Giriş
Bağla

Bunları özünüzə əsla deməyin

MÜNASİBƏTLƏR / Qadın psixologiyası

Bunları özünüzə əsla deməyin

Mənfi düşünmək insanı mənfiliyə doğru yönəldər. Belə bir düşüncə zəhər kimi insanın beyninə yayılar, onun inancını dəyişər və oz gücündən istifadə imkanlarını yox edər. İnsan özü ilə necə danışar və özü barədə necə düşünərsə, həyatını da o istiqamətdə kökləyər. Ona görə də bunları çalışın heç bir zaman nə özünüzə aid etməyin, nə də özünüzə deməyin.

1. Bunu edə bilmərəm

Yarış başlamamış məğlubiyyəti qəbul etməyin! Güclü tərəflərinizə qarşı çevrilin və özünüzdən, bacarıqlarınızdan əsla şübhə etməyin. 

Bunları özünüzə əsla deməyin
2. Təslim ola bilərəm

Şərtlər necə olursa-olsun, əsla təslim olmayın! Qarşınıza çıxan çətinliklərin ağırlıqlarına baxmayaraq, özünüzə və gücünüzə inanın. Bunun nəticəsində həmin çətinlikləri aşa bilərsiniz. Unutmayın ki, təslim olana qədər məğlub hesab edilmirsiniz. Mübarizəyə davam edin və xəyallarınızı reallaşdırın.

Bunları özünüzə əsla deməyin
3. Yetərincə yaxşı deyiləm

Bu, özünüzə deməməli olduğunuz ən önəmli cümlədir. Siz özünüzə güvəndiyiniz qədər yaxşısınız. Özünüzü daim başqaları ilə müqayisə edir və onların sizdən daha yaxşı olduqlarını düşünürsünüzsə, bu o demək deyil ki, siz haqlısınız. Özünüzü heç bir zaman alçaltmayın və kiçik görməyin.

 4.  Tənhayam

Heç kim tənha deyil. Müəyyən zamanlarda özünüzü tənha hiss edə bilərsiniz. Əslində istisnasız olaraq hər kəs zamanla özünü belə hiss edir. Hər birimiz zaman-zaman özümüzü yalnız hiss edərik. Xüsusilə də cəsarətimizi itirdiyimiz və incidildiyimiz zamanlarda bu hiss bütünlüklə ətrafımızı əhatəyə alar.  Belə hallarda sevdiyiniz insanlarla ünsiyyət qurmaq və onlardan kömək istəmək vacibdir. Sevdikləriniz yanınıza gəldiyi an bu hisslərdən qurtulacaqsınız. 

Bunları özünüzə əsla deməyin
5. Heç kim məni sevməyəcək

Hər birimiz nə qədər qüsurlu olduğumuzu düşünürüksə düşünək sevilməyə layiqik. Ancaq ağ atlı şahzadənizi evinizdə oturub heyfslənərək tapa bilməzsiniz. Çölə çıxın, yeni insanlarla tanış olun və sizin üçün özəl olan insanı tapmaq üçün şansınızı artırın.

6. Nə istədiyimi bilməliyəm

Həyatdan nə istədiyinizi hələ də bilmirsinizsə, təlaşlanmayın. Demək ki, bunun üçün biraz da zamana ehtiyacınız vardır.

Bunları özünüzə əsla deməyin
7. Çox axmağam

Özünüzə bu qədər yüklənməyin! Hər zaman uğur əldə etmək olmur ki, zamanla nailiyyəti əldən qaçırmaq da olur. Ancaq bu o demək deyil ki, siz hədəflərinizə heç bir zaman çata bilməyəcəksiniz. Hər birimiz səhv edə bilərik. Axı biz insanıq. Əsas olan odur ki, etdiyimiz səhvlərdən nəticə çıxardaq və onları bird aha təkrarlamayaq.

Çalışın ki, özünüzə pis şeylər deməyin və ozünüzü mənfi fikirlər üzərində kökləməyin. Fikrinizi bacarıqlarınıza yönəldin və sadəcə bəzi şeylərdə müvəffəqiyyəti qaçırdınız deyə özünüzə bunu nə dərd etməyin, nə də boöyük problemə çevirməyin. Unutmayın ki, həyat davam edir və yşadığımız hər yeni gün müvəffəqiyyətin bizimlə olacağına dair bir işarədir.



Şərhlər (28)

Pervane01 Pervane01 4 March 2016 20:09 Cavab yaz

Çalışın ki,heç vaxt özünüzə pis şeylər deməyin və ozünüzü mənfi fikirlər üzərində kökləməyin.
Xanim_Xatun Xanim_Xatun 25 November 2014 16:42 Cavab yaz

Mən həmişə hər şeyə pozitiv baxiarm.Hec nə haqqinda pis fikirləşmrəm.İnsanı məhv edən pislik pis mənada olan paxilliqdi..
Ryos Ryos 2 June 2014 23:46 Cavab yaz

Mueyyen bir yash dovru varki bu fikirler insanin beyninde olur.Sonra yash otdukce ailen ushaqin olannan sonra ise yavash yavash ozune guven,tenhaliq,ve ne istediyini bilirsen..Menim fikrimce beledi..
Tenha deyilem cunki ailem ushaqlarim var..
Fikirleshiremki yeterince ozume gore yaxshiyam ve kiminlesede ozumu muqayise etmerem..NEyem buyam..Allah hereni bir cur yaradib.Shukurler olsun Allahima.
Amma ushaqliqdan oqlan kimi boyuduyum ucun hemishe bu sozu fikirleshirdimki Hec kim meni sevmiyecey,Sonra boyudukce fikirleshdimki hmmm minnetleri olsun meni sevenlerin biggrin Nolubki mene biggrin
Cox maraqli idi..coxsaqol canim..Allah razi olsun.. give_ros
SEMOW 2014 SEMOW 2014 2 June 2014 11:26 Cavab yaz

HMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMM ANLADIMMMMMMMMMMMMMM
askom askom 1 June 2014 22:43 Cavab yaz

Bazen kendimi yalniz hissediyorum.ama herzaman guclu olmaya calisiyorum.Tesekkurler yazi icin.
askim_2000 askim_2000 1 June 2014 19:16 Cavab yaz

bezi halarda mende tenhayam kimi sozleri isledirem recourse
nilu nilu 28 May 2014 13:48 Cavab yaz

Maraqlı xəbərdir
sadka97 sadka97 25 May 2014 20:47 Cavab yaz

Arada olur hemişe agilli olasi deylem ki biggrin
Aytac M-ca Aytac M-ca 16 May 2014 22:21 Cavab yaz

Cox maraqli xeberdi cox sagolun.
Seher Nur Seher Nur 14 May 2014 13:58 Cavab yaz

Cox maraqli ve deyerli xeberdir.Birinci novbede insan ozu-ozunu sevmeli,hormet etmelidir.Xeberi cox beyendim, dusunmeye deyer.
nicat-pari nicat-pari 14 May 2014 11:13 Cavab yaz

Men ozumu sevirem,guvenirem,taniyiram,ozume eminem.tesekkurler maraqli xebere gore.
ancelina 2014 ancelina 2014 13 May 2014 20:08 Cavab yaz

Tewekkurler xebere gore
Fatma Fatma 13 May 2014 10:50 Cavab yaz

Narın,
Niyə ki kaş hamının sənin kimi qızı olaydı
Songul Songul 13 May 2014 10:47 Cavab yaz

Ta uşaqlığımdan özümdə bir güvən olub. Məqsədimə çatmaq üçün getdiyim yolda maneə məni dayandıra bilməzdi, indi də eləyəm, amma hardasa bir az çəkinçəkliyəm indi, ailəmə görə, uşaqlara görə.
Bir qız tanıyırdım, gözəl olmasa da, xoşa gəlimliydi, demək olar ki, bu qız hər gün depresiyyaya düşürdü, mən çirkinəm, heç kim məni bəyənməyəcək və s. Ay qız, Allaha ağır gedər, niyə elə deyirsən, Allaha şükür əlin-qolun yerində və s. Bir-ik gün effekt verirdi, sonra yenə həmən-həməniydi. Sonra bu qız nişanlandı, indi elə bilir ki, dünyada ondan gözəli yoxdur. Allah heç kim tək qoymasın. Atalar demiş, Hər kəsin qarğası özünə qırğıdır mocking və ya noleydi yarım oleydi.......
Xəbərə görə təşəkkürlər.
Agats_fan Agats_fan 12 May 2014 22:05 Cavab yaz

Narın,
bunnan sonra demeyin cunki artiq heyatinizda qadin.net var biz variq dance

Sevgi.,
ela give_ros sukur icinde olasiniz esas odu sona qeder bu fikirlerv ve bundan gozel fikirlerle qalasiniz dance1 Gulum,
biz tesekkur edirik ize vaxt ayirdiginiz ucun love

CeylanВ Mumoğlu,
tesekkur edirem give_ros

♥AynişkaВ Gülüm♥,
: RealistВ (A-N),
elediki var :good

Q, siz sagolun
AşkВ Meleği,
caliin beyniniz conmesin dayandirin blum

AygulВ isgenderova, tesekkurler give_ros
R.G.AL-SU,
diqqetiniz ucun cox sagolun love Aqats fan crazy

Agat_♥,
Çox sağol Ceylan xanıma düşür. Çünki bizim üçün belə bir şərait yaradıb.

elediki var girl_ten
ayniska milaska ayniska milaska 12 May 2014 14:20 Cavab yaz

Ilk once insan ozu-ozunu sevmeli, deyer vermelidir, umidsizliye qapilmaq olmaz! diablo
AYKA_57 AYKA_57 12 May 2014 13:03 Cavab yaz

Eyer insan ozu ozune deyer vermese qiraqdakilarda sene deyer vermez
dfasg dfasg 12 May 2014 13:01 Cavab yaz

İndiye kimi "heç kim məni sevməyəcək" demişem birce sonra da peşman oldum ama yene beynim çönenede arabir deyirem blush
R.G.AL-SU R.G.AL-SU 12 May 2014 12:45 Cavab yaz

Özünü inkişafda bunlara əməl etmək çoooox müsbət nəticə verər,sag ol Agat
qeribe qeribe 12 May 2014 12:12 Cavab yaz

Çox sağ olun xəbərə görə... kiss give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика