Giriş
Bağla

Ərə get!...

MÜNASİBƏTLƏR / Qadın psixologiyası

 Ərə get!...

Yazı aktual mövzudur, satirik, yumoristik üslubda yazılmışdır və kiminsə xətrinə dəymək məqsədini güdmür.

Həkimə və ağbirçəklərimizə inansaq, onların məsləhətlərinə əməl etsək, sağlam olarıq, özü də sağlam, bütün xəstəliklər əsəbdən yaranır və beyinin təsiri altında olur və qadınlar üçün hər bir xəstəliyin dərmanı “ər” və “ərə getmək”dir…

Qız həddi buluğuna çatıb, “oyandı”sa, orqanizmində hormonal dəyişikliklər gedəcək, təbii prosesdir. Amma bu məsləhət verirlər aaa… 13 yaşın tamam olan kimi “ərə get”, 20 yaşın olanda “ərə get”, 25 yaşın olanda “evdə qarımısan, tez çıx get ərə”, 30 yaşı və daha sonrası “uşaq doğa bilməyəcəksən, get ərə, biri qapazla get ərə”. Necə deyərlər, hamı bir ağızdan deyir ki, “13 yaşdan bu yana qadına, qıza hökmən kişi və ər lazımdır”… Bəziləri daha tez oyanır və daha tez istəyir orqanizmi kişini…

Kardioloqun yanına gedirsən, “qızım, sənin ürəyində sevgi, kişi yoxdur deyə, xəstəsən, get ərə”, genekoloq yanına gedirsən  “deyir, ərsiz xəstəliyin sağalmaz, sənə kişi lazımdır”, nevroloq da ki, “qormon və əsəblərini ancaq ər sakitləşdirəcək” deyir, psixoloq deyir “paylaşmağa, səni dinləyəcək birisi lazım, get ərə”, arıq olduğun üçün dietoloqun yanına gedirsən, “ərə get, kökələcəksən” deyir, sanki hər kəs əlbir olub, biz qızlara ər axtarır… Nə var axı, hamı bir ağızdan deyir “Get ərə?!”

Hamının dərdi qızlarımızın intim həyatıdır…

Ay aman, gec gedər ərə, oxuyub təhsil alar, oxuyar, oğlan bəyəndirmək olmaz birdən o qıza…

Ay aman, birdən qız işləyər, ərə getməmişdən öncə də şərt qoyar ki, işləyəcəyəm ərə gedəndən sonra da…Vay, vay, o zaman, kişi kimi pul qazanar, əri onun ipini yığa bilməz…

Ərə gedən kimi də çaşıb bir il uşaq doğmayasan ha birdən,  hamısı elə biləcək sonsuzsan, özü də sonsuzluq problemi olsa da, yükləyəcəklər sənin üzərinə, qadındadır problem, gec ərə gedib, hamilə qala bilmir, sonsuzdur…

Daha demirlər ki, bu qızın oxumağı-təhsili var, işləməyi var, qız işləməklə, kişiyə kömək edir maddi yükün bir hissəsindən azad edir… Yox, qadın ata evində də, ər evində də, qayınata evində də gərək “qapazaltı” ola…

Səsin çıxartsan, ayrı yaşasan da, deyəcəklər, “bıy, qızın buynuzları içindəymiş”… Öyrədəcəklər ərini sənin əleyhinə… Kişi də ki, kişi olsa, deyər ki, “arvad mənimdir, özüm bilərəm… Soğan yeməmisən, için niyə göynüyür”

Ərə gedənlərin hamısının əri bala batıb, hamı xoşbəxtdir, elə isə niyə son zamanlar ərə gedənlər arasında boşananların sayı çıxalmaqdadır…

Ərə gedəndən sonra da ikinci əmr başlayır, “uşaq doğ”, “nəvə istəyirəm”, birini doğmaqla da canın qurtarmır… Birini doğursan, ikinci istəyirlər, birini doğanda da, qoymurlar öz övladını özün tərbiyə edəsən…

Hamısının da əsasında çoxbilmişlərin məsləhətləri, əmrləri, ərkləri dayanır… Sonra zibili çıxanda, yaxalarını çəkirlər kənara ki, “sən ağıllı adamsan, mən dedim, sənin ağlın harda idi… Eləməzdin, dinləməzdin məni…”

Hamısının arxasında ictimai rəy, fikirlər, mentalitet, dardüşüncə və hər kəsin yerinə hamının qərar qəbul etməsi, burunları girməyən yerə başlarını soxması dayanır.

Sonra da başlanır söhbətlər ki, “boşan getsin, boşa getsin, boşandır getsin”… Boşanmaların da sayı artır. 

Ərə get!...

Ərə get:

Məktəbə getməsin, pulun yoxdur, necə oxudacaqsan, qız hara, təhsil hara, ver ərə, yükün azalsın… Ərə get…

Onsuz da, qızını bir gün qaçırdacaqlar, kimin üçün saxlamısan qızını?! Ver ərə… Ərə get…

Qızını sevən yoxdur, xəstədir?! Bəlkə qız deyil deyə, alanı yoxdur?! Ver ərə, görəki ki, sağlamdır, bakirədir… Get ərə…

Qızın hələ ərə getməyib, nə vaxt gedəcək, uşaq da hələ doğmalıdır, sonra gec olacaq, doğa bilməyəcək. Ver ərə… Get ərə…

Qız hara, işləmək hara, qoyma işləsin, əri saxlayar, ər nə üçündür, ər arvadını, ailəsini saxlamalıdır, canı cıxsın ər saxlasın… Ver ərə… Get ərə…

Filankəsin oğlu varlıdır, öz evi var, maaşı da yaxşıdır, maşını da var… Ailəsindən ayrı qalacaq, əsas ərə gedənədəkdir, sonra qızın özü baş çıxardacaq, “yola verəcək hamısını”. Ver ərə… Get ərə…

Qızını bir oğlanla gördüm, qızışıb deyəsən… Qız hara, oğlan dostu hara, sevgi hara… Adını batırmasın ailənin başını aşağı etməsin… Ver ərə… Get ərə…

Qızının rəfiqəsi var, başını bişirib yoldan çıxardar, pis yola düşər… Ver ərə… Get ərə…

Qızını qoyma şəhərdə oxuya, yaşaya, korlanacaq… Yanından ayırma… Ver ərə… Get ərə…

Qızını xaricə təhsil almağa göndərirsən?! Başın xarabdır sənin?! Qızın əldən getdi, alan olmayacaq! Ver ərə… Get ərə…

Qızına “yağlı” namizəd tapmışam… Məmur balası… Özü də məmurdur… Qızını şahzadə kimi yaşadacaq, hər il 4 dəfə xaricdə dincələcəklər… Ver ərə… Get ərə…

Qızı karyera edirmiş… Qıza iş, karyera qalmayacaq, elmi dərəcə qalmayacaq eee… Ər qalacaq, övlad qalacaq… Ver ərə… Get ərə…

Günel Fərhadqızı



Şərhlər (15)

askom askom 6 July 2016 15:30 Cavab yaz

bende mevzuyu cok sevdim......bence aile onemli insan icin.....fakat herseyin bir zamani var.....bir defa dunyaya geliyoruz hayati onemli ve guzelliklerle yasamamiz lazim.....o guzelliklerden biride aile hayati fakat yine de zaman ve kismet.....baskalarinin sozleri onemsiz.....helede bizi bilmeyenlerin sozleri cok onemsiz.....
Mamedova_ Mamedova_ 30 January 2016 21:16 Cavab yaz

Qəşəng mövzudu...güldüm)içim şişdi...(VER ƏRƏ-GET ƏRƏ)elə bil gedəndə ətrafımdakılara nə olacaq, dash
senin-kolgen senin-kolgen 28 January 2016 21:23 Cavab yaz

ElladaВ Babayeva,
Yox men hele balacayam yasim dusmur crazy biggrin cool lol gamer
Ellada84 Ellada84 28 January 2016 15:22 Cavab yaz

✈ Руслан Абилов ,
Tək xanıma ayıd deyil. Evlən yaşın çatıb deyən olmayıb? biggrin
Ceylan Mumoglu Ceylan Mumoglu 26 January 2016 13:13 Cavab yaz

ŞəriВ Babayeva,
ElladaВ Babayeva,
Ərə gedin! lol
senin-kolgen senin-kolgen 26 January 2016 09:52 Cavab yaz

ElladaВ Babayeva,
biggrin
Ellada84 Ellada84 26 January 2016 00:05 Cavab yaz

Ərə gedənlərin hamısının əri bala batıb, hamı xoşbəxtdir, elə isə niyə son zamanlar ərə gedənlər arasında boşananların sayı çıxalmaqdadır…

Mövzu o qədər geniş yazılıb ki, yazmağa söz tapmıram. Arada evdə zarafata bizdə lağ edib gülürük ərə get sözünü deyib. Biləndə 31- yaşım var subayam mənə bir qəribə baxırlar. Sual atəşinə tutuluram həm qadınlar həmdə oğlanlar tərəfindən. Fikirləri belə mundardır.. İşləmirəm deyirlər get işlə üzə çıx səni görsünlərdə.. diablo
Shari Shari 25 January 2016 20:15 Cavab yaz

Qızına “yağlı” namizəd tapmışam… Məmur balası… Özü də məmurdur… Qızını şahzadə kimi yaşadacaq, hər il 4 dəfə xaricdə dincələcəklər… Ver ərə… Get ərə…

"Ərə get" bu söz mənim əsəblərimi oynadır. Neçə ildi eşidirəm. dash
Ceylan Mumoglu Ceylan Mumoglu 23 January 2016 22:02 Cavab yaz

Aybeniz Hasanova
Həqiqətən çox aktual problemdir, oxuduqca bilmədim güləm ya ağlayam bu sözləri eşitməkdən içi şişmiş biri olaraq deyirəm ki, heç də abartı yoxdur yazıda hələ bundan da betərdir vallah. İş orasındadır ki, o kənardan deyənlər o qədər deyirlər sonra ailən də eyni cür düşünməyə başlayır. Əsl müsibət onda başlayır. Hər kəs ancaq bir sözü deyir, pis də olsa yaxşı da olsa birinə get, getmək vacibdir, getməlisən. Yeri gəldə hər cür qadağanı, təhqiri, dustaq kimi yaşamağı lap belə döyülməyi də qəbul et ancaq evdə qalma. Əsas odur ki, ailən olsun deməsinlər filankəsin qızı evdə qalıb. Görəsən niyə qalıb? Deyəcəklər sevgilisi var ona görə getmir. Deyəcəklər yəqin kiminləsə nəsə eyib iş tutub ona görə qorxur getməyə. Vayy 25 yaşı keçdin daha camaat içinə çıxa bilmərik, pis yaxşı birinə get ki camaatın ağzı yumulsun smile emoticon Hardasa 18 yaşımdan bu yana bu təzyiqlərə dirənən biri olaraq bu yazını ayaq üstə alqışlayıram
Emma Svon Emma Svon 23 January 2016 15:28 Cavab yaz

Ax... ərə gedənlərin əli bala batıb, subaylar qalıb. Bu ər də insandır axı. Ümumiyyətlə, möhtəşəm yazıdır. Qız uşaqlarına tez-tez deyirlər, tayların uşaq saxlayır, sən filan işi bacarmırsan. Baxın bu düz deyil.
Ceylan Mumoglu Ceylan Mumoglu 23 January 2016 13:12 Cavab yaz

Qrupumuzda müzakirəyə qoymuşam bu xəbəri, orda olan gənc xanımlar da qatılıblar, çox məzəli və əyləncəli söhbət gedir) https://www.facebook.com/groups/542406192573591/

Bəzi şərhlərdən qoyum, oxuyun.
-----------------------------
Almaz Rzayeva Talıbova
15 yaşımnan "ere get" frazasini mende eşidirdim,amma qulağ asib,eşidirdim,emel elemirdim.Bu frazani eşide eşide tehsilde aldim ,karierada qurdum ve 27 yaşımda özüm öz isteyimle aile qurdum, "ere getmedim "haaaa aile qurdum....Yeni insanin özünnen çox şey asılıdı

-------------------------
Melis Dadaeva
chox teesuf ki bu kimi insanalr var laughing Yashda getdikce daha chox bu halla rastlashirsan. Mene evden demeselerde qiraq bucaqdan deyen olub ay bala niye getmirsen ne gozleyirsen gul kimi qizsan onsuzda yaxshi kishi yoxdu amma getmelisen falan kimi sozler. Adama deyerler sene ne gedecem gedecem getmiyecem Allah bilen meslehetdi
Shebnem Shebnem 23 January 2016 13:04 Cavab yaz

Düzddü aktual mövzudu ama baxır kimlerçün. Özüne güvenen insana bele şeyler keçmez nece deyerler. Heç bir zaman o şeraiti yaratmaq lazım deyilki sene o sözü kimse desin. Başqasına ne menim şexsi heyatımdan. Ama inanın etrafımda refiqelerim varki bele şeylerle onlara nece tesir edirler. Niye ere getmirsen? niye kimise beyenmirsen? ve s. bele sözlerle eslinde qızlarımızın psixologiyasını ve seseblerini pozurlar sonra deyirlerki ere getmememkdendi hamısı )))) Ellerinize sağlıq çox gözel yzzıdı teşekkürler... Bele aktual yazıların sayı çox olsun isterem. Davamlı olsun bele yazılarınız
senin-kolgen senin-kolgen 23 January 2016 12:36 Cavab yaz

Coxlu seebler var yazib doldurmaq istemirem amma indi pul zamanesidi bu sozu yazim kifayet eder
SS,, SS,, 23 January 2016 12:20 Cavab yaz

Gunumuzun en cox muzakire edilen movzusudur.Getmirsen,deyirler lovgadi hec kimi beyenmir ya da deyirler yeqin sevdiyi var yoxsa niye getmesinki. Konkret olaraq hara gedirsen kimi gorursen hami eyni suali verir getmirsen ere??? Adam bezir bu menasiz bosh sualdan. Amma bezi qizlarimiz var ki onlari dogurdan tez ere vermek lazimdir yoxsa neysee... (muzakiresi bitib tukenmeysn bir movzudur.
Deniz84 Deniz84 23 January 2016 11:03 Cavab yaz

Çox şükür mənə heç kim "ərə get sözünü heç vaxt deməyib. Mən oxumuşam da, işləmişəm də, özüm vaxtı və insanı özüm seçib, özümü hazır hiss etdiyimdə ailə həyatı qurmuşam.
Yazdıqlarınızla isə tam razıyam. Cəmiyyətimizdə çox aktual mövzuya toxunmusunuz!
Belə ərə gedənlərin nəticəsi də gün-gündən boşanmaların sayını artırır.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика