Giriş
Bağla

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!

MÜXTƏLİF / Praktik məsləhətlər

 

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!

Buxarla təmizləmə - klassik, bilinən təmizlik sistemlərindən daha çox təsirlidir və ən əsası da daha gigiyenik təmizlik təmin edən etibarlı bir təmizlik metodudur.

Gəlin, bu təmizləmə üsulunun müsbət tərəflərinə bir-bir diqqət edək.

Yuyucu və bənzər təmizlik məhsullarına ehtiyac duymadan, 150 dərəcə və daha yuxarı istilikdəki buxarla evinizdəki bütün əşyaları son dərəcə praktik və sürətli bir şəkildə təmizləyər, ən yüksək səviyyədə də gigiyena təmin edərsiniz. Eyni zamanda kimyəvi maddələrin kanserogen təsirlərindən özünüzü və ətrafı qoruyar, büdcənizi kimyəvi maddələrin pul yükündən qurtarmış olarsınız.

Buxarlı təmizlik sistemi yüksək istilikdəki buxarı sayəsində allergenlərlə (ev tozu gənələri) mübarizədə bilinən bütün üsullardan daha çox müvəffəqiyyətli və çox daha sərfəlidir.

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!

Ev tozu gənələrinin ən çox rast gəlinən tipi "dermatofagoid" olaraq adlandırılır ki, "dəri yeyən" mənasını verir. Bu parazit xüsusiyyətindəki böcəklər normalda xalça, palaz, yorğan, yastıq, tüklü əşyalar və oyuncaqlarda yaşayarlar. Yaşamaları üçün lazımlı qidanı - insan dəri və tük töküntülərindən qarşılayarlar. Bu səbəblə insanın olduğu hər yerdə, daha çox da tüklü səthlərdə yaşayıb törəyərlər. 30-40 mikron (1 mikron millimetrin mində biridir) diametrində bir böyüklüyə malikdir. Yumurtlayaraq çoxalırlar. Yumurtadan çıxan balalar 3 həftədə yetkin hala gələrək çoxalmağa başlayırlar.

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!

Ev tozu gənəsinin ən təsirli allergeni nəcisləridir. Yaşadıqları xalça, palaz, pərdə və s.-yə buraxdıqları nəcisləri üzərində getmə, silkələmə və bənzəri hərəkətlərlə ətraf havaya qarışır və buradan asanca burundan da keçərək tənəffüs yollarına çataraq allergik astmaya gətirib çıxarar. İnsanın ev içində keçirdiyi ən uzun müddət yataq otaqları olduğu üçün ən çox gənə allergeni ilə qarşılaşma yeri də yataq otağıdır. Burada yataq, yorğan, yastıq, yerdəki xalça, palaz, pərdə ana qaynaqlardır. Gənələr 60 dərəcədən yüksək istiliklərdə yaşama şanslarını itirərlər. Ən çox rast gəlinən ev içi allergenləri olduqlarından və hər zaman mühitdə olduqları üçün il boyu allergiya törədirlər. Təbii olaraq ev içində və bağlı mühitlərdə keçirilən vahid zamanın artdığı qış mövsümlərində daha çox allergik xəstəliyə səbəb olurlar.

Ev tozu gənəsinə qarşı alınacaq ən təsirli tədbirlərdən biri də buxarlı təmizlik maşını istifadə edərək yüksək istilikdəki buxarla bu canlıları təsirsiz hala gətirməkdir.

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!

Qısaca, dediklərimizi bir yerə torplasaq, buxarla təmizləmənin üstünlükləri bunlardır:

1. Suya qənaət;

2. Zamana qənaət;

3. Əlavə təmizləyicələrə pul verilmədiyi üçün büdcəyə faydalıdır;

4. Zəhərli kimyəvi təmizləyici maddələrin təhlükəsindən qurtulmaq;

5. Ev allergeni olan gənələrdən qurtulmaq.

Əziz xanımlar, ailəsinin sağlamlığının və ailə büdcəsinin qeydinə qalan bir xanım kimi, sizlərlə bu təmizləmə üsulu barədə bildiklərimi paylaşmaq istədim. Buxarlı təmizləyici barədə mənim kimi çoxlarınız da eşitmisiniz, TV reklamlarından görmüsünüz və bəlkə də istifadə edənləriniz də az deyil. Uzun tərəddüddən sonra uyğun qiymətə internet mağazalarının birində rastıma çıxan bu "yardımçı"nı almaq qərarına gəldim. Və heç də peşman deyiləm. Xüsusilə körpəsi olan və ya olacaq ailələr üçün çox faydalı bir məhsuldur. Yuxarıda dediklərimə əlavə olaraq, gəlin bu maşını daha yaxından tanıyaq. Necə və haralarda istifadə edildiyini izah edərkən, şəxsi praktikamda da gördüklərimi əlavə edəcəyəm (məncə bu daha faydalı olar yes)

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!

Aparatın gövdəsində su qazanı yerləşir ki, suyu bura dolduraraq işimizə başlayırıq. Buxarın gücünü nizamladıqdan sonra (xüsusi düymə ilə), "On" düyməsinə basaraq təmizlik işlərinə başlaya bilərik.

Qeyd edim ki, uzun dəstəyi və fırlanan başlığı sayəsində əyilmədən, aparatı gərəkli təfərə çevirərək döşəmə və xalçaları rahatlıqla təmizləmək olur. Çox uzun naqili sayəsində isə aparatı işlətmək daha da asanlaşır.

Markasından asılı olaraq buxar maşınlarının ucluqları müxtəlif olsa da, bənzərlikləri də çox olduğu üçün demək olar ki, istifadəsi eynidir:

1. Ən çox sevdiyim ucluqdur. Ən çox da onu istifadə edirəm. Çünki bu ucluq vasitəsiylə buxarı birbaşa təmizlədiyimiz səthə yönəltmək mümkündür. Buxarın həm istiliyinin, həm də təzyiqinin sayəsində ən inadcıl kirlərdən də qurtula bilərik. Bir əlimizdə aparatı tuturuq, digər əlimizdə isə quru bezlə səthi silirik. Buxar suya çevrildiyi üçün bezlə işləmək şərtdir. Lazım olarsa əlavə bir fırçadan da istifadə etmək olar (aparatın özünün fırçaları var, amma onları taxıb-çıxarmağa vaxt sərf etmək istəmədiyim üçün belə üsul mənə görə daha rahatdır.)

Bu ucluqla qapı dəstəkləri kimi yerlərdə də uğurla dezinfeksiya işləri aparmaq olar.

2. Bu kiçik fırça adətən iki növdə olur: plastik və metal. Siz mənim kimi səbrsizlik edib buxarın yüksək gücündə plastik fırçanı işlətməyin! Düzdür, uşaqların əl bacarığının nəticəsi olan, kovralitdəki plastilin izləri təmizləndi, amma fırçadan da fırça deyiləcək bir şey qalmadı - əridi. wassat

3. Bu ucluqla uzatma işini görərək işimizi daha rahat görə bilərik (məsələn tavan təmizliyində.)

4. Bezi plastik qurğuya keçirdikdən sonra bu ucluğu güzgü və pəncərə kimi səthlərdə istifadə etmək olar. Mən istifadə etməmişəm deyə nəticəsi barədə bir söz deyə bilmərəm.

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!

5. Bezi plastik hissəyə keçirdikdən sonra bu ucluqla yun, toxunma, ağır trikotaj materiallardan hazırlanmış geyimləri, asılmış pərdələri ütüləmək və yumşaq mebelləri təmizləmək olar.

6. Bez aparatın əsas hissəsindəki başlığa üzərindəki cırt-cırtları vasitəsilə bərkidilir. Bu başlıqla döşəmələri, kafel, metlax kimi səhtləri təmizləmək olar. Yaxşı olar ki, döşəmə çox kirlidirsə, öncədən adi üsulla təmizlik edəsiniz. Buxar aparatıyla isə sırf dezinfeksiya və inadcıl kirlərdən qurtulmaq üçün istifadə edin. Belə etsəniz, bezin ömrü uzanar. Döşəmənin üzərindəki təmir "izlərindən" qurtulmaqda buxar maşını "əla" qiymət aldı! good

7. Bu ucluq isə döşəmələr üçün istifadə edilən başlığın üzərindən keçirdikdən sonra xalça kimi səthlərdə istifadə etmək üçündür. Bunun sayəsində aparatın başlığı yumşaq səth üzərində daha rahat hərəkət edəcək.

Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!
Özüm üçün aparatın belə bir istifadə yolunu da kəşf etdim: evimizi istədiyimiz ətirlərlə təravətləndirə bilərik! Münasib qiymətə müxtəlif efir yağları satılır (lavanda, yasəmən, sitrus və s.), onlardan aparatın suyunun içinə damladaraq buxarı evin içinə yönləndirmək olur. Mən daha çox nanə cövhərindən istifadə edirəm. Həm də evin nəm balansını qorumaq üçün də istifadə etmək mümkündür. Xüsusilə qışda, evlərdə istilik sistemləri işləyən zaman buna ehtiyac duyulur. Evdə tənəffüs yolların infeksiyasından əziyyət çəkən varsa və ya sadəcə epidemiya zamanlarında evkalipt və ya ağ şam ağacı (pixta) yağından damızdıraraq otaqları bu məhlulun buxarıyla təravətləndirmək faydalıdır.
Qeyd: İsti buxarın yandırıcı təsirinə məruz qalmamaq üçün əlinizi buxarın çıxdığı yerə yaxınlaşdırmayın! Həmçinin insanlara və başqa canlılara tərəf də yönləndirməyin! 

Əziz xanımlar, ümid edirəm ki, təmizliyi və rahatlığı sevən hər xanımın yardımçısı ola biləcək bu texnoloji "möcüzə" ilə tanışlıq ürəyinizcə oldu. Sizin aranızda buxar maşınından istifadə edərək faydasını görənlər varmı? Bəlkə özünüzə uyğun seçdiyiniz istifadə üsulları ilə bizlərlə də bölüşəsiniz?

 



Şərhlər (39)

gunay36 gunay36 30 January 2015 01:14 Cavab yaz

Cox gozel esyadir. Imkan olanda alariq
Xanim_Xatun Xanim_Xatun 17 January 2015 09:51 Cavab yaz

niyə ki bacı,lap 1000 Azn.ə olanları da var

dash
SS,, SS,, 14 January 2015 11:03 Cavab yaz

Bu da bir yenilik oldu
Lale_LR Lale_LR 18 November 2014 14:05 Cavab yaz

Ay baji qadan alim bu nə xəbərdi hazirlayib gözümüzün qorasini sixirsan ...Elə bilirdim 80 azn di bular.....

niyə ki bacı,lap 1000 Azn.ə olanları da var biggrin
feride-asadova feride-asadova 1 May 2014 12:50 Cavab yaz

Ay baji qadan alim bu nə xəbərdi hazirlayib gözümüzün qorasini sixirsan cray ...Elə bilirdim 80 azn di bular.....
aska.giril aska.giril 2 April 2014 20:49 Cavab yaz

BACI EVDE VARIMIZDIR ADI SUNAN TAMIZDIYIREM KIMYEVI SEY QATMIRAM HEC BIR ZIYANI YOXDUR
Lale_LR Lale_LR 25 March 2014 21:22 Cavab yaz

İnşAllah qismət olsa məndə alacam bundan

İnşaAllah Narinim give_ros
Amma 1900 man. ilkin ödəniş olunmalıdır, ayda 100 man. olmaqla isə qalanı ödənilir....
Mən də o gündən arzulaya-arzulaya qalmışam elə...

Yox ay bacı, o qiymətə almaram heç vaxt.
air_kiss Madam_MadonitaM,
lovable_madam lovable_madam 25 March 2014 15:02 Cavab yaz

Lalə, bu da yenilik oldu bizim üçün. Təşəkkürlər. give_ros
QADIN.AZERI QADIN.AZERI 24 March 2014 22:59 Cavab yaz

A baci bize de gelmisdiler,qiymetini oyrendikden sonra raziliq vermedim gelib temizlemeye.
4 mine gor ne qeder eskiyimizi tamamlaya bilerik
gulnare humbatova gulnare humbatova 24 March 2014 13:24 Cavab yaz

Bu xəbərə indi şərh yazıram vaxtın əlindən...

Ləman düz deyir bizim evə hansısa şirkətin nümayəndələri gəldi...Gerbi adlanan Amerika istehsalı olan belə bir buxar təmizləyicini reklam etdilər...Onun ölçüsü də böyük idi..Səhv etmirəmsə 33 funksiyası vardı...Daha nələri təmizləmirdi ki, o Gerbi?
Xalçamı təmizlədilər özünün şampunlu suyu ilə, pərdəni, divan, kreslonu, ..Sonra da massaj üçün olan ucluğu işə saldı reklam etdi...Qiymətini soruşurduq, deyirdi hələ gözləyin, funksiyaları bitməyib...Hamam üçün ayrı, və s..

Nə başınızı ağrıdım, axırda dedi olar yataq otağınıza? Yoldaşım icazə verdi...1-2 sual-cavabdan sonra çıxardı o gənələrin şəklini göstərdi dedi ki, bu gənələr ən çox yorğan-döşəklərdə olur, uşaqlarınızın, özünüzün sağlamlığı üçün bunu alın,yoxsa xəstəlik sizdən əl çəkməyəcək...bir dənə də döşəyi təmizlədi..Dedik qiyməti? ..4000 deyəndə dedim elə mən bilirdim ki, axırı bir fantastik qiymət deyəcəksiniz..

Amma 1900 man. ilkin ödəniş olunmalıdır, ayda 100 man. olmaqla isə qalanı ödənilir....
Mən də o gündən arzulaya-arzulaya qalmışam elə...
AYKA_57 AYKA_57 10 March 2014 06:12 Cavab yaz

Maraqlidi xebere gore tesekkur
rana969 rana969 9 March 2014 12:37 Cavab yaz

Çox gözəl xəbər üçün təşəkkürlər Lalə bacım kiss İnşAllah qismət olsa məndə alacam bundan blush
melek87 melek87 6 March 2014 16:39 Cavab yaz

perdeni yuyur masaj edir

Can perdeler yuyulmalidir onu bildim bes masaj ne olan seydi lol goresen perdeni o aparat nece masaj edir? lol
Leman(wirniyyatci) Leman(wirniyyatci) 6 March 2014 15:58 Cavab yaz

Ulker.Agamali,
Hele yaxwidire evvel 5 min imiw ayda sef etmiremse 100man verirler bu xalcani yuyur perdeni yuyur masaj edir amma yenede bahadir
Hacət-iВ Vuslat,
A ne yaxwi maksimum 100 man yaxwidir onda almaq olar hirlenme oxudum werhleri 1 de soruwdumlol
Gülbəniz,
Yox bajin qurban varli deyil ayda 100 man oldugna alib duz deyirsen menim de 4minim olsa neler alaram
melek87 melek87 6 March 2014 13:58 Cavab yaz

Cox sagol lalem maraqli xeber hazirlamisan bunun qiymeti neciyedir? Qohummuz girbi alib o 4 min manatdir bu yeqin ucuz olar he?

Ay baci yeqin qohumunuz imkanlidirki o qeder pulu verib ona.Men o 4000 min manata evimin butun elektronikasini alaram hele ustelik teze metbex mebelide blum
Lale_LR Lale_LR 6 March 2014 08:00 Cavab yaz

bunun qiymeti neciyedir? Qohummuz girbi alib o 4 min manatdir bu yeqin ucuz olar he?

Ay bajııı, şərhləri niyə oxumursuz anam-bacım? dash
4000- Havalanam gərək o qiymətə aparat alım. 60 ya 65 manat idi,xatırlamıram cray.Amma 1 il zəmanəti var.Türkiyədən gətirdəndə 2 il zəmanət verilir. Elə aparat üçün yaxşı qiymətdir,hələ ki, razıyam.
ulka-894 ulka-894 5 March 2014 22:40 Cavab yaz

Ləman_, oooooooo ne danisirsi 4000 min? dash baku elektonikada ariettanin buxar təmizləyicisi var 123man idi deyəsən ya da bu arada ele de baha deyildi yeni almaq olar smile
Leman(wirniyyatci) Leman(wirniyyatci) 5 March 2014 21:50 Cavab yaz

Hacət-iВ Vuslat,
Cox sagol lalem maraqli xeber hazirlamisan bunun qiymeti neciyedir? Qohummuz girbi alib o 4 min manatdir bu yeqin ucuz olar he?
vefa93 vefa93 5 March 2014 19:32 Cavab yaz

Cox sag olun bu xebere gore, cox yararli oldu
koke_788 koke_788 5 March 2014 17:03 Cavab yaz

Hacət-iВ Vuslat,

cox sagolun minnetdaram
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика