Giriş
Bağla

Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər

Günün əsas xəbərləri

Putinin sanksiyası Azərbaycanda qiymətləri sala bilər
Azərbaycanda rus turistlərin ölkəyə cəlb edilməsi üçün xüsusi layihə hazırlanıb. Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.
Rusiyanın Türkiyədəki otel biznesinə də təsir edə biləcək ikinci sanksiyalar paketi bir çox ölkələrdə otel qiymətlərinin dəyişməsinə səbəb ola bilər. Lakin bu sanksiyalardan Azərbaycan faydalana bilər. N.Bağırov bildirib ki, ölkədə belə hallar müşahidə olunmayacaq, əksinə, hazırda otel qiymətlərinin endirilməsi istiqamətində iş aparılır. 
"Biz rusiyalı turistləri Azərbaycana cəlb etmək üçün əlimizdən gələni edirik. Münasibətlər gərginləşənə kimi Avropa ölkələrinə üz tutan və Türkiyəyə gedən turistlərin ölkəmizə gəlmələri üçün Rusiyanın böyük turizm qurumu olan Turizm Operatorlar Birliyi ilə danışıqlar gedir. 
Yaxın günlərdə Rusiyada bununla bağlı görüş də keçiriləcək. Bundan başqa, yeni layihə hazırlanacaq. Layihədə AZAL-ın da rolu var. Onlar da bizimlə əməkdaşlıq edəcəklər". 
Turizm Assosiasiyasının rəhbəri xüsusi layihədə rus turistlərin istəklərinin nəzərə alındığını da deyib. Onun sözlərinə görə, rus turistləri əsasən dəniz, isti hava və mətbəx cəlb edirdi. "Bunlar da bizdə var. Bu işlərdə Azərbaycan Turizm Nazirliyi də bizə dəstək olur".

Mənbə: ANS PRESS



Şərhlər (2)

SS,, SS,, 18 December 2015 20:33 Cavab yaz

Onun sözlərinə görə, rus turistləri əsasən dəniz, isti hava və mətbəx cəlb edirdi. "Bunlar da bizdə var. Bu işlərdə
Azərbaycan Turizm Nazirliyi də bizə dəstək olur"
Deniz84 Deniz84 17 December 2015 07:59 Cavab yaz

"Biz rusiyalı turistləri Azərbaycana cəlb etmək üçün əlimizdən gələni edirik. Münasibətlər gərginləşənə kimi Avropa ölkələrinə üz tutan və Türkiyəyə gedən turistlərin ölkəmizə gəlmələri üçün Rusiyanın böyük turizm qurumu olan Turizm Operatorlar Birliyi ilə danışıqlar gedir.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика