Giriş
Bağla

Pensiyaçılara pul müjdəsi

Günün əsas xəbərləri

Pensiyaçılara pul müjdəsi
Bu ay təqaüdlər vaxtından tez veriləcək.
ANS PRESS-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.
Bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev Qəbələdə keçirilən vətəndaşların qəbulu zamanı bildirib. 
Onun sözlərinə görə, DSMF-in mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıtşəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb. “Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər”.

Mənbə: ANS PRESS



Şərhlər (3)

s s 90 s s 90 21 December 2015 08:31 Cavab yaz

yeni il qabagi hemiwe tez verillerdana dash
SS,, SS,, 18 December 2015 20:35 Cavab yaz

3-4 gun ferq var da evvelki verilişlerle . mende ele bildim artim var
virtual dərslər virtual dərslər 16 December 2015 19:53 Cavab yaz

Pensiyaçıların gözləri aydın olsun.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика