Giriş
Bağla

2016 - Bayramınız mübarək!

Bizimdir! / QN News / Bizdən sizə!

Beləcə bu gün, həyatımızda acılı-şirinli xatirələr buraxmış növbəti bir ili yola salırıq.

Uzun müddətdir, gecəli-gündüzlü, hər saatını, dəqiqəsini bizimli keçirmək arzusunda olan və elədə edən dəyərli ziyarətçilərimiz!

Dünyanın dörd bir yanından hər zaman bizləri izləyən dəyərli həmvətənlərimiz, bizlər sizləri mehriban bir ortamda toplamaq, sizi narahat edən problemlərdən azacıq da olsa uzaq tutacaq, eyni zamanda yaranmış olan boş vaxtınızı səmərəli şəkildə istifadə etməyiniz üçün bu məkanı yaratdıq. Bu ortamın əsl sahibləri məhz Sizlərsiniz! Az da olsa nələrəsə nail olmuşuqsa, naliyyətlərin hər birində Sizlərin əməyi əvəzolunmazdır!

Bu gün dünya azərbaycanlıları üçün ikiqat bayramdır! İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və təbii ki, Yeni ilin gəlişi.

Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq dünya azərbaycanlıları, Sizlərin vətənimizdən kənarda qazandığınız bütün uğurları, bizlərin hər biri üçün böyük bir qürur mənbəyidir. Biz hər birimiz eyni vətənin, eyni torpağın, eyni millətin övladlarıyıq!

Bütün komandamızla tək hədəfimiz sizlərə faydalı olmaqdır. Ötən illərdə olduğu kimi, yeni ildə də bütün planlarımız, düşüncələrimiz, görüləcək işlər, yeni layihələr – hər biri məhz sizləri düşünərək reallaşdırılır!

Əziz həmvətənlər!
Bizimlə əməkdaşlıq edən dəyərli dostlarımız, bizlərə hər zaman dəstək olan bütün komanda üzvlərimiz və təbii ki, bu günlərə gəlməyimizdə əvəzsiz rolu olan SİZ – dəyərli istifadəçilərimiz!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni ilin gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Sizlərə sağlam, firəvan, xoşbəxtlik dolu həyat arzulayırıq!

Bütün uğursuz günləri ötən ildə qoyaraq, yeni ildə yeni həyata bəyaz bir səhifə açmağınız diləyi ilə...

Bayramınız mübarək!



Şərhlər (9)

Seni .)dunyamsan Seni .)dunyamsan 19 December 2016 13:45 Cavab yaz

Yeni iliniz mübarek Qadin net ehli girl_ten
zehra 2013 zehra 2013 1 January 2016 16:35 Cavab yaz

Insallah bu il hamimiz ucun ugurlu olar give_ros
Fatma Fatma 1 January 2016 12:16 Cavab yaz

Hər birinizi təbrik edirəm
aysun2013 aysun2013 1 January 2016 09:38 Cavab yaz

Mende her birinizi tebrik edirem size xos gozel mehriban ruzi bereketli il arzulayiram
rovsane_82 rovsane_82 1 January 2016 04:35 Cavab yaz

Yeni ilimiz mübarək olsun.
Ellada84 Ellada84 31 December 2015 15:05 Cavab yaz

Azərbaycanlıların həmrəylik günü və qarşıdan gələn yeni il bayramı münasibətiylə sizləri ürəkdən təbrik edirəm. Üzünüzdən təbəssümünüz əksik olmasın. Ən əsası canınız sağlam olsun.
Emma Svon Emma Svon 31 December 2015 12:35 Cavab yaz

Sizinlə bahəm! Qarşıdan gələn il saytımız üçün də bizim üçün də, userlərimiz üçün də düşərli olsun inşAllah! Qadin.Net hər zaman "çiçək" açsın.Yeni "qönçə"ləri ilə, "ətri" ilə bizləri sevindirsin.
Pervane01 Pervane01 31 December 2015 11:30 Cavab yaz

Bayramınız mübarək ollsun Əziz xanımlar.
Ceylan Mumoglu Ceylan Mumoglu 31 December 2015 10:33 Cavab yaz

Hörmətli Layihə rəhbərimiz,Təsisçimiz Ramil Hüseynov və Texniki rəhbər, Həmtəsisçi Ənvər Əhməd,
Biz də bütün kollektiv və sayt istifadəçiləri adından sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və təbii ki, Yeni ilin gəlişi münasibətilə təbrik edirik! Bütün planlarınızın və arzularınızın həyata keçməsini diləyirik!

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика