Bu yaxınlarda açılış mərasimi keçirilən “Baku Cafe” paytaxtın ən ecazkar məkanlarından biri sayılır. Şəhərin ən görkəmli yeri hesab edilən Neftçilər prospekti, 153 ünvanında, "Port Baku" rezidensiyasında yerləşən “Baku Cafe”nin giriş hissəsində diqqəti ilk cəlb edən yer “Baku Corner”dir.
“Baku Corner” Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yardılıb. Burada yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı təşkil olunub. Kafeyə gələn qonaqlar isə bu sənət əsərlərini əldə etmək imkanına malik olurlar.
Burada Azərbaycanın istedadlı sənətkarları tərəfindən hazırlanmış müxtəlif məhsullar, xüsusilə də rəngarəng kəlağayılar nümayiş olunur. "Baku Corner" həmçinin uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rol oynayır. Belə ki, internet səhifəsində bu qrup gənclər tərəfindən çəkilmiş gözəl rəsm əsərləri də yer alıb."Baku Corner"də Hindistanda toxunulmuş, Kambocada yerli ipəkdən hazırlanmış baş örtüyünə, Kolumbiya və Qvatemalada yaşayan qadınların əsrarəngiz əl işləri olan qolbaq və boyunbağıdan Avstraliyanın köklü xalqlarının əsrlərlə istifadə etdiyi, naxışlarla bəzədilmiş çantalara kimi bir çox məhsullar görmək mümkündür. Eyni zamanda Leyla Əliyeva öz əsərlərini də layihəyə bəxş edib.“Baku Cafe”nin hər tərəfi xüsusi zövqlə dizayn edilib. Diqqətimizi ilk çəkən paslanmış emalatxana dəzgahları oldu. Salona əzəmət və gözəllik bəxş edən bu dəzgahların hansı məqsədlə istifadə olunduğunu soruşduq. Məlum oldu ki, bunlar kafenin memarının beyninin məhsuludur. Salona məxsusi biz gözəllik və harmoniya bəxş etmək üçün bu dəzgahlardan istifadə olunub. Onlar istifadəyə yararsız emalatxana dəzgahlarıdır. Həmin dəzgahlardan stol, stul və suvenir kimi istifadə edib. Beləliklə, onlar salonu daha fərqli və ecazkar edir.Kafenin yuxarısı yaşıl güllərlə əhatələnib. Öyərəndik ki, dibçəklərdən uzanan yaşıl güllər salonun havasının daha təmiz qalmasına şərait yaradır.
Personalın xidmətinə isə söz ola bilməz. Belə ki, onlar tez bir zamanda müştərilərin sifarişlərini yerinə yetirirdilər. Ləziz yeməklər qonaqların gözü önündə hazırlanır və süfrəyə təqdim olunur. “Cosper” adlı xüsusi manqal-sobanı işlədən Mehman usta ilə həmsöhbət olduq: “Bu sobada yeməklər qonaqların gözü önündə, köz üzərində hazırlanır. Buna görə də daha ləziz və təbii olur. Yeməkdən közün təbii qoxusu gəlir”. İşçilərin sözlərinə görə, “Baku Cafe”də təqdim olunan məhsulların tərkibində badam unu yoxdur. Badam unu olmayan məshullar isə insan sağlamlığı üçün daha faydalıdır. Müştərilərin daha çox hansı yeməkləri sifariş etdikləri ilə də maraqlandıq. Məlum oldu ki, “Baku Cafe”yə gələn qonaqlar daha çox dəniz və ət yeməklərinə üstünlük verirlər: “Burda həmçinin dovşan və ördək ətindən də yeməklər hazırlanır. Çörəklər də xüsusi qayda ilə bişirilir. Günəbaxanlı, zeytunlu çörəklərimiz də var. Yemək hazılanana qədər qonaqlara çörək və tərkibində kürü olmayan, amma kürü tamı verən yağ təqdim olunur. Bu yağ müştərilərə hədiyyə olaraq verilir. Menyuda milli yeməklər çoxdur: düşəbərə, qutablar, dolmalar, müxtəlif plov növləri...”.
Yeməklərin qiymətlərinə gəlincə, kafedə bütün büdcələrə uyğun olaraq yeməklər təqdim olunur. Orta təbəqinin nümayəndələri 6 manat ödəməklə normal nahar edə bilərlər.
Salonun mərkəzindəki qamışdan hazılanmış suvenir öz qeyri-adiliyi ilə diqqətimiz çəkdi. Suvenirin yaxınlığında isə cürbəcür souslar düzülmüşdü. Onlar qonaqlara pulsuz təqdim olunur. Kafenin ikinci mərtəbəsi birincidən fərqlənir. Divarlarda çoxlu tablolar asılmışdı. Onlar valideyn himayəsindən məhrum olan uşaqların əl işlərdir, burada müxtəlif qiymətə satışa çıxarılıb. Ödənilən məbləğ birbaşa müəllifin özünə çatdırılır.
Salonun mərkəzində şərabların təqdim olunduğu xüsusi guşədə tanınmış barmenlər xidmət göstərilər. Elman adlı barmenlərlə ünsiyyətdə olduq: “Burada təbii meyvələrdən kokteyllər hazırlayırıq. Müxtəlif ölkələrin istehsalı olan şərabları da müştərilərimizə təqdim edirik. Yerli şərablara da təlabat çoxdur”.
Baku cafe”nin gecələri daha gözəl olur. Müştərilərin əksəriyyəti gecə üçün əvvəlcədən yer sifariş edirlər. Salonun girişində olan balaca saatlar sifariş edilmiş həmin stolların üzərinə qoyulur və müştərinin təyin etdiyi vaxta uyğun qurulur. Müşətəri gəldikdən sonra saatlar stolun üzərindən götürülür. Şənbə günləri axşam saat 9-dan gecə 12-yə qədər kafedə müştərilərə canlı musiqi də tədqim olunur. Qonaqlar “Miles” qrupunun ifasında etno-caz stilində səsləndirilən mahnılardan həzz alırlar.
Qeyd edək ki, , "Baku Cafe"nin təsisçisi Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. Kafenin açılış mərasimində Arzu Əliyeva ilə həyat yoldaşı Səməd Qurbanov da iştirak ediblər. Kafe orqanik məhsullar və düzgün qidalanmağa üstünlük verənlər üçün nəzərdə tutulmuş unikal məkandır.
XƏBƏR LENTİ
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
Demet Akalın keçmiş əri ilə barışdı-FOTO
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Beyin şişini müalicə edəcək dərman hazırlandı
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
Ledi Qaqa evindən Konsert verəcək
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Qeyri-adi ayaqqabılar
Bijuteriyalar 2
İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM
Günün ulduz falı
Mənim toxuduqlarım
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın: “Xoşbəxt anayam, oğlum qardaşımın intiqamını aldı” - VİDEO
Bir ildir Yaşarsızıq, unutmadıq
Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Sağlam pəhriz
Bakının Qızlar Universitetində oğlan?
Aşbaz 5 milyon avroya təyyarə alır
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Kayli Cenner və Travis Skot barışıb
Hind kinosunda "inqilab" başlanır-FOTO
Nusret klipə çəkildi - VİDEO
Bu günün hava proqnozu
Qubada 20 Yanvar şəhidlərini andılar
İctimai nəqliyyatda yeni gedişhaqqı sisteminin tətbiqi vaxtı açıqlanıb
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Qızıl maska sayəsində dəriniz işıldasın!
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
“Beşiktaş” Sərgən Yalçına vaxt verdi
Toxumaq dərsi-8
Koronavirusdan sonra dünyada bir ilk - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Avqust
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Kirayə ev axtaranlar, bunlara DİQQƏT EDİN
Acı souslu makaron (foto-resept)
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Uşaqlara masajı necə edirlər?
Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib
B12 vitamininin "səyahəti"
Ermənistan Azərbaycana başqa yol qoymur
Saçlarınızın parlaq və sağlam qalması üçün...
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
Peris Hiltonun 65 min dollarlıq çantası-FOTO
Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO
Çox yağda qızartma
- ŞƏRHLƏR