“Başqa vaxt hamımız fikirləşirik ki, daimi məhəbbət yoxdur və bizim öz məhəbbətimiz adi bir hisdir. Amma xatirələr güclü çıxır. Deməli, bütün bir şəhəri dəhşətə gətirmiş bu xəstəlik ancaq xəstəlik qorxusu gətirməmişdi. O həm də insanları xatirələrlə yaşamağa və daxili haqq-hesab çəkməyə məcbur eləmişdi.”
Əksəriyyətimiz Kamünü ” Yad ” əsəri vasitəsilə tanıyırıq. Bu əsərdən onu absurd fəlsəfəsinin və nihilizmin təmsilçisi kimi tanısaq da əmin olun ” Taun ” romanı yazıçı haqqındakı bu düşüncəmizi alt – üst edəcək.
1957-ci ildə Nobel mükafatına layiq görülmüş Albert Kamü ilk romanlarından başlayaraq demək olar ki, bütün əsərlərində ölümün qaçınılmazlığı qarşısında həyatın, yaşamağın mənası nədir və ölümə rəğmən necə yaşamaq lazımdır kimi suallara cavab verməyə çalışıb. Bəzi əsərlərində ölüm gerçəyinin qarşısında yaşamağın mənasız olduğunu, hətta həyatdakı tək həqiqətin ölüm olduğu fikrini müdafiə edir. Çünki insan əvvəl-axır ölümə məhkumdur. Amma, yazıçı heç vaxt intihara haqq qazandırmır. Həyatın bütün mənasızlığına rəğmən yaşamaq lazım olduğunu deyir. O, intiharı çıxış yolu olaraq görmürdü. Bütün bu absurd fəlsəfəyə əsaslanan fikirləri ilə, ” Yad ” romanında Mersault obrazının ətrafında söylədiyi fikirləri ilə nihilizmə bir qapı açmış olsa da, ” İnqilab edən insan ” adlı fəlsəfi təcrübələrindən ibarət kitabındakı fikirləri onu nihilizmdən uzaqlaşdıraraq müsbət bir həyat fəlsəfəsinə yaxınlaşdırmışdır. Bu kitabında Kamü inqilabın səbəbini haqsızlığa qarşı mübarizə və ədalət kimi uca bir dəyərə bağlamaqla, bütün dəyərlərin yox sayılması kimi qiymətləndirilən nihilizmdən uzaqlaşır.
” Taun ” romanında da biz yazıçının bu cərəyandan uzaqlaşdığını görürük. ” Taun “, Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir.
Keşiş Paneluo taunu insanların bu günə kimi işlətdikləri günahların cəzası olaraq görür və bu cəzaya layiq olduqlarını düşünür. Tanrının varlığına inanmayan Həkim Bernar Ryö isə taunu bir pislik olaraq qəbul edir və pisliyə qarşı mübarizə aparmalı olduğuna inanır. İnsanları sevir, onlara kömək etməyə çalışır.
Həkim Ryönun öz ifadəsi ilə desək heç Tanrı da bu müxtəlif əqidəli insanları birgə mübarizə aparmaq fikrindən döndərə bilmədi. Çünki əqidələri fərqli olsa da hər biri pisliyə qarşı mübarizə aparırdı. Tanrıya inanıb-inanmasından asılı olmayaraq bütün yaxşı insanlar şəhərdə tüğyan edən və hər gün yüzlərlə insanın ölümünə səbəb olan bu bəlaya qarşı birlikdə mübarizə apardılar. Keşiş Panelu, illər öncə onu tərk etmiş arvadına vaxtında sevgisini göstərə bilmədiyi üçün özünü günahkar sayan, ömrünü naməlum bir əlyazmaya həsr etmiş bələdiyyə işçisi Jozef Qran, şəhərə reportaj hazırlamağa gəlib taun epidemiyası başladıqdan sonra şəhərdən çıxış qadağan edildiyi üçün qayıda bilməyən və sevdiyi qadından ayrı düşən jurnalist Ramber, qoca həkim Kastel, Jan Taru… Tanrıya inanmadan müqəddəs olmağa çalışan, insanları sevən, bütün pisliklərə qarşı mübarizə aparan Jan Taru… və həkim Ryö. Bu obraz mənə ” Zəfər tağı “ndakı Raviki çox xatırlatdı. Ravik kimi humanist,anlayışlı və elə onun qədər soyuqqanlı bir insan…
Həkim Ryö və dostları xəstəliyə qarşı mübarizə apardılar və qalib gəldilər. Ancaq həkim Ryö bu uğurun keçici olduğunu və taunun bir gün yenidən qayıda biləcəyini bilir… Və o daha bir şeyin fərqindədir: bir gün ölümlə birlikdə yox olacağımız halda yaşadığımız müddətcə pisliklərə qarşı mübarizə aparmalı olduğumuzu.
” Yad “ın qəhrəmanı ilə Ryö arasında müqayisə aparsaq onların analarına olan münasibətini nümunə göstərmək olar. Ryö anasına qarşı laqeyd deyildi və dilə gətirməsə də onu sevirdi. Bundan başqa o qeydlərində taunun dost olmağa imkan tapmadan Tarunu onun əlindən aldığı üçün ona heç vaxt sevgisini göstərə bilməyəcəyini deyib təəssüflənir… Bu da onun ana sevgisi, dostluq kimi mənəvi dəyərlərə sahib olduğunu göstərir …
Əsəri ” Yad “dan fərqləndirən başqa bir cəhət isə roman boyu hər zaman ümid qığılcımının olması idi. Bu ümid heç vaxt sönmədi…
Roman axıcı və bir o qədər də təsirlidir… Ən çox müstəntiq Ottonun balaca oğlunun və Tarunun ölüm səhnəsində təsirləndim birdə Qranın oyuncaq mağazasının qarşısında dayanıb keçmiş arvadını xatırlayaraq ağladığı səhnədə…
Bu romana mən verilə biləcək ən yüksək balı verərdim. Çox həm də çox bəyəndim. Qeyd edim ki, bu əsər haqqında yazmaq mənim üçün olduqca çətin oldu. Uğurlu alınmayacağından qorxurdum. Bilmirəm nə dərəcədə yaxşı yaza bilmişəm. Əsərin gözəlliyi qarşısında yazım çox sönük təsir bağışlaya bilər. Hər kəsə xoş mütaliələr.
Aybəniz Həsənova
XƏBƏR LENTİ
Kişilərin sevdiyi 4 qadın tipi
İlahiyyatçı yazar İlqar Kamilin növbəti kitabı işıq üzü görüb
"Azərspace-1" peykinin təqdim etdiyi kanallar
817 dollarlıq maşınla dünyanı dolaşdılar
Əzvay ilə gözəlləşin
İstirahət və yorğunluq
Məşhur cütlük evləndi-FOTO
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
97 yaşlı qadın model kimi PODİUMA çıxacaq-FOTO
Dilqəm Əsgərovun oğlu danışdı
Saç tökülməsini azaltmağın 4 yolu
Çində son səkkiz ayda koronavirusdan ilk ölüm qeydə alınıb
Möhtəşəm binalar
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
“Titanik 2” gəmisi tikilir
Bakıda ucuzluq olacaq
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
"Vatanım Sensin" serialı finala hazırlaşır
Nə üçün?
Evlər xeyli ucuzlaşa bilər
Azərbaycanda bu şəxslərə də yardım ediləcək - Deputatdan AÇIQLAMA
Cizgi filmlərinin valideynləri narahat edən məqamları
"Qalatasaray"lılara bəd xəbər
Ana südü yetərsizliyi ömrü azaldır
Valideynlərin ən böyük səhvi...
Həyat yoldaşı ilə yaxınlıq etməyin haram olduğu vaxtlar
Kələm salatı (foto resept)
Badımcanın faydaları
Mayli Sayrus bal ayını Mayamidə keçirir-FOTO
Türkiyənin Xarici İşlər Nazirliyi: “Azərbaycanın yanındayıq”
Səyahət zamanı faciə yaşayan cütlük evləndi-FOTO
NASA xəbərdarlıq etdi-FOTO
Arzuların arzusu
Rulet formasında lazyana (foto resept)
Sevgidə bəxti gətirməyən filosoflar(2)
Misirdə mağara məbədi
Sinəsini böyütdü: yaddaşından və işindən oldu - FOTO
Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı - FOTO
Selena Gomez estetik əməliyyat etdirdi? -FOTO
Azərbaycanın iki rayonunda zəlzələ olub
Azərbaycan “Anadolu qartalı” hərbi təlimlərində
Böyük Hind səddi
Mişel Obamanın memuarları satışa çıxarılacaq
Facebook çökür?
1 ili 8 saata bitirir
Sinoptiklərdən xoş xəbər
Burcu Sinanı belə unutmağa çalışır
Burak Özçivit saçlarını kəsdirdi - FOTO
Azərbaycan etiraz məktubu göndərdi
- ŞƏRHLƏR