Giriş
Bağla

Pəhriz saxlasanız da arıqlamırsınız?

SAĞLAMLIQ / Düzgün qidalanma

Pəhriz saxlamağınıza baxmayaraq heç cür artıq çəkinizdən qutula  bilmirsiniz? Fərqində olmadığınız bəzi xəstəlikləriniz arıqlamağınıza mane ola bilər. Dietoloq Xədicə Baygut belə bir vəziyyətlə qarşı-qarşıyasınızsa, mütləq həkimə müraciət etməyinizin vacib olduğunu vurğuladı və pəhriz saxladığınız halda hədəfinə çata bilməyən xəstələrə bunun altında yatan 10 səbəbi sıraladı.

1. Artıq çəkiyə səbəb ola bilən bir xəstəliyinizin tapılması: Bir həkimlə məsləhətləşmədən öz-özünə başladığınız bir pəhriz proqramı bir müddət sonra müvəffəqiyyətsizliklə nəticələnə bilər. Fərqində olmadığınız bir tiroid xəstəliyi, gizli şəkər ya da insulin müqaviməti, böyrəküstü vəzlərinin çox çalışması, polikistik over sindromu kimi vəziyyətlər çəki ata bilməməyinizin tibbi səbəbləri ola bilər. Bu cür xəstəliklər hər yaşda ortaya çıxa biləcəyi üçün arıqlamaqda çətinlik çəkdiyinizdə ya da arıqlama prosesi dayandığında da bu xəstəliklərin mütləq bir mütəxəssis həkim tərəfindən araşdırılması lazımdır.
2. Doğru olmayan qidalanma tətbiqləri: Bir pəhriz sizi ac saxlayırsa, deməli, o pəhriz doğru pəhriz deyil. Çox aşağı kalorili pəhrizlər bədənimizdən yağ toxuması ilə birlikdə çox miqdarda əzələ toxuması itkisinə də səbəb olur. Gün ərzində  ən çox enerji xərcləyən əzələlərimizdir. Əzələ itkisi ilə birlikdə maddələr mübadiləsi sürətiniz yavaşlayar və kilo verməyə qarşı bir müqavimət meydana gələr, hətta əvvəlkindən çox kilo alına bilər. 
Pəhriz saxlasanız da arıqlamırsınız?
3. Psixoloji problemlər və həddindən artıq stress halı: Psixoloji problemləriniz ya da həddindən artıq stressli bir həyatınız varsa, arıqlama mövzusunda müvəffəqiyyətsiz olma ehtimalınız var. Bu problemlər üçün istifadə edilə biləcək bəzi dərmanlar da yan təsir olaraq kilo artımına yol açır.
4. İnsanın nizamlı və özünə uyğun məşq etməməsi: Çəki itkisi insanın gündəlik aldığı kaloridən daha çox kalori yandırmasıdır. Bunu da uyğun bir qidalanma proqramına əlavə edilən məşqlərlə daha asan təmin etmək mümkündür. Eyni zamanda edilən məşqlər əzələ kütlənizin qorunmasını təmin edir və maddələr mübadiləsi sürətinizin azalmasına maneə törədir.
Pəhriz saxlasanız da arıqlamırsınız?
5. Ailəniz və ətrafınızdan kafi dəstəyi ala bilməmək: Arıqlamağa qərar vermək sizin üçün ən əhəmiyyətli addımdır. Bu addımı atarkən ailənizə və ətrafınızda birlikdə olduğunuz hər kəsə söyləməlisiniz. Onlardan sizə dəstək olmalarını və lazım olduğunda sizi xəbərdar etmələrini istəməlisiniz.
6. Ara paylardan imtina etmək: Maddələr mübadiləsinin nizamlı çalışması üçün gündə 3 ana və 3 ara pay yeyilməsi lazım olduğu elmi olaraq sübut edilmişdir. Səhər naharı erkən saatda edilməli, ara payı təxirə salınmamalıdır. Axşam yeməyini isə saat 19:00-dan əvvəl yeməyə diqqət yetirməlisiniz. Ana paylardan 2,5-3 saat sonra mütləq ara pay yeməlisiniz, bu maddələr mübadilənizin sürətini artıran ən əhəmiyyətli faktordur.
Pəhriz saxlasanız da arıqlamırsınız?
7. Kafi dərəcədə yatmamaq və dincəlməmək: Maddələr mübadiləsinin ən yavaş olduğu gecə saatlarında mütləq yatılmalı, ən sürətli olduğu səhər saatlarında də mütləq oyaq olunmalıdır. Yuxusuzluq stress hormonlarını artırır və bu hormonlar kilo artımına yol açır. Buna görə də mütləq gündə 7-8 saat yatmaq lazımdır.
8. Bol su içməmək: Maddələr mübadiləsinin düzgün işləməsi üçün gündə 2.5-3 litr su içməyi vərdiş halına gətirilməlisiniz.
Pəhriz saxlasanız da arıqlamırsınız?
9. Zərərli vərdişləri buraxmamaq: Siqaret və spirt kimi maddələrdən istifadə edənlərin arıqlama proqramlarında daha az müvəffəqiyyətli olduqları elmi araşdırmalarla müəyyən olunmuşdur.
10. Ümidsizliyə qapılmaq: Müəyyən miqdarda arıqladıqdan sonra, bədən yeni vəziyyətinə qarşı bir tarazlıq təmin etməyə çalışır və çəki itkisi azalır. Bu dövrdə ümidsizliyə qapılmamalı, mövcud çəkinizi qorumağa çalışmalı və məşq miqdarını artırmağa çalışmalısınız.


Şərhlər (19)

aykanur_1997 aykanur_1997 26 February 2016 14:57 Cavab yaz

Xebere gore tewekkurler give_ros
nezis nezis 30 October 2014 12:26 Cavab yaz

Hec pehriz saxlamamisam tesekkur
nermin.nesirli.7 nermin.nesirli.7 13 August 2014 13:41 Cavab yaz

Men pehriz saxlayiram axwam 6 dan sora hecne yemirem ama ancaq skoladsiz dura bilmirem ona gorede cekim ne artir ne azalir.рџ?„
sohret_2008 sohret_2008 29 June 2014 12:48 Cavab yaz

Maraqlidi tesekkur
ASKIMLA ASKIMLA 28 June 2014 16:48 Cavab yaz

Men pehriz saxlamiram amma normalam
melek87 melek87 27 June 2014 21:35 Cavab yaz

Bala səni gözdü qoyuflar gərəh hər şeyi görəsən???

lol
rana969 rana969 27 June 2014 21:33 Cavab yaz

Deyirem bir adam getdihce yaman qojalir haaa
uje dili de topux vurur...

Bala səni gözdü qoyuflar gərəh hər şeyi görəsən??? dash
s s 90 s s 90 27 June 2014 21:29 Cavab yaz

Çərhləriniz

Deyirem bir adam getdihce yaman qojalir haaa
uje dili de topux vurur... crazy
rana969 rana969 27 June 2014 21:09 Cavab yaz

JaləВ Məmmədli,
AYSUNВ MEMMEDOVA,
Gulum,
huseynovaВ qaye,
HUSNA,
Q,
SonayВ Quluzade,
♥Tutu♥,
Dəniz84,

Şərhləriniz üçün hər birinizə təşəkkür edirəm xanımlar çox sağ olun. kiss
Pahoooooooo...bir adamin da gunde nece dene xeveri cixir eeee
taa buralarnan daniwmazzzz

Başın batmasın gejə vaxtı gəlif bəxtəvərrih verməsəydin olmazdı ey crazy
gumuska gumuska 27 June 2014 13:46 Cavab yaz

Artiq ceki bezdirib ey milleti
aysun2013 aysun2013 27 June 2014 12:45 Cavab yaz

Valla men deyende pehrizdeyem kilo atmaq evezine aliram bilmiremniye dash
sahil_13 sahil_13 27 June 2014 12:14 Cavab yaz

Düzdü xususi pehriz saxlamıram sadece az yeyirem amma idman zalında özüme zülüm edirem dance1 di gel ki cekini az atıram Ele bil mendeki bu artıq cekilerin menden cox xoşu gelir deyənə məndən el cekmirler dash
gaye huseynova gaye huseynova 27 June 2014 11:35 Cavab yaz

Salamaleykum qizlar necesiniz?inaninki men 80 kilo olmusdum defelernen dieta saxladim duzdu cekimi 2 3 klram atmisdim amma bu dietaa axi omurluk sey deyil ona goede coreyi atdim her sey yedim istediyim kimi ammma az doyumluq deyil tadimliq oldu sekeri tammam azaltdim coreyi kesdim indi 63 olmusam
QADIN.AZERI QADIN.AZERI 27 June 2014 11:06 Cavab yaz

Men pehrizsiz ariqlayiram girl_smi
qeribe qeribe 27 June 2014 11:03 Cavab yaz

Gözəl məsləhətlərin üçün təşəkkürlər Narin xanim. give_ros
Songul Songul 27 June 2014 09:55 Cavab yaz

Mənimki arıqlamaqdan çox formaya düşməkdir, ona görə də, ciddi pəhrizə ehtiyac duymuram. Bəzilərinə əməl edirəm, bəzilərinə isə yox. Sağ ol, Narın, məsləhətlərini nəzərə alaram.
blatnoycik110 blatnoycik110 27 June 2014 09:55 Cavab yaz

Təşəkkür maraqliydi xeber
Deniz84 Deniz84 27 June 2014 09:26 Cavab yaz

Yuxusuzluq stress hormonlarını artırır və bu hormonlar kilo artımına yol açır. Buna görə də mütləq gündə 7-8 saat yatmaq lazımdır.

Həəə Narin mənim bu balacam Gündə ara verə-verə 15 saat yatır. Mənə isə cəmi 5-6 saat imkan verir yatmağa. Gözəl məsləhətlərin üçün təşəkkürlər.
s s 90 s s 90 27 June 2014 02:15 Cavab yaz

Pahoooooooo...bir adamin da gunde nece dene xeveri cixir eeee
taa buralarnan daniwmazzzzz dash

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика