Bu gün sizlərə kitab sevgimdən, kitabların həyatımdakı rolundan danışmaq istəyirəm. Kitab oxumağı sevirəm, bu öz yerində. Oxumadığım günlər mənə elə gəlir ki həyatımın bir gününü yaşamamışam, dərin bir boşluq hissinə qapılıram. Ona görə də çox məşğul olduğum günlərdə belən ən az 10 səhifə oxumağa çalışıram. Bəzən heç kitab oxuya bilmədiyim günlər olur. Vaxt darlığından deyil, sadəcə nədənsə kitabı əlimə ala bilmirəm. Yenidən kitablara qayıdanda oxumadığım günlərə görə böyük peşmançılıq keçirirəm.
Yuxarıda dediyim kimi, oxumağı sevirəm bu öz yerində, amma oxumaqdan əlavə kitablarla yaşamağı da sevirəm. Evin hər küncündə - masada, rəfdə, pəncərə kandarlarında, hər yerdə kitab var demək olar ki... Kitablar arasında yaşamaq çox böyük huzur, rahatlıq gətirir mənə. Əslində bunu son bir neçə ildə kəşf etmişəm. Əgər problemlərim varsa kitab rəfinə gedib bir-iki kitabı əlimə alıb vərəqləyirəm, bəzən altını xətlədiyim cümlələri oxuyuram, oxumadığım kitabdırsa annotasiyasını oxuyuram beləcə bir də baxıram rahatlamışam, hər şeyi unutmuşam.
Məni tanıyanlar bilir ki, özüm üçün həmişə mütaliə siyahısı tərtib edirəm, amma etiraf edim ki, heç vaxt bu siyahılara sadiq qalmamışam. Ya da nə vaxtsa siyahıya baxıb "hə, bu gün bu kitabı oxuyacam" deməmişəm. Bu siyahılara bəzən baxıram, əgər ordan oxuduqlarım olubsa üstünü xətləyirəm və bir gün baxanda hansısa siyahımı tamam xətlənmiş görsəm onda özümü böyük bir işin öhdəsindən gələn insanlar kimi xoşbəxt və rahat hiss edirəm.
Kitab seçimlərim təsadüfü olur, məsələn gecə saat 12-də qərar verirəm ki, filan kitabı oxumaq istəyirəm, çox nadir hallarda oxuduğum kitabları əvvəlcədən planlaşdırıram. Ona görə də, əlimin altında həmişə seçim edə biləcəyim çoxlu kitab olmalıdır. Oxumadığım qədər çox kitab almaq vərdişim də burdan irəli gəlir. Bəzi kitabları alanda bilirəm ki hələ ən az iki-üç il bu kitabı oxumaq fikrim yoxdur, amma ya birdən oxumaq istəyərəm deyə alıb saxlayıram. Hətta bəzən kitablığımda olan kitabların heç birini oxumaq istəmirəm, belə vaxtlarda elektron kitablara müraciət edirəm. Elektron kitablara olan sevgimin bir nədəni də budur - seçim korluğu çəkmirəm, ürəyim istəyən kitabı tapa bilirəm.
Bacardığım qədər çox kitab almağa və bacardığım qədər çox kitab oxumağa çalışıram. Amma nə kitab almağa nə də oxumağa özümü məcbur etmirəm. Aylarla kitab almadığım olur, sonra bir neçə ayda alacağımı iki ayda aldığım da olur. Eynilə günlərlə oxumuram, amma bir gündə iki kitab bitirdiyim olur. Nə zaman içimdən necə gəlirsə...
Bir sözlə kitab oxumağı sevdiyim qədər, onlarla eyni evdə yaşamağı da sevirəm...
Aybəniz Həsənova
XƏBƏR LENTİ
Prezident İlham Əliyev avtomobil yolu üçün 3 milyon manat ayırdı
Şərq ulduz falı
"Qızıl top"un sahibi bəlli oldu
Günün qoroskopu: yaranan problemləri sürətlə həll etməyə çalışın
Pensiya yaşı 65-ə çatdırılacaq
Otellərdə rastlaşacağınız qəribə hallar
Alimlər cizgi filmini DNT-yə yazdılar
Toyuqlu talaş börəyi (foto resept)
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Prezident İlham Əliyev: "Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
Bu uşağın ən yaxın dostu pitondur
Süd məhsullarının 3 əsas faktı
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Yaraşıqlı çantalar
"Sevən ürəklər" peçenyesi (foto resept)
Yaddaşın zəifləməsinə qarşı 7 mühüm qida
Bədəni yoran vərdişlər
Səudiyyə Ərəbistanının kralı vəfat edib
Çiyələklə dişlərinizi ağardın!
Məşhur aktrisa yeni obrazda-FOTO
Qutu rəf modelləri
Makiyajsız gözəl görünmə sirləri
Bu gün "Eurovision"ın finalıdır
Bakı metrosunda gediş pulsuz olacaq
Demetlə Can Yamanı evdən çıxarırlar-SƏBƏB
“Azərsu”dan smart-kart açıqlaması
İnsanlar darıxanda
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir
Birlik istəyirəm
Nə üçün gözəllikləri görə bilmirik?
O, evdar qadındır
Aviasiya sənayesinin dirçəlməsi dörd il çəkəcək
Saç düzümləri
Məşhur model öldü-SƏBƏB
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Saç ustalarının xəyal dünyası
30 min dollarlıq toy təxirə salınarsa...
"Qızıl top"un yeni sahibi məlum oldu - FOTO
Çilçıraqlar
Bu il balıq məhsulları boldur
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Evlənməzdən əvvəl kişinin bürcünü öyrənin
İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə azaldı
Yaş həddi artırıldı - 68
- ŞƏRHLƏR