Giriş
Bağla

Fəsil üzrə balıq seçimi

MÜXTƏLİF / Praktik məsləhətlər

Barbunya: İyul, Oktyabr ayları arası ən ləzzətli vaxtıdır. Tavada qızartması və sinə kəbabı çox gözəl olur.

Tekir(zolaqlı barbunya): Dörd fəsil yeyə biləcəyimiz bu balığın ən ləzzətli vaxtı iyul-oktyabr ayları arasıdır. Tavada qızartması, sinə kəbab çox gözəl olur.
Çupra(Spar): Hər fəsil yeyilə bilər. Qızartma və sobada bişirib yeyilməsi məsləhət görülür. Buğlaması, qızartması, şorbası və sobada bişiriləndə çox gözəl olur.

Qaragöz: Hər fəsildə yeyilən bu balıq, xüsusilə, may-iyul aylarını saymasaq daha yağlı və ləzzətlidir. Buğlaması, sobada bişməsi və şorbası çox gözəl olur.

Dəniz dili: Hər fəsildə yemək olar. Ən ləzzətli vaxtı noyabr-fevral ayları arasıdır. Tavada qızardılmışı çox gözəldir. İrilərinin filesin çıxarılıb şişdə bişirmək olar
Kilkə: Qızartma, sobada, tavada, sinə kəbabı, buğlaması çox ləzzətli olur. Noyabr-fevral aylarında yeyilir.
Sardinya: Ən ləzzətli fəsli iyul-oktyabr aylarıdır. Bu müddətdə müxtəlif kababları, sobada, buğlaması və plovu bişirilə bilər. Noyabr-iyun ayları arasında isə ancaq pulovu və buğlaması edilsə də əvvəlki dövr qədər ləzzətli olmaz.
Fəsil üzrə balıq seçimi
Uskumru(skumbriya): Sentyabr və Yanvar ayları arasında çox ləzzətlidir. Qızartması, sinə kababı, dolması, katleti və duzlusu çox gözəl olur. Bu aylarda çox yağlı olduğu üçün buğlaması məsləhət deil. Fevraldan etibarən yağını itirməyə başladığından buğlaması edilə bilər. Yazda tutulanlar isə sous üçün uyğundur.
Kolyoz: Yanvar ayı ən yağlı olduğu vaxtıdır. Duzlamaq üçün idealdır. Duzlaması çox gözəl olur. Dadı yavan olduğundan əsasən buğlaması hazrlanır.
Lüfer: Sentyabr ortasından yanvarın sonuna qədər olan müddət ən yağlı və ləzzətli olduğu dövrdür. Bu dövrdə qızartması tövsiyə edilir. Digər zamanlarda böyüklüyünə görə sousu, buğlaması, sinə kəbabı yeyilir.
Fəsil üzrə balıq seçimi

Palamut(pelamida): Ən ləzzətli vaxtı sentyabrın əvvəlindən fevralın ortalarına qədər olan zamandır. Bu dövrdə çox yağlı olduğundan qızartmasından uzaq qalın. Sobada bişirilib yeyilməsi daha məsləhətlidir. Digər fəsillərdə qızartması bişirilə bilər. Buğulaması və şorbası məsləhət deyil.

Levrek, Minekopun(umbrina)  əskinə: İl ərzində yeyilən Levreyin çox ləzzətli əti var. Ən gözəl fəsli qış ayları və yazın əvvəlidir. Hər cür yeməyi hazrlanan Levrek buğulaması, sobada, sinə kababı və mayonezlisi çox dadlı olur. Xüsusilə, şərablı və mayonezli balıq yeməkləri ilə çox gözəl gedir.

Stavrit: Hər fəsildə tutulan stavritin ən ləzzətli olduğu vaxt  noyabr-fevral ayları arasıdır. Tavada qızartması və sobada çox gözəl olur.

İzmarit: Payız və qış aylarında qızartmasını belə edilər. Əti ağ və son dərəcə ləzzətlidir. Qızartması çox dadlı olur. Qril edilərkən pullarını təmizləməzlər. Olduğu kimi bişirilə bilər, sadəcə içini təmizləmək lazımdır. Üzərinə limon və zeytun yağı ilə doğranmış cəfəri əlavə edib hazırlanır. Pullarını təmizləyib tavada da qızarda bilərsiz.

Fəsil üzrə balıq seçimi
Kalxan(Tyorbo): Hər fəsildə tutula bilinən kalxan bütün il boyunca yeyilə bilər. Ən ləzzətli vaxtı yanvarın axrından martın ortalarına qədərdir. Qızartması çox gözəl olur. Buğulaması və sinə kababı da edilər. Yazın sonundan etibarən avqust ayına qədər tutulan kalxan balalarının qızartması nəfis olur.
Kefal: Yaz ayları xaricində ləzzətli olan və pulları olmayan bir balıqdır. Payız, qış və yazda çox ləzzətlidir. Buğulaması çox gözəl olur.
Qılıncbalıq: Dənizlərimizdə çox nadir görülən çox ləzzətli bir balıqdır. Fəsilə görə bu balığın ən ləzzətli zamanı sentyabr-fevral ayları arasıdır. Dəfnə yarpaqlı şişi çox ləzzətli olur. Qızartması və sinə kəbabı da edilir.
Mezgit: Yaz xaric həmişə yumurtalı vəziyyətdədir. Yumurtalı qızartması, pamidorla bişmişi çox gözəl olur.
Qırlanqıç: Qızartmaya uyğun deyil. Buğlaması, xüsusilə şorbası çox ləzzətli olur. Qaynadılmış qirlanqıçın ayrılmış ətləri mayanezlə və ya zeytun yağı-limon sıxaraq soyuq çərəz olaraq da yeyilə bilər.


Şərhlər (16)

Iceberg Iceberg 4 May 2016 15:48 Cavab yaz

Baligi coox sevirem.
kifayet9 kifayet9 25 February 2016 00:39 Cavab yaz

Balıq mövsümü başlayandan çalışırıq daha çox balığa üstünlük verək. Yay aylarında balıq yemirik.
aysun2013 aysun2013 2 January 2016 12:08 Cavab yaz

Dəniz84,
Qəribə,
Mələksima,
Pərvanə,
Xanim_Xatun,
give_ros
Xanim_Xatun Xanim_Xatun 13 June 2015 17:42 Cavab yaz

Bu dövrdə qızartması tövsiyə edilir. Digər zamanlarda böyüklüyünə görə sousu, buğlaması, sinə kəbabı yeyilir.
Pervane01 Pervane01 4 June 2015 08:06 Cavab yaz

Yaz yay ferq etmir men her zaman bisirirem.
rovsane_82 rovsane_82 22 May 2015 00:49 Cavab yaz

Dəniz84
Balığı ailəliklə hamımız çox sevirik. faydalı xəbərin üçün minnətdarm
qeribe qeribe 19 May 2015 02:35 Cavab yaz

Faydalı xəbərdir... Tesekkur edirem. give_ros
Deniz84 Deniz84 18 May 2015 16:01 Cavab yaz

Balığı ailəliklə hamımız çox sevirik. faydalı xəbərin üçün minnətdarm.
aysun2013 aysun2013 17 May 2015 22:31 Cavab yaz

AzadəВ Həbibzadə,
Xanim_Xatun,
V_E,
ElladaВ Babayeva,
FatmaВ xanım,
Sevgi,
ŞəriВ Babayeva,
Cox saqolun eziz xanimlar
Shari Shari 17 May 2015 19:29 Cavab yaz

Balığı sevirəm.Təşəkkür.
moskow qadini moskow qadini 17 May 2015 19:26 Cavab yaz

Baliq yemeklerini cox sevirem...Bu aylarda biz balq yemirik.Teshekkurler.
Fatma Fatma 17 May 2015 17:39 Cavab yaz

Balığı hər fəsildə xoşlayıram
Ellada84 Ellada84 17 May 2015 17:13 Cavab yaz

Balıq xoşlayıram. Payız, qış aylarında balıq yemək məsləhətlidir.
ELBA ELBA 17 May 2015 12:07 Cavab yaz

Baligi cox sevirem elede basim cixmir baliq novlerinden sagolun melumat ucun
Xanim_Xatun Xanim_Xatun 17 May 2015 12:00 Cavab yaz

Balıq yeməklərini çox sevirəm.Ammaki iyi gələndə basim cox agriyir.Bilmirəm nədəndi.
virtual dərslər virtual dərslər 17 May 2015 11:32 Cavab yaz

Meslehetlere gore cox sagolun

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика