CNBC telekanalı “AppLab” layihəsinin qalibini 2015-ci ilin 20 ən yaxşı startapından biri elan edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti həyata keçirdiyi “AppLab” layihəsinin qaliblərinin uğurlu startap ideyaları arasında “ən yaxşılarından biri” seçildiyini qürur hissi ilə elan edir. Bu ilin yayında “AppLab” layihəsinin məzunu olmuş BethClip tətbiqi “CNBC” telekanalı tərəfindən 2015-ci ildə dünya üzrə yaradılmış ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib.
“AppLab” innovativ mobil developer layihəsinə Bakcell şirkəti tərəfindən 2014-cü ilin sentyabr ayında gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində start verilib.
Bu il keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” (Global Entrepreneurship Week) 160 ölkəni və təxminən 10 milyon insanı əhatə edir. Bu tədbirin ən önəmli hadisələrindən biri kimi hər il dünyanın əsas şəhərlərində keçirilən “Açıq Startap Yarışı” (Startup Open competition) sahibkarlara öz ideyalarını irəli sürməyə imkan yaradır. Bu ilki müsabiqəyə 89 ölkədən 800-dən artıq startap ideyası təqdim olunub. Müraciətlərin yetmiş faizi ABŞ hüdudlarından kənardan olub.
Parlaq ideyaları həyata keçirən, iqtisadi inkişafa təkan verən və insanların rifahını yüksəldən bu yenilikçilər ABŞ-ın mikroelektronika sənayesinin mərkəzi olan Silikon (Silisium) Vadisindən çox-çox uzaqlarda – Uqanda, Kamerun, Filippin, İsrail, Çili və Ukrayna kimi ölkələrdə yaşayıb yaradırlar.
Bethclip hər hansı bir kontentin (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə tək toxunuşla köçürülməsinə imkan yaradır. Bethclip mobil tətbiqini Android platformalı cihazlar üçün Google Play Store daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, Apple Store-dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün http://www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Onurğa sağlamlığı üçün boyun və çiyin məşqləri
"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi
Acundan Şeymaya daha bir TƏLƏB
Artıq maskalar rəsmlərdə
İş adamlarının həbsinə başlanıldı
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 65 yeni yoluxma faktı - RƏSMİ
Britni Spirs sənətdən gedir
Beyonse 3500 dollara köynək aldı - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Kainat gözəlinə vasitəçilik təklif olundu
Bakıda ildə 78 gün hava yağıntılı olur
Dərimiz niyə quruyur?
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Hamiləlik və təyyarə ilə uzaq səfər
Makedoniya prezidenti gəlir
İnternetdə ən çox axtarılan söz açıqlandı
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Ən faydalı göyərti seçildi
Bakı metrosunda sıxlıq yarandı
Sevinc və güc hərəkətdədir
Fendən istifadə edərkən yol verilən səhvlər
Saç düzümləri
Bazarlar yoxlanılacaq
Emin Sabitoğlunun ad günüdür
Dünyanın ən varlı adamı məlum oldu
Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Bu şəhərlərin sakinləri zənglə evdən çıxa biləcəklər
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Məşhur aktrisa tənqid hədəfi oldu-SƏBƏB/FOTO
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Balıq bazarında - QİYMƏTLƏR
Teatrımıza böyük xidmətlər göstərmiş şəxs - Şəmsi Bədəlbəyli
Qara məkanın qara bəxti: indi nə olacaq?
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Müəllimlərin maaşı 20% artırıldı
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Məşhur futbolçu COVID-19-a yoluxdu
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Günün ulduz falı
Bu il əhya gecələri nə vaxta düşür?
Boşanmaya aparan kiçik problemlər
Sirli xəstəlik: kənd ayıla bilmir
Günün ulduz falı
Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb