Giriş
Bağla

Susarsan...

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Susarsan...

Susarsan bəzən... Çünki sussan canının yanmadığını düşünərsən, amma susduqca daha çox yandırarsan. Düşünərsən, düşündükcə içinə qapanarsan. Nə yağan qar vecinə olar, nə də ki, soyuq. Sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan.... Susarsan bəzən... Çünki ağlamaq, ağladıqca ürəyinin boşalmasını istəyərsən. Amma boşalda bilmərsən. Sakitləşdiyini düşünüb daha da o sakitliyə düşərsən. Axtararsan, çox axtararsan, amma nəyi tapdığını, nəyi itirdiyini bilə bilmərsən... Susarsan bəzən...Çünki nə var, nə yoxsa, danışmaq istəmərsən. 

Susarsan...

İçindəki gizli yaraya baxa-baxa. Yanarsan, üşüyərsən, ölərsən. Kiçik bir "ah" düşər içinə... Böyüyər, böyüyər böyüyər... Böyüdükcə sən min parçaya bölünərsən, bəlkə. Amma susarsan. Yənə susarsan. Susarsan bəzən... Çünki min cümlə düşər içinə, min dərd düzülər ürəyinə... Min dərd bir səs etməz. Susarsan yenə.. Son gediş kimi heç gəlməmiş kimi heç olmamış kimi "heç" olmuş kimi... Susarsan... Susarsan bəzən...Çünki boşluq buraxmaq istəyərsən. Canın nə qədər yansa da, ifadə edə bilmərsən. Sən onun ürəyində kilidli qalarsan, o da sənin mənliyində. Min kəlimə olsa da, bir cümlə qurmağı belə bacarmarsan. İçindəkini heç nə bölə bilməz... 

Susarsan...

Susarsan... Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya bilməzlər, bəlkə də, izah edə bilmərsən. Qaçarsan insanlardan, amma yenə özündən qaça bilmərsən... Düşünmək istəmədikcə hər gecə gözlərini yumarkən də, açarkən də ilk onu düşünərsən... Amma düşünmək istəmərsən. Heç nə olmamış kimi unutmaq istərsən, gördün ki, unuda bilmirsən susarsan... Susarsan bəzən...Çünki səni nə qədər incitsə də bağışlayarsan. Həmişə keçməyə çalışarsan, o xoşbəxt olsun deyə həmişə gülərsən, amma içində qan ağlayarsan... Onun səhvlərini görməməzlikdən gələrsən, nə qədər acı versə belə yenə də imtina edə bilmərsən... İncitməkdən qorxarsan, istəmərsən canı yansın... Kömür kimi közərsən də sönərsən. Susarsan...

Müəllif: Elvir Onur



Şərhlər (6)

kifayet9 kifayet9 16 January 2016 23:50 Cavab yaz

Susmaq bəzən xeyrli olsa da bəzən zərəlidir.
Elvir_Onur Elvir_Onur 16 January 2016 17:56 Cavab yaz

CeylanВ Mumoğlu,çoox saolun oxuyan gözləriniz var olaun

Dəniz84,minnətdaram həm yazımı oxuduğunuz üçün həmdəki bəyəndiyiniz üçün hə birdəki gül üçün ))Gözləriniz nurlu olsun daima
Deniz84 Deniz84 16 January 2016 11:31 Cavab yaz

Susarsan, susarsan! Nə vaxta qədər. Susduqca səni əzərlər, tapdalayarlar, bir heç sayarlar. Susarsan dilin olmadığnı sanarlar. Susarsan ağlın olmadığını düşünərlər. Susarsan səsin olmadığını sanarlar. yes

Məncə susmaq hər zaman qızıl deyil! nea

Yazı üçün təşəkkürlər Elvir bəy.
give_ros
Ellada84 Ellada84 16 January 2016 00:09 Cavab yaz

Susarsan... Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya bilməzlər, bəlkə də, izah edə bilmərsən.
Ceylan Mumoglu Ceylan Mumoglu 15 January 2016 23:00 Cavab yaz

Maraqlı yazı idi. Elvir bəy saytımıza xoş gəlib, yaxşı yazır. Yeni yazılarını gözləyirik.
Elvir_Onur Elvir_Onur 15 January 2016 22:00 Cavab yaz

Sətirlər Sətirlər birdaha Sətirlə muncuq kimi

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика