Körpələrdə tərləmə. Valideynlər bunları bilməlidirlər:
1. Tərləmə normal bir haldır. Tərləməmə isə bir xəstəlikdir.
2. İnsanda hərəkət və ya artıq güc sərf etməyə bağlı bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olunur və bununla da bədənimiz soyuyur. Tərləmə bir növ bizim bədənimizin “soyuma” sistemidir. Təbii ki, körpələr də bu vəziyyətdən istisna deyillər.
3. Burada diqqət edilməli olan xüsus bundan ibarətdir ki, körpənin tər vəziləri əllərində, ayaqlarında və başında daha çoxdur. Buna görə də körpələr bu nahiyələrdən daha çox tərləyirlər. Bu normal haldır. Bu nahiyələr tərlədikdən sonra təbii olaraq soyumağa başlayır və bu zaman valideynləri narahat edən “körpəmin başı, ayağı, əlləri çox tərləyir və sonra da buz kimi olur” şikayəti ortaya çıxır. Buradan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi normaldırsa, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir və bu orqanizmdə gedən normal fizioloji prosesdir.
4. Tərləmə irsi xarakter də daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar da çox tərləməyə meyilli olurlar. Bu durumlarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir haldır, bunu belə də qəbul etmək lazımdır.
5. Tərləmənin ən çox rast gəldiyimiz səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə (otaqda, çöldə temperaturun) hərarətin yüksək olmasıdır. Bu baxımdan körpələrin geyiminə və otaq temperaturuna diqqət olunmalıdır.
6. Hər hansı bir səbəbə bağlı olan burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Bu baxımdan burun dəliklərinin açıq olub olmadığı kontrol edilməlidir. Körpələrdə burun dəliklərini “duzlu su” (Natri xlorun izotonik məhlulu) ilə asanlıqla açmaq olar.
7. Körpənin yemək yeyərkən, ağlayərkən və ya güc sərf etdiyi hər hansı bir durumda tərləməsinin artması da normal bir haldır.
8. D vitamininin çatışmazlığı zamanı da körpənin tərləməsində artma ola bilər. Amma bu o demək deyil ki, hər tərləyən uşaq “raxit” xəstəsidir. Əgər xəstəliyə şübhə varsa, mütləq qan analizləri (qanda kalsiyum, D vitamininin miqdarı...) olunmalı və diaqnoz dəqiqləşdirilməlidir. Yalnız bundan sonra körpəyə Vitamin D və kalsiyum preparatı başlanıla bilər. Yoxsa “uşaq tərləyir, uşaqda raxit xəstəliyi var” demək və sonra da kor-koranə kalsiyum preparatları başlamaq qətiyyən doğru deyildir. Ümumiyyətlə müntəzəm olaraq D vitamini qəbul edən körpələrdə “raxit” xəstəliyinə rast gəlinmə ehtimalı çox aşağıdır.
9. Gələcəkdə bu kimi xəstəliklərlə qarşılaşmayaq deyə, yeni dogulmuşlarda raxit xəstəliyinin profilaktikası üçün doğumunun 15-ci günündən etibarən D vitamini verilməlidir.
10. Çox tərləmənin səbəblərindən biri də anemiyadır (qan azlığı). Əgər körpədə anemiya şübhəsi varsa, qanın ümumi analizi edilməli və diaqnoz dəqiqləşdirilməlidir.
11. Yekun olaraq deyə bilərik ki, tərləmə şikayəti olan körpələrin əksəriyyətində adətən hər hansı bir ciddi xəstəliklər müşahidə olunmur. Amma yenə də tərləmə şikayəti olan hər körpə ətraflı müayinə edilməli və tərləmənin yuxarıdakı səbəblərdən hansı birinə bağlı olduğu aşkar olunmalıdır.
Dr. Altay Abdullaoğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən bahalı şokoladı
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Gicitkənin saçlara faydası
Ən rahat ev geyimləri
Batareya çirkab suları ilə işləyəcək
Azərbaycan hərbçiləri Şuşada Xan çinarları əkdi - VİDEO
Polis xəbərdarlıq etdi
Yeni klipində gözəgörünməz oldu
Bu gün Ümumdünya Poçt Günüdür
Kəndli qadın 16 il sonra saçına qayçı vurdu - FOTO
Azərbaycanda institut rəhbəri vəzifəsindən azad edildi
Bu rayonlar karantinə alındı
HAVA necə olacaq?-10 FEVRAL
Günün ulduz falı
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
Buxarda toyuq ruleti (foto resept)
Builki abituriyentlərə ŞAD XƏBƏR
Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO
Günəşdə dəhşətli partlayış gözlənilir
Göz yaşı
O bir ilə 620 milyon qazandı
Necə qonşusunuz? (test)
Ardanın xanımı İlk dəfə AÇIQLAMA verdi
Maradonanın son sözləri məlum oldu
Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun
Millimiz bu gün “Şaxtyor”la qarşılaşacaq
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
Tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi
Girovlarımıza ağır cəza
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
Qiyməli şorba (foto resept)
Nazirimizdən savaş mesajı
Gözəl bilərzik modelləri (2)
Böyük ailədə böyüyən uşaqların qazancı
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Ermənilər ora da göz dikiblər
İstifadəçilər YouTube-a qarşı
Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək
Qurban bayramı nə vaxtdır?
Sabahın HAVAsı
Yalançı adamı necə tanımaq olar?
Hava haqqında
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Milla Yovoviç üçüncü dəfə ana olacaq-FOTO
245 qramlıq körpə aylar sonra İLK DƏFƏ-FOTO
- ŞƏRHLƏR