80-lərdə doqulub ,90-larda böyüməyin bir ayrı ləzzəti vardı. Səhifədə bu şəkli görüncə qanadlanıb o illərə uçdum. Axşamüstüləri səbrsizliklə gözləyərdim. Qonşumuz Sima xala vardı, bir küçə aralı yaşayırdı, amma onun semeçkasının ətri bizim həyətimizə gəlirdi. O ətir gəldimi küçəyə çıxıb oynama vaxtı gəlmişdi demək. Qonşu arvadlar yığılıb, öz düzəltdikləri taxta taburetkalarda oturub qeybətləşə-qeybətləşə semiçka çırtdayarlardı. İnnab xalanın məzəli söhbətləri bitib-tükənmək bilməzdi. Bəzən elə qızışardı ki," ağzı göyçək" olduqundan balacaları "məclisdən" uzaqlaşdırardı. Qonşu arvadların gülüş səsindən oyunumuzun şirin yerində onlara baxıb səbəbini bilmədiyiz bir söhbətə biz də gülərdik .smile duyğusu Elə ki, saat 9 oldu, küçədə inni-cinni qalmazdı. Hamı o vaxt "ostankino" telekanalında yayımlanan "Qvadelupa" teleserialına baxmağa gedərdi. Mənimçün əzablı dəqiqələr başlardı. Çünkü İnnab xala rusca bilmədiyi üçün nənəmdən icazə alıb, məni tərcüməci kimi evlərinə aparardı. Bu işi heç sevmədiyimi bildiyi üçün yazıq qadın evdə nəki yeməli şirniyyatlar var, düzərdi stolun üstünə. Özü də göy gözlərini tv-yə zilləyib məndən kəlbətin gücünə alırdı tərcümələri. Bəzən romantik səhnələr olurdu, utandığımdan susurdum. Qadın əl çəkmirdi. Öz Ağsulu ləhcəsiylə: "Kubuş, saallaa nə deyireee" Mən də hirsli-hirli: "Ay, İnnab xala, görmürsən nə deyir? Deyir, səni sev...." Həə, sən mən canım elə deyir?" Demək olar hər gün eyni sözlər təkrarlansa da, arvad hər dəfə də soruşurdu.
Filmdən sonra yenə hamı küçəyə çıxar, söhbətlər filmin müzakirəsilə başlar, cəbhə bolgəsindəki xəbərlərlə davam edər, ərlərinin evə gəlməsilə yığışardı.
Amma siz elə bilməyin ki, qonşu xalalar yalnız qeybət edib, teleseriallar izləyirdilər. Atam ədəbiyyatcı olduqu üçün zəngin kitabxanamız vardı evdə. Orda o kitab yox idi ki, İnnab xala onları oxumasın. Hələ Zemfira xalanı demirəm... Bəzən küçəyə hamıdan tez o çıxdığı üçün kitabı özüylə götürərdi. Digərləri yığılınca bəzən elə olurdu ki, bir kitabı yarı edirdi.
Sonra illər, aylar kecdi... Müharibə şiddətləndi. Küçəmizə gölgə düşdü. Bir vaxt günlərini kücədə söhbətlə, semiçka çırtdamaqla kecən xalalar əsgər anası oldular. Yaralanan yaralandı, şəhid olan şəhid oldu. Əvvəlki şənlik, şaqraqlıq qalmadı. Sima xalanın stəkanla satdıqı tumlar da stəkanda qaldı.
Kubra İ-va
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dostları sayəsində dünyanı gəzdi
Müəllimliyə seçim mərhələsinin nəticələri - Açıqlandı
Dəri rəngləri niyə fərqlidir?
Sevginin kimyası
İzləyicilərin narazılığına səbəb olan FOTO paylaşdılar
Əsgərlər üçün də qurbanlar kəsilib
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? - AÇIQLAMA
Edis və Soner arasında 30 minlik məhkəmə işi
Böyük sirr açıldı: qadınların kişilərdən çox yaşamasının səbəbi bilindi
Özcan Deniz yeni serialına start verdi
Yer üzünün ən gözəl qızları - FOTO
Putindən sürpriz təklif
Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
0-7 yaşına qədər körpənin inkişaf cədvəli
BÜRCLƏR bizə nə vəd edir?-25 dekabr
Gəlin toyuna İtləri Çağırdı-FOTO
Ölkənin əsas magistral yollarından birində hərəkət məhdudlaşdırılır
Qısqanclıq hissinin yaranma səbəbi
Bürclər necə üzr istəyir?
Gözəl qadın, ağıllı qadın
Finalda "Aslan"ın rəqibi bəlli oldu
Qatıqlı şirniyyat (foto resept)
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Uşaqlar üçün çətir modelləri
Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
Dəri ləkələrini aradan qaldıran üsul
Zamanla ayaqlaşmaq lazımdır
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İnsanlar uzun illər yatacaqlar - SENSASİYALI ARAŞDIRMA
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bədən yaşınızı hesablayın… TEST
Yaşıl pomidor salatı (foto-resept)
Qaçış - gözəllik və həyat hərəkətdədir...
Teoman yenə xəstəliyə tutuldu
Hicablı xanımlar üçün ziyafət geyimləri
Verdiyi sualla oğrunu çaş-baş qoydu - VİDEO
50 nəfər əlilə mənzil verilib
Zaqatala və Balakəni dolu vurdu
Demet Akalın səhər yeməyinə verdiyi pulla GÜNDƏMDƏDİR_FOTO
Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olundu
Cey Lo paylaşdığı FOTO sayəsində sevənlərini təəccübləndirdi
Azərbaycanda yeni dövlət qurumu yaradıla bilər
Toxunmuş tərəvəzlər
Oktyabrın son günləri üçün hava proqnozu
Badamlı, çiyələkli keks (foto-resept)
Yuxu yozmaları - R
Ən gənc tələbə
Möhtəşəm açılışdan möhtəşəm görüntülər
"Sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər"
- ŞƏRHLƏR