Hər birimiz gün ərzində müəyyən miqdarda məhsul istehlak edirik. Günbəgün müasirləşən, qloballaşan dünyada istehsalçılar məhsulun keyfiyyətindən tutmuş, vizual görünüşünə qədər ona diqqətlə yanaşır, onu təkmilləşdirir, alıcıların zövqünü oxşamağa çalışırlar. Ancaq, çox əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksinin də şahidi oluruq. Bəzən alıcılar çox asanlıqla istehsalçıların, belə deyək, tələsinə düşürlər. Bu yazıda bu cür avantüralara uymamağın çox sadə yollarından biri ilə tanış olacağıq.
Bazarlıq zamanı marketdə eyni növ məhsulun bəzən onlarla növünə rast gəlmək olar. Çox vaxt biz bu markaların mənşəyi – hansının hara istehsalı olduğu haqda məlumatsız oluruq. Çox tez-tez olur ki, məhsulun özü yerli olsa da, adı, vizual görünüşü ilə daha çox “xarici marka”nı oynamağa çalışır. Məhsulu əlimizə alıb üzərini oxuduqda isə bir neçə dildə tərkibinin yazılması və s. alıcılarda malın xarici mənşəli olmasına inamı daha da artırır.
Bəs bu cür hallardan necə yayınmaq olar?
Əslində, məsələ çox sadədir. Malın hansı ölkə qeydiyyatında olduğunu öyrənmək üçün məhsulun adına, loqosuna (etiketi), tərkibinə deyil, barkoduna və istehsal ölkəsinə baxmaq kifayət edir. Bu haqda bir az daha ətraflı danışaraq məlumatı olmayanlar üçün qısa arayış vermək istərdik.
Barkod nədir?
Barkodun 1949-ci ildə ABŞ-da yaranması və ilk barkodun yumru olması kimi faktlardan danışmaq istəmirik. Nəzərinizi sırf barkodun üzərindəki bir çoxlarımız üçün anlaşılmaz olan rəqəmlərə cəmləmək istərdik.
Müasir barkodlar, adətən, EAN-13 adlanan kodlaşdırma ilə nömrələnir. Burada 13 rəqəm olur ki, onlar da 4 ayrı məlumatı daşıyan hissəyə bölünür.
1. Bir məhsulun hansı ölkəyə aid olduğunu məhz barkodun ilk üç rəqəmi vasitəsilə bilmək olar. Bu rəqəmlər məhsulun istehsalçısının ölkə kodunu təsvir edir.
2. Növbəti dörd rəqəm istehsalçının kodunu müəyyən edir.
3. Barkodun 3-cü hissəsini təşkil edən beş rəqəmlik kombinasiya məhsulun kodunu bildirir.
4. Sonuncu hissə, yəni tək rəqəmlik nömrə isə kontrol rəqəmi adlanır. Bu, barkodun EAN alqoritmi üzrə skanner vasitəsilə oxunması üçündür.
Bəzi ölkələrin barkodları:
Azərbaycan 476 / ABŞ 000-139 arası / Rusiya 460-469 arası / Çin 690-695 arası / Almaniya 400-440 arası / Yeni Zelandiya 940-949 arası.
Misal üçün, marketlərimizdə satılan “WESTGOLD” və “Golden Crown” kərə yağlarının qablaşdırmasının üzərindəki barkoda nəzər yetirdikdə bu məhsulların üzərindəki barkodun ilk üç rəqəmlərinin 942 olduğunu görəcəyik ki, bu da öz növbəsində malın həqiqətən də Yeni Zelandiyada istehsal olunduğunu və qablaşdırıldığını bildirir.
Bəzən barkodlar görməyə öyrəşdiyimiz standart formasından fərqlənə də bilərlər. Bu kimi hallarda çaşmaq lazım deyil, bəzi malların üzərində dizaynerlər barkodlar vasitəsilə öz məharətlərini göstərə bilərlər.
Növbəti dəfə mənşəyindən şübhə etdiyiniz məhsulu əlinizə götürdükdə üst tərəfindəki yazıya aldanmayın, tam əmin olmaq üçün məhsulun arxasındakı istehsal olunduğu ölkəni və barkodunu yoxlamağı unutmayın.
XƏBƏR LENTİ
“London taksiləri”ndə gediş haqqı bahalaşıb
Qaynananın və gəlinin şikayətləri
Şalvarın transformasiyası
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
Beyin funksiyalarının pozğunluğu
Porsche 911-ə rəqib hazırlanır
Türkiyədə sümükləri tapılan rus generalla bağlı YENİ FAKT
Azərbaycanda doğum səviyyəsi artıb
Cəbhədə yeni erməni təxribatı
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Azərbaycanın azad edilmiş torpaqlarını tərk edən erməni ailəsi evini özü ilə apardı
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Bina üzlükləri təcili sökülür
Serj Sarkisyandana qumarda uduzduğu 70 milyon avronun hesabını soruşan deputat cəzalandırıldı
Şaftalı pirojnası (foto-resept)
Köz badımcanlı kartof salatı (foto-resept)
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA
Ziyafət çantaları
Dəbli ayaqqabılar
BÜRCLƏR bizə nə vəd edir?-27 dekabr
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
İspaniyanın ən gözəl şəhərləri
“İnstagram” söyüşləri bloklayacaq - YENİ FUNKSİYA
"Büdcəyə dəyişiklik olunacaq"
Günəşdə partlayış baş verdi
Danimarka Bakıya 65 idmançı göndərir
Mədə yanması
HAVA necə olacaq? 16 İyun
"İlin qadını" oldu - FOTO
Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimində
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Filiz Akın koronavirusa yoluxub?
Keloid nədir?
Obama ilahi oxudu
Tortlar
HAVA necə olacaq?-29 yanvar
Dəlilər ölkəsi Ermənistan
Düşbərə (foto-resept)
Ukrayna vahimə içində
Temperament
Castin Biber xanımına surpriz etdi- FOTO
Məscidlərə hücum başladı
Makiyajdan sonra təbii maska
Dahi futbolçu "Milan"ın yeni baş məşqçisi olacaq
Nazir otellərdə istənilən nikah kağızından DANIŞDI
Albalı tortu(foto resept)
Şakiradan gözlənilməz addım
Muncuqla hamiləliyi planlaşdırma
Martın 15-i imtahandır
- ŞƏRHLƏR