoxluq təşkil edir və edilən idmana görə fərqlilik göstərir. Zaman isə yerinə görə dəyişir.
İdman masajı edən bədənində yük kimi yığılıb qalan yorğunluqdan özünü xilas edir, sümük sərtlikləri və ağrıların zərərindən qorunur, qan dövranını aktivləşdirərək, enerji verən maddələrin bədənə daha tez və asan çatmasına imkan yaradır, ürək-damar sisteminin işini asanlaşdırır. Əsəbi insanları sakitləşdirir, tənbəlləri fəallaşdırır.
Niyə idman masajı?
- İdmanda müvəffəqiyyəti artırıb idmançının yarışmadan öncə daha da yaxşı hazırlaşması;
- Məşq və yarışdan əvvəl qısa istirahəti təmin etmək;
- İdmançının müvəffəqiyyət psixologiyasını müsbət istiqamətdə təsir altına almaq;
- Zədələrin qarşısını almaq və qısa vaxtda idmana geri dönməyi təmin etmək üçün bu masajdan istifadə edilir.
İdman masajının faydaları
- Əzələlərdəki ağrının azalması.
- Məşq və müsabiqə əsnasında sıxılmanın və narahatlığın aradan götürülməsi.
- Məşq və müsabiqə əsnasında yarış texnikalarındakı problemləri aradan qaldırmaq.
- Yaraların tez sağalmasına kömək edir.
- Əzələ dartılmasının qarşısını alır.
- Müalicə müddətini qısaldır.
- İdmançıya uyğun mühiti təmin edən əzələ quruluşunun sabitliyinin təmin edilməsi.
- İdman masajı fiziki stresin azalmasında yaxşı rol oynayr.
- İdman masajı müsabiqə əsnasında ən əlverişli vəziyyətin yaranmasında çox əhəmyətli amildir.
XƏBƏR LENTİ
Bədən dilini öyrənmək
Tənbəlliyə qarşı təsirli həb
Türkiyə silkələndi - TƏŞVİŞ
ABŞ türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndini təsdiqlədi
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
Kəs və yapışdır-10
Dekabrın 31-də daha çox işləyəcəklər
İşsizlərin müavinəti 30-40% artırılacaq
Dünyada yenə yad planetlilər tapıldı
Kişilər üçün ondan yaxşısı?
HAVA necə olacaq?- 1 MART
Şəhzadə Diananın zinət əşyaları
Rihanna kirayə tutduğu evə 60 min ödəyib-FOTO
Evinizdə bahar enerjisini artırmağın yolları
Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO
Kiyev kotleti (foto resept)
Fransız qadınlarının sevimli trendləri
Günün ulduz falı
Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı
Mənzil almaq istəyənləri sevindirəcək xəbər
Faydalı daşlar - Oniks (damarlı əqiq)
HAVA necə olacaq?-23 Avqust
Təzə əncir şirniyyatı (foto-resept)
Fərqli kotlet (foto resept)
Tez uzanan və güclü saçlar üçün 7 maska
Kral ailəsinə məxsus oturacaqlar hərracda fantastik qiymətə satıldı
Türkiyə sənətkarlarının tarixi şəkilləri
Daha 162 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Dünyanın ən gözəl 12 körfəzi
Körpələrdə qaz sancısı necə aradan qaldırılır?
Qar uçqunu 216 adamı öldürüb
Möcüzəvi meyvə - nar
Südlü buğda şorbası (foto resept)
Saqqız çeynəmək olarmı?
Braziliyada beynəlxalq film festivalı başladı
Yunanıstanda üsyan başladı
Putin: "Mən sizi orada un şorbası üçün otuzdurmamışam"
Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
14 yaşlı azərbaycanlı model birinci oldu
Kuril adalarında güclü zəlzələ olub
Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək
“Ginnesin Rekordlar Kitabı”na düşən evlilik təklifi
Bayram şirniyyatları
Bizim Qadin.Netlilər serialı (3-cü bölüm)
Könüllü həbsxananı seçən ahıllar
Rusiya rublunu kim xilas edəcək?
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
Zövqlü don modelləri
İştah artıran vasitələr
- ŞƏRHLƏR