İtaliya hava çirklənməsinin qarşısını almaq üçün xüsusi tədbirlər planı həyata keçirir.
ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, İtaliyanın iki şəhərində - Milanvə Romada bunun üçün şəxsi avtomobillərin istifadəsinə müvəqqəti qadağalar qoyulub.
Dekabrın 28-dən 30-na qədər Milanda bütün avtomobillərin, hətta italyanların sevimli moped və motosikllərin hərəkəti də qadağandır. Məhdudiyyət saat 10.00-dan 16.00-a qədər tətbiq olunacaq. Şəhər rəsmiləri vətəndaşlara alternativ olaraq ictimai nəqliyyatdan istifadə etməyi təklif edir. İlin sonuna qədər avtobus, tramvay və metroda güzəştli tariflərin qoyulması planlaşdırılıb.
Məlumata görə, hətta bu səbəbdən bayramda atəşfəşanlıq edilməsi də yasaqlana bilər. Romada isə bazar ertəsi tək nömrəli, növbəti gün isə cüt nömrəli avtomobillərə 9 saat qadağa qoyulacaq. Qadağadan kənar qalan yeganə nəqliyyat vasitələri hibrid enerjisi ilə işləyənlərdir.
San-Vitaliano şəhərində isə qadağa həmçinin pitsa hazırlamaq üçün ağacdan olan sobaların işlədilməsinə də şamil edilib. Amma ekoloqların fikrincə, bu tədbirin əhəmiyyəti olmayacaq, 1.3 mln avtomobil yollarda olacaq. Amma yerli hökümət orqanlarından bildirilib ki, qoyulmuş qadağa icbaridir və onu pozanları cərimə gözləyir.
Milanda son 50 gün ərzində yağış yağmayıb. Mütəxəssislər qeyri-adi sakit və quru havanı çirklənmənin göstəricisi sayırlar.
2012-ci ildə İtaliya Avropada çirklənmə səbəbindən ən çox insanın vəfat etdiyi ölkə olub. Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, burada 84 min nəfərdən çox insan pis havaya görə həyatını itirib.
Ölkəmizdə də atmosferin çirklənməməsi və ekoloji durumun yaxşılaşdırılması üçün 2014-cü il aprelindən Avro 4 standartı tətbiq olunur. Bununla istehsal tarixi 2005-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulub. Avro 4 standartına keçidlə həm də havaya buraxılan dəm qazı, azot oksidinin iki dəfəyə qədər azalmasını təmin etmək qarşıya məqsəd qoyulub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Uşaqlar üçün ən böyük təhlükə
DiKaprio partidə - FOTO
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Antibiotiklərdən əvvəl həyat necə idi?
Mematini heç vaxt belə görməmişdiniz - FOTO
Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi
İspan dili 8-ci dərs
Qozlu, şokoladlı peçenye (foto resept)
Azərbaycanda hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır - RƏSMİ
5 rayonda əmək yarmarkaları keçiriləcək
Artıq çəkiyə səbəb olan faktor
Qızlar üçün avatarlar
"WhatsApp"a kamera gəlir
Yeni il üçün manikür
Olimpiada qalibləri bu ixtisaslara imtahansız qəbul olunacaqlar - SİYAHI
Abituriyentlərin nəzərinə!
Alimlər beyin skaneri yaratdılar
Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Kişmişli-qozlu peçenye (foto resept)
Bu il nələr dəbdədir?
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Yay üçün hündür daban ayaqqabılar
"Erməni atəşlərindən zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar"
Nar şərbəti (foto resept)
Yataqxanada güclü yanğın
Zehni açan qidalar
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
5 min dollarlıq planşet satılacaq
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Məktəblərə qrantların ayrılması ŞƏRTLƏRİ təsdiqləndi
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Onlar tənhadırlar...
Ebola barədə nikbin xəbərlər
Yaradılış möcüzəsi canlılar
Neft yenidən bahalaşıb
Yalançı toyuq budları (foto resept)
Quba sakinlərinə pis xəbər
Semyon Peqovun növbəti yalanı ifşa olundu - FOTO
Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı
Ölümcül virusun yeni yoluxma növü barədə XƏBƏRDARLIQ
Diananın yolundan gedən Keyt Middlton
Mübariz Mənsimov QƏRAR VERDİ - "Xəzər Lənkəran" fəaliyyətini dayandırdı
NASA xəbərdarlıq etdi-FOTO
Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb
Sizi sakitləşdirəcək nəfəs məşqləri
- ŞƏRHLƏR