Giriş
Bağla

Necə anasınız?

MÜNASİBƏTLƏR / Qadın psixologiyası

Biz hamımız insan olaraq eyni olmadığımız kimi, ana kimi də fərqliyik. Psixoloqlar anaları bir neçə tipə ayırıblar. Necə ana olduğunuzu bilmək istəyirsiniz? O zaman buyurun.

Necə anasınız?

Həddən artıq qayğıkeş ana

Belələri hətta böyük yaşlı uşaqların belə burnunu silir, onu nə yediyi, nə içdiyi haqda sorğu-suala tutur. Öz uşağının sağlamlığı üçün bütün mümkün olan və olmayan vasitələrdən istifadə edir. Belə analar gün rejiminə ciddi əməl edir, uşağı yedirtməyi və müalicə etməyi sevir, uşaq vaxtından övladının sərbəst olmaq cəhdlərinin qarşısını alır. Belə anaların övladları sağlam böyüyür, lakin müstəqil qərar qəbul etməyə, öz hərəkətlərinə görə cavab verməyə, sərbəst nəsə etməyə çətinlik çəkir. 

Psixoloqlar belə analara uşaqla daha çox söhbət etməyi, hansısa hadisə barədə fikrini soruşmağı, nədən xoşu gəlib-gəlmədiyini, kiminlə dostluq etmək istəməsi haqda danışmağı, hansı filmi daha çox bəyəndiyi haqda soruşmağı məsləhət görürlər. Bir sözlə, uşağın təkcə mədəsinin deyil, həm də daxili aləmi olduğunu unutmayın.

Necə anasınız?

Qorxaq ana

Belə analar hətta professionalların qərarına belə şübhə ilə yanaşır, övladlarına zərər verəcəklərindən qorxurlar. Onlar həkimlərə, müəllimlərə inanmır. Lakin müxtəlif internet-forumlara, sadə insanların fikrinə etibar edirlər. Çox zaman evdə uşaq dünyaya gətirirlər. Uşaqları ev təhsili alır, internetdən gptürdükləri metodikalardan istifadə edirlər. Bir çoxları uşaqlarına peyvənd belə etdirmirlər. 

Belə anaların övladları uşaq vaxtından daimi qadağalarla, qoyulmuş sərhədlər çərçivəsində böyüyürlər. Onlarda özünəinam hissi olmur, anaları kimi dünyaya və insanlara qorxaq nəzərlərlə baxırlar. Belə insanlara psixoloqa müraciət etmək məsləhət görülür. 

Necə anasınız?

Rəfiqə-ana

Rəfiqə-ana uşağı ilə birlikdə velosiped, xizək sürür, hətta ağaca belə çıxır. O, övladının rəfiqələrinin sevimlisidir. Belə anaların evində həmişə yaradıcı dağınıqlıq olur. Belə anaların övladları sevinc və xoşbəxtlik atmosferində böyüyür, insanlarla rahat ünsiyyət qurur. Ancaq belə anaların övladları o qədər də tez ipə-sapa yatmır, ananın xahişini tez bir zamanda yerinə yetirmir. Psixoloqlar belə analara daha nizam-intizamlı olmağı, işləri digər ailə üzvləri arasında bölüşdürməyi tövsiyə edirlər. Məsələn, ataya uşağın dərsləri ilə məşğul olmağı, nənəyə onu dərnək və ya idman məşqlərinə aparmağı tapşırın.

Necə anasınız?

Əlaçı ana

Belə analar üçün hər şey ideal vəziyyətdə olmalıdır. Onların uşaqları ən yaxşı kurslara gedir, ingilis dilini öyrənir, ən yaxşı müəllimdən musiqi dərsləri alır, ən yaxşı uşaq bağçasına və məktəbə gedir.  Onların övladları öz yaşıdlarına nisbətən daha tez gəzməli, yazmalı, oxumalı, xarici dil öyrənməlidir. Təəssüf ki, belə analar uşaqların hissləri haqda düşünmürlər. Görəsən uşaq ideal olmaq istəyirmi? Daim qaçaqaçda olmaq, istirahətə vaxt tapmamaq uşağı yorur. İldən-ilə ananın tələblərinə cavab vermək onun üçün çətinləşir. 

Əlaçı analar öz uşaqlarını başqaları ilə müqayisə etməkdən vaz keçməli, ona sərbəst böyüməyə imkan verməlidir. Övladınız boksla məşğul olmaq istəyirsə, onu musiqi alətində ifa etməyə və rəqsə getməyə məcbur etməyin. Onun öz həyatını yaşamasına və istədiyi işlərlə məşğul olmasına imkan verin. 

Necə anasınız?

İşgüzar ana

Belə analar təkcə bayram, istirahət günü bilmədən səhərdən-axşama kimi işləyən analar deyil. İşləməsə də bütün günü öz məşğuliyyəti, müxtəlif görüşləri ucbatından öz övladına vaxt ayıra bilməyən analar da əməkdar ana tipinə aiddir. Uşaqla ya nənə, ya da dayə məşğul olur. Belə analar uşaqla parka getsə, gözü saatda qalır, çünki onun rəfiqələri ilə görüşü və ya vacib işi var.

Analar, dayanın, balanıza nəzər salın. Nənə və ya dayə ananı əvəz edə bilməz! Sizsiz o özünü lazımsız, atılmış hiss edir. Övladınıza vaxt ayırın. Onunla oynayın, danışın, onu qucaqlayın, əzizləyin. Bu, təkcə ona deyil, sizə də lazımdır.

Necə anasınız?

Soyuqqanlı ana

Ciddi, soyuqqanlı, uşağına nə zaman lazım olacağını bilən ana tipidir. Nə özü övladına qarşı olan hisslərini büruzə verir, nə də uşağa ona olan hisslərini aşkar etməyə imkan yaradır. Aramızda az da olsa belə analar var. Onların övladları çəkingən, utancaq, özünə inamsız olur. Böyüdükdə yanlarında ana olmadıqda özlərini itirir, çaşırlar.

Belə analara çətin də olsa xasiyyətlərini dəyişmək məsləhətdir. Belə tərbiyə metodu uşaqları xoşbəxt etmir. Biz isə ilk növbədə uşaqlarımızın xoşbəxt və sağlam böyüməsini istəyirik. Övladınıza seçim imkanı verin və seçimini bəyəndiyinizi ona bildirin.



Şərhlər (40)

Terane 1978 Terane 1978 21 March 2016 23:25 Cavab yaz

Mene o xosbextlik , o neymet qismet olmadi..........cox bala isteyen usaq sevenem...heyat meni bele etdi,Allah meni bele etdii...kimde gunah arayim hec ozumde bilmiremmm....niye alinmir niye getirmir menimkii bu,dunyada...men ana olmadim Ana..meni bu,dunyaya niye getirdinnn...meni niye yaratdin ay Ilahiii...
Deniz84 Deniz84 4 November 2014 03:13 Cavab yaz

Hər gecə ən az 5-6 dəfə otaqlarının isti olduğunu bilə-bilə onalra baş çəkən üstlərini örtən, bir anayam))
ayan_ ayan_ 18 June 2014 00:30 Cavab yaz

Menim anam 100% elaci ana novundendir..Yazilanlar eynile menim anama aiddir.Men ise ana oldugum zaman refiqe ana olmaq isteyirem. biggrin
Deniz84 Deniz84 15 June 2014 20:17 Cavab yaz

Eh biz analar uşaq böyüdənə kimi nələr çəkirik. Bir şey ki, övlad dünyaya gəldikdən sonra ondan başqa bir şey düşünmür, onun gələcəyi , sağlamlığı, təhsili səni özündən çox maraqlandırır. Hər birindən bir az var əslində.Sağ ol Afət həmişəki kimi çox gözəl xəbərdir.
Aytac M-ca Aytac M-ca 17 May 2014 23:28 Cavab yaz

Soyuqqanli ana en cox O,anayam diyesen.Allah butun balalri saxlasin.
ESNA_2012 ESNA_2012 17 May 2014 13:54 Cavab yaz

Hmmm hele bi dushunum men nece anayam men qaygikes,narahat,delidolu ,eylenceli ,bezende cox ciddi bir anayam menim dushunceme gore,goresen ushaqlarim meni nece ana tipine aid edirler onlar hele balacadirlar bir az boyelsinler ozlerinden mutleq sorushacam pardonamma bundan eminem ki,bu yalan dunyada onlardan dogru,saf,temiz,pak,yalansiz bir sheyim yoxdu.
Mən aşiq iki gözüm
Məndə var iki özüm
Bir oğlum,bir qızımdı
İçimdə iki özüm
aysun2013 aysun2013 17 May 2014 10:07 Cavab yaz

Mende butun qruplardan toplanmisam love
aska-86 aska-86 17 May 2014 08:25 Cavab yaz

Men butun ana tiplerine daxilem deyesen-?
sedef inci sedef inci 17 May 2014 00:49 Cavab yaz

Sonuncusu olacagim ben
var indi yoxdu var indi yoxdu 17 May 2014 00:11 Cavab yaz

BURDAKI XUSUSIYYETLERDEN MENDE VAR SOYUQQANLIDAN BASQA.ESAS DELI ANAYAM laughing NIYE DELI YEMILLER QISQIRIRAM ,DECELLIK EDIRLER QISQIRIRAM, BIR AZ DA XESTE ANAYAM BIR GUNDE 5-7 DEFE PALTARLARIN DEYISIREM IKISIDE OGLAN DECEL SEBRIM CATMAZ CIRKLI PALTARDA SAXLAMAGA ONA GORE DELI VE XESTE YAXSI MENADA smile COX ISTIYIREM IKISINIDE.TESEKKUR SIZEDE
alina25 alina25 16 May 2014 22:47 Cavab yaz

Çox qayğıkeşəm,həddən artıq. laughing Qorxaqlıq desən məndə var.Əslində belə heç nədən qorxum yoxdu,Əzrail kimiyəm. diablo Təkcə ilandan qorxuram. wassat Lakin,körpəm məsələsində isə həddən artıq qorxuram,ay belə oldu,ay elə oldu,bir şey yeyəndə başının üstündə dayanıram ki,birdən uşağın boğazına gedər,o qədər qalın geyindirirəm,qaynanam deyinir ki,uşaq bişər,amma məndən asılı deyil no .Qızım soyuqlayanda dəli oluram adəta.Bir az qrip olur,tez aparıram həkimə.Təkcə mən yox,bu məsələdə yoldaşım da mənim kimidi.Rəfiqə məsələsində qızım hələ balacadı deyən elə bişey yoxdu,amma öz mamamnan rəfiqə kimi idik. request Əlaçı məsələsində də mən də qızımı kurslara qoymaq istiyirəm gələcəkdə,amma özü necə istəsə.Rəqs kursuna,musiqi kursuna və s. girl_ang İşgüzar ana dedikdə heç vaxt belə bir tipdə olmamışam,mən hara,qızım da ora.Arada yoldaşlarımla yığışırıq,o da evdə.Uşaqlar da bizlə olur.Soyuqqanlı ana isə heç deyiləm.Maraqlı xəbərdi,paylaşdığınıza görə təşəkkürlər. give_ros
qeribe qeribe 16 May 2014 22:23 Cavab yaz

Analarimiza hec bir vaxt pis demek olmaz.Onlarda bizim ucun caliserler. Maraqli xeberdi Allah haminin Anasinida balasinida saxlasin.Cox sag olun Afet xanim,tesekkur edirem. girl_ang give_ros kiss
Ryos Ryos 16 May 2014 22:10 Cavab yaz

Oglum deyir ki mama sürücü deyen kimi ki uşaqlar sizlerden birinin anasıdı hec adımı hele cekmemiş yanımdakına dedim ki bu ele menim mamam olacaq Deyirem ki ne edim men beleyem

Caaaaan bacim bilirsen hele bizi basha dushmezlerki, o vaxta kimiki ozleri valideyn olacaqlar ha..onda onlari goreriy..Bilmirler neler yashiyiriq her gun her saniye onlar biraz eve gec gelende bele..Allah canlarini saq elesin..Amma o gunleride Allah bize qismet etsin ovladlari olsun narahat olanda biz onlara deyerik.. air_kiss
sahil_13 sahil_13 16 May 2014 22:01 Cavab yaz

PƏRIŞKA sen yaxşısan özüne zeng etmisen Bir defe oglum birinci kursda oxuyanda turizim şirketi ile Lahıca gezmeye getmişdi Deqiqede bununla elaqe saxlayırdim deyirdi ki mama mennen başqa hec kimə bu qeder zeng gelmire nolar bir az ara verdə zenglərə Her defe men gezmeye gedende bele edirsen Maşallah üreyi gedir gezmekcün Bir Naxcıvanda olmayıb ona görə də Allaha yalvarır ki, kaş esgerliyim Naxcıvana düşə yoxsa sen meni Naxcıvana buraxan deyilsen greeting He neyse bacı bu Lahıcda olanda birteher 2-3 saat dözüb axşamüstü buna zeng etdim gördüm ki buna zeng catmır hirslendim ki yeqin telefonu söndürüb ireful yoldaşlarından da 1-2 neferin nömresin götermüşdüm olarada zeng catmadı indi gel dözde Üreyim partdadı ki göresen nolub cray Elemedim tenbellik zeng eledim turizim şirketinə Dediler ay xanım narahat olmatın yeqin ele yerdediler ki tel tutmur Dedim yoxe bu deqiqe gerek xəbər tutam greeting Axır sürücünün nömresin menə verdiler ki bu nımreye zeng ele belke alındı unknown Ele zeng eden kimi alındı indi sevincimnen bilmirem neyniyim yahoo Oglum deyir ki mama sürücü deyen kimi ki uşaqlar sizlerden birinin anasıdı hec adımı hele cekmemiş yanımdakına dedim ki bu ele menim mamam olacaq wassat Deyirem ki ne edim men beleyem dash
Ryos Ryos 16 May 2014 21:34 Cavab yaz

O ki qaldı özümə, yoldaşım mənə "manyak-ana" adını qoyub

Boyyy **sen manyak ana mende deli ana**Eladiki...
Çünki çox narahat anayam, uşaq məktəbdən gəlib evə çatana qədər bəlkə 50 dəfə zəng edirəm

Bu yaxinlarda oqlum kursdan bir rayona getdi kolektivlke sinif muellimleri ile..Demey belke senin kimi 50defe zeng etdimki avtobusun sheklini cek gonder gorum rahatdi oturduqun yer,,Yemeye ne yedin?Sheklini cek gonder gorum ne yeyirsen?Yastan yerin yumshaqdi?Sheklini cek gorum evdeki kimi rahat yerde yatacaqsan?Eynivi isti geyin..niye gec cavab verdin?narahat idin..Cannn maman olsun darixirsan?axi menim ureyim partdiyir..Inanirsanki o 3 gun ushaqin burnunnan geldi..Gelennen sonra atasina deyirki Men birde bir yere getsem mene bir navikator alki anam mher deqiqe harda olduqumu bilsin..Ushaqlarin dostlarimin yaninda meni biyabir eledin mama..Ona gorede yoldashim mene deli ana deyir..Neyniyim ay bacim..Biliremki butun analar beledi tek men yox..
məhdinin gozleyeni məhdinin gozleyeni 16 May 2014 20:35 Cavab yaz

Maraqli xeberdi Allah haminin balasini saxlasin oxuduqca goruremki hamisindan bir azda olsa mende var men caliwiramki qizimla dost olum elhemdulillahda alinir evvel mene cox baqli idi ama baqca onu cox deyiwdi indi hem quran oyrenib hemde edeb.eslen istemerem musiqiye hevesi cun en gozel terbiye Hz.Zehra terbiyesidir xanimlara meslehet gorerdim bu barede melumatlanib tetbiq etsinler.twkler
minira72 minira72 16 May 2014 20:19 Cavab yaz

Tesekkurler Nigarin fikriyle razilasiram
deyerlim deyerlim 16 May 2014 20:18 Cavab yaz

Əziz xanımlar, gözəl analar, şərhləriniz üçün hər birinizə təşəkkür edirəm. Allah hamınızın balasını saxlasın, əziyyətinizi yerdə qoymasın. O ki qaldı özümə, yoldaşım mənə "manyak-ana" adını qoyub crazy Çünki çox narahat anayam, uşaq məktəbdən gəlib evə çatana qədər bəlkə 50 dəfə zəng edirəm. blush Məncə, əsl ana elə belə olmalıdır, elə deyilmi?
Ceylan Mumoğlu,
Siz sağ olun Ceylan xanım, hər şey Qadin.Netin gözəl xanımları üçündür. İnşAllah çalışacam belə xəbərlərdən tez-tez hazırlayam.
Sevgi. Sevgi. 16 May 2014 20:00 Cavab yaz

Allah butun balalarimizi saxlasin Eslinde men calisiram her seyi qederince edim her seyin oz yeri oz zamani var Oglum baxcada hami taniyir her kesle unsiyyet qurmaga calisir guleruz usaqdi deye baxcadan cixanda bele terbiyecileri deyir İsmayil sabahda gel evde qalma smile Xestelenmeyide herden olur ondada srazu hekime aparmiram ozum evde sagaldiram tebii vasitelerle Amma her seye tab getirerem amma tehsil en onemlidi menimcun İnsallah calisacamki oglum yaxsi tehsil alsin Bilmirem pisdi ya yaxsi usagimi heckime etibar etmirem adi ata nenesinin yaninda qalmaz men harasa getsem ozude cox baglidi mene Şirin balamdi Allah bed nezerden qorusun her kesin balasini menim balamla birlikde
Ryos Ryos 16 May 2014 19:11 Cavab yaz

Ovlad valideyinin gozudu..Hec bir valideynde gozunun kor olmasini istemez..Menim yoldashim mene ad qoyub deli anasan deyir sen.Normal analar bele olmur biggrin Dehshet vas vasiyam men..Amma mence butun analar eledi axi..Ovladlarina gore cox narahat olurlar..
Men hem Həddən artıq qayğıkeş ana,,,hem Qorxaq ana,,hem İşgüzar ana,,hem Əlaçı ana,, birazda Soyuqqanlı anayam..Refiqe ana deyilem cunki qizim yox oqlanlarim var.Eksine Dost anayam..
Bu gun ushaqlar adi qrip olsalar vessallam men az qalir deliu olum..3 gun yatmaram oturaram carpayilarinin yanindaki birden ushaq pislesher ama men yatmish olaram..Ad yemeylerinide az qalir oz elimle yedizdirimki arxayin olumki nese yediler..Bir yere gedende balacamin elini o qeder sixiramki elimnen birden cixar qacar yixilar yada nese bashqa bir pis shey gelir aqlima.Bezen oz hereketlerime cox esebleshirem..
Boyuk oqlumla iki yaxin dozt kimiyik onunla derdleshirem sohbet edirem..Cox sixmiramki bura olmaz ora olmaz..Azda olsa istediyini edirem.Cunki zemane biraz bawqadi coxda bosh buraxmaq istemiremki lapda qudurmasin..Indiden artiq eskerlyine gore cox narahatam..Inaninki deli oluram.Gece yatandada eskerleri gorurem yuxuda..Yoldashim deyirki cox narahatsan gorurem..Sene bu yaxshiliqi ede bileremki oqluvun eskerliy vaxti gelende senide qoshum ona get hem balava hemde eskerlere yemey bisirersen..Savab qazanarsan eskerleride yedizdirersen balavida)))))
Soyiqqanliqim ise bezen hirselerem ozumnende cixaram nese artiq sozde deye bilerem..amma sonra peshmanda olara..Allah butun ovladlari qorusun.Allah ovladlarimiz terefden bashimizi uca dilimizi uzun etsin..Coxsaqol menim gozel bacim..Gozel movzu idi..Allah razi olsun sennen..
Nebilim O qeder yazmaq olarki sonra bawqalarina yer qalmaz..
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика