Giriş
Bağla

Şokoladlı, fıstıqlı rulet (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

Xəmir üçün:

1 x.q bal

300 ml su

1 ç.q quru maya

3 x.q duru yağ

0.5 ç.q duz

Təxminən yarım kq un 

İçlik üçün:

Yer fıstığı (miqdarı zövqə görədir)

5 x.q kakao

80 q şəkər tozu 

100 ml su

20 q marqarin
Üzəri üçün:

Duru yağ

Hazırlanması:

Bir az isti suda balı tam həll edirik. Təzə və ya xarlanmış bal ola bilər.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Üzərinə maya əlavə edib 10 dəqiqə saxlayın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

500 q buğda ununu ələyib üzərinə duz əlavə edin və qarışdırın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Ballı-mayalı qarışığı unun üzərinə tökün.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Xəmiri qarışdıra-qarışdıra üzərinə duru yağı da əlavə edin.
Şokoladlı, fıstıqlı rulet (foto resept)

Lazım olsa un bir qədər də əlavə edə bilərsiniz. Yoğurduğunuz xəmiri isti yerə qoyun ki, gəlsin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Qlazuru hazırlamaq üçün böyük olmayan bir qazana kakao və şəkər tozunu tökün.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Üzərinə su əlavə edib qarışdırın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Eyni kütlə alınana qədər orta istilikdə qarışdıra-qarışdıra bişirin. Qaynayanda marqarini çox da iri olmayan hissələrə bölüb bura əlavə edin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)
Qarışdıra-qarışdıra bir az da bişirin.
Şokoladlı, fıstıqlı rulet (foto resept)

Qlazur hazırdır. Yer fıstığını quru tavada qabığı çıxana qədər qovurun.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

İsti-isti qabıqlarını çıxarın. Sonra soyudun, blenderdə bir az xırdalayın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Xəmirin yaxşı köpməsini gözləyin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Peraşkidən bir az böyük kündələr tutun, yayın, üzərinə qlazur çəkin, sonra yer fıstığı səpin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Rulet kimi bükün, qıraqlarını da bükün ki, qlazur listə axmasın. Listi duru yağ ilə yağlayın, ruletləri bir-birinə çox yaxın qoymayın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

20 dəqiqə 200 dərəcədə bişirin. Hazır ruletlərin üzərinə bişəndən sonra bir az duru yağ çəkin. İstəsəniz kərə yağından istifadə edə bilərsiniz (Üzərinin qızarması üçün bişməzdən əvvəl də ruletlərin üzərinə duru yağ çəkə bilərsiniz).

Şokoladlı, fıstıqlı rulet (foto resept)

 

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Nuş olsun!nyam

(Tərcümə edilib)



Şərhlər (73)

Deniz84 Deniz84 25 February 2016 09:31 Cavab yaz

Bəyənməmək mümkün deyil. Dadlı və gpzəl. əllərinizə sağlıq.
aykanur_1997 aykanur_1997 24 February 2016 22:31 Cavab yaz

Beh beh beh nyam Istedim lap cray Ellerinize sagliq super gorunur,umid edirem dadida superdi good
Fatma Fatma 24 February 2016 17:27 Cavab yaz

Yəqin dadı yaxşı olar nədənsə mən sevmirəm belə şirniyyatları
xedice-11 xedice-11 24 February 2016 12:37 Cavab yaz

Bu belə quru olar bunun yerinə paxlavanı seçərdim mən.
virtual dərslər virtual dərslər 28 March 2015 12:38 Cavab yaz

Ela super esl men isteyen kimidi.Sagolun
Xanim_Xatun Xanim_Xatun 28 March 2015 12:34 Cavab yaz

Bunlardan yemişəm dadlı olur..
SS,, SS,, 5 February 2015 18:23 Cavab yaz

hazirlamaga deyer asan gorunur
Pervane01 Pervane01 13 December 2014 20:08 Cavab yaz

Bu şerbətə qoyulsa yaşı olar

Bu şerbətə qoyulsa yaşı olar
LUMU-82 LUMU-82 9 October 2014 17:38 Cavab yaz

good GORUNUŞÜ ƏLA,RESEPDİ DƏ ASANDI. MÜTLƏQ HAZIRLAYACAGAM DADINI BİLMƏK ÜŞÜN
gulkaaaaaaaa gulkaaaaaaaa 11 July 2014 19:25 Cavab yaz

Dadli gornur hemde asanddi gedim iftara hazirliyim
elvira.melek.589 elvira.melek.589 13 June 2014 19:27 Cavab yaz

Super,tesekkurler
sevawka sevawka 22 April 2014 15:44 Cavab yaz

MENDE BEYENDIM
nigarka1112 nigarka1112 29 March 2014 20:18 Cavab yaz

Hal hazirda biwirrem xemiri qatmiwam bilmirem ne qeder qalmalidi kinse deye biler bunu mene? Hal hazirda qlazuru hazirlayiram
lovable_madam lovable_madam 4 March 2014 22:52 Cavab yaz

RzayevaВ В Guler,
AişəВ Ömər,
Sevgi_94,
Asi,
ESNA,
Təşəkkürlər, xanımlar, hər birinizə nuş olsun. love
ESNA_2012 ESNA_2012 4 March 2014 21:27 Cavab yaz

Bu shirniyatdan bishirdim,eyni ile bele alindi dadida gozel idi,bolushduyunuz ucun cox sag olun nyam
Asi88 Asi88 26 February 2014 16:36 Cavab yaz

Bacm good ellerive saglig/ give_ros
Sevgi_94 Sevgi_94 18 February 2014 11:39 Cavab yaz

super dogurdan cox beyendim.twk
WhiteGirl WhiteGirl 16 February 2014 17:46 Cavab yaz

Əllərinizə sağlıq.Çox gözəldi
www.guler1994 www.guler1994 16 February 2014 17:10 Cavab yaz

Ela sirniyatdi yumsaq Dadli cox beyendim
lovable_madam lovable_madam 10 February 2014 22:54 Cavab yaz

QizilВ Gul,
islamВ qasanov,
AyselВ Allahverdiyeva,
♥♡AyTaDjВ HəSəNzAdƏ♡♥,
Təşəkkür edirəm hər birinizə. Nuş olsun. nyam
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика