Giriş
Bağla

Lev Tolstoy – Anna Karenina

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

Lev Tolstoy – Anna Karenina

Lev Tolstoy – Anna Karenina ( Aygün Ələkbərova )

anna-kareninaAnna Karenina hər kəsin qibtə etdiyi bir qadındır. Yüksək vəzifədə çalışan həyat yoldaşına, gözəl bir övlada ,kənardan baxıldığında xoşbəxt bir ailəyə sahibdir.Lakin ruhunda gələcəkdəki faciəsinə başlangıc verəcək boşluqların fərqində deyildir.Zəngin,parıltılı,dəbdəbəli,monoton və məhəbbətsiz heyatı Qraf Vronski ile qarşılaşacagı ana qədər ideal sayıla biləcək qədər qane edicidir. Moskva səfərində heyatının alt-üst olacağı dəmiryol stansiyasındakı gözlənilməyən o görüş Annanın həyatının dönüm nöqtəsinə çevrilir.Zəngin və yaraşıqlı hərbçi Vronski o gündən sonra Annanı rahat buraxmır,onunla birlikdə Peterburqa qayıdır.Özüylə və qəlbiylə böyük mübarizələr aparan Anna ən sonda məhəbbətə təslim olur.Və bundan sonra qəhrəmanımız məhəbbət və ailə məvfumlarının arasında çırpınmağa davam edir.

Peterburq kübar cəmiyyətinin böyüyən dedi-qodularına önəm verməyən Aleksey Andreyoviç cıdır yarışında onun hisslərine şahid olur. Annanın qəlbindəki məhəbbət ona rahatlıq vermir və hər şeyi etiraf edir.Aleksey Andreyoviç ondan daha diqqətli olmasını xahiş edir,alicənablıq göstərək onu əfv edir.Hətta bətnindəki körpəni belə qəbul edəcəyini bəyan edir.Amma Anna nə qədər özüylə mübarizə aparsa da yenə məhəbbətə məğlub olur.Vronskiyle birgə İtaliyaya gedir.Uzun müddətden sonra Peterburqa qayıdan Anna qardaşı Stephan Arkadiçin vasitəsi ilə həyat yoldaşını boşanmaga razı salmağa çalışsa da,Aleksey qərarını dəyişmir.Kübar cəmiyyətinin dedi-qoduları,Annanı xor görməsi,onu əxlaqsızlıqla ittiham etməsi onu hər addımda kölgə kimi izləyir. Vronskinin azalan məhəbbəti ,hər gün böyüyən diqqətsizliyi,soyuqluğu və başqa bir qadınla evlənəcəyi dedi-qodusu Annanın həyatını cəhənnəm əzabına dönderir.Qısqanclıq,özünə nifrət,xəcalət, peşmançılıq – bu hisslərin burulğanında boğulan Anna sonda bir qərar verməli olduğunu anlayır.Həyat yoldaşına qayıdıb ondan əfv diləməkmi? Vronski il yenidən təmiz bir səhife açmaq üçün Peterburqu tərk etməkmi? Yoxsa…. Bunu yalnızca əsəri oxudugunuz zaman biləcəksiniz. Tolstoyun bir çox hekayələri ilə tanış olsam da bu oxudugum ilk iri həcmli əsəri oldu. Realist rus ədəbiyyatının görkəmli nümayəndələrindən olan Tolstoy 1873-1877 illərde bu əsəri qələmə almışdır.Henri Troyatın Tolstoy bioqrafiyası adlı kitabında bele deyilir.”O bir il bundan əvvəl olmuş,onu dərindən təsirləndirən bir hadisəni xatırladı. Qonşusu və eyni zamanda dostu olan Bibikov Anna Stephanova Pirigova adlı uzunboylu,genişüzlü,gözəl və cazibədar bir qadınla yaşayırdı. Bu qadın onun qeyri-rəsmi xanımı idi. Bibikov onu vecinə almır,hətta başqa bir qadınla evlilik planları qururdu.Onun bu xəyanetini öyrənən Anna….” Bu məlumatın davamını paylaşsam kitabın sonunu demiş olaram.Göründüyü kimi Anna real həyatdan götürülmüş qəhrəmandır vəTolstoy bu qehrəmanı ən en incə detalına qədər elə realistcə işləyib ki,günümüzdə də bu cür hadisələrlə qarşılaşdığımızda Annanı onlardan fərqləndirmək çətindir. Vladimir Nabokov deyir:” Bir çox insan Tolstoya qarşı qarmaşıq duygular bəsləyir.Bəziləri ondakı sənətkara böyük sevgi göstərəkən,bəziləri ondakı məsləhətçi,doğruyu göstərən,ibrətamiz nəticələrə işarə edən mühazirəçi Tolstoydan sıxılırlar.Lakin Tolstoyun bu yönünü sənətkar yönündən ayırmaq olduqca çətindir.Onun istər təsviri,istər məsləhət verməsi onun həqiqətə çatmaq arzusundan qaynaqlanır.O Anna Kareninanın yazıçısı olaraq heqiqətə çatmağın yolunu bir yolunu tapar,məsləhətçi olaraq da,başqa bir yolunu” Doğrudan da Tolstoyun əsas ideyası həmişə düz yola gətirmək,doğru olanı göstərməkdir.Annanın içinə düşdüyü fırtınanı,onun duyğularını,verdiyi qurbanları,həyatını necə məhv etməsini ,sonda nə qazanmasını açıq şəkildə oxucunun ixtiyarına buraxır.Hər oxucunun birdən çox nəticələr çıxaracagı bu əsər rus ədəbiyyatının ən dəyərli incilərindən və Tolstoy yaradıcılığının şah əsəri hesab edilir. “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyər.. Bədbəxt ailələrin isə hərəsinin özünə xas bir bədbəxtliyi vardır..” Təkcə kitabın bu ilk cümləsi ailə psixologiyası sahəsində bir çox araştırmalarda istifdə edilmişdir. Javed Dioamond “Tüfəng,Mikrob və Dəmir” kitabında bu əsərin çatdırmaq istədiyi əsas ideyasından bəhs edilir. Pr.Dok.Ferruh Uztugun ,, “Reklamcılıkda Anna Karenina” adlı bir kitabı da var. Kitabın ikinci önəmli obrazlarından biri də Konstantin Levindir. O,kənd təssərüffatı ilə məşğuldur və Kitiyi sevməkdədir.İlk başda rədd cavabı alan Levin sonda öz arzusuna çatır və Kitiylə birgə müqəddəs ,sağlam təməllərə söykənən gözəl bir yuva qurur.Sanki Tolstoy bu iki cütlüyü oxucuya müqayisə edə bilmək üçün teqdim edir. Levini kənd təssərüffatında işləyən kəndlilərin vəziyyəti kədərləndirir,daha yaxşı şəraitdə,daha yaxşı nəticələr əldə etmek üçün yollar axtarır.Bu haqda kitab yazmağa çalışır,kəndlilərin həyatını yaxşılaşdırmaq üçün əlindən gələni edir.Bundan başqa Tanrıya olan inamı olmadıgı üçün daima daxilində bir çox suallara cavab tapmağa çalışır.Qardaşı Nikolayın onun gözləri qarşısında ölməsindən sonra Levin ilk dəfə ölümü canlı şəkildə görür.Bundan sonra “həqiqətini tapmaq” yolunda irəlileyir.Kəndlilərdən biri ilə söhbət zamanı bir tək söz onun bütün suallarına cavab olur və ən sonda Tanrının varlığına inanır. Levin Tolstoyun prototipidir.Tolstoyun da qardaşının adı Nikolay olmuşdur ve o da Tolstoyun gözləri önünde həyata gözlerini yummuşdur.Tolstoyun həyatı haqqında bilmək istəyənlər bu əsəri oxumaqla qismən də olsa buna nail ola bilərlər.

ƏSƏRƏ ÇƏKILMIŞ FİLM HAQQINDA

Oxuduğum kitabların filmlərini (əgər varsa) izləmək artıq məndə vərdiş halına gəlib son zamanlarda. Demək olar ki,yalnızca kitablara çəkilmiş filmləri izləyirəm. 2012 -ci ildə Joe Wrightin rejissorluq etdiyi, baş rollarını Kaice Knightley,Jude Law,Aaron Taylor Johnson,Domhnall Gleesonun paylaşdıgı film əsəri yetəri qədər əks etdirməsə də, məncə, kifayət qədər uğurlu alınıb.Sujet xətti bir az teatr səhnəsini xatırlatsa da,filmin təsvirinə heyran olmamaq mümkün deyil.Tolstoyun təsvirlərinin canlılığını filmdə yetərincə hiss etmək olur. 19-cu əsrin kənd həyatı,təssərüffatda işləyən işçilər,ov səhnələri, dəmiryol stansiyası,kübar cəmiyyət və onların dəbdəbəsi,parıltılı və iddialı geyimlər,rəqslər,musiqilər,məkanlar, tamaşalar hekayəni çox gözəl tamamlayır və əsla göz yormur.Aktyorların qısa və anlamlı dialoqları tamaşaçını filmdən bir an olsun ayrılmaga qoymur. Filmdə Annanın əsaləti,gözəlliyi,cazibəsi,kəskin baxışları,məğrur göz yaşları,Vronskinin vecsizliyi,özünəvurğunlugu,Aleksey Andreyoviçin son dərəcə sakit,rahat,alicənab davranışları ugurlu şəkilde canlandırılmışdır.Kitabını oxumayanlar filmdən çox da böyük həzz ala bilməzlər.Lakin əgər oxumusunuzsa mütləq baxın deyirəm.

ƏSƏR HAQQINDA FİKİRLƏRİM

Bu günə kimi özümə təlqin etdiyim ən böyük dəyərlərdən biri insanları qınamamaqdır.Hər nə olursa olsun insanları ittiham etmək haqqına sahib deyilik məncə.. Annanı qınamadım,ona bir an belə əxlaqsız qadın gözüyle baxmadım.Çünki o,əeyat yoldaşını gerçəkləri söyləməkdən heç vaxt boyun qaçırmadı. Özünə rəva bildiyi bu günaha görə acıdım ona.O,sadəcə müqəddəs bildiyimiz məhəbbətinin arxasıyca getdi. Əksinə onun cəsarətini,qorxmazlığını alqışladım. Məncə, hər qadının cəsarət edə biləcəyi bir şey deyil. Bəşər yaranandan bu yana qadınlara göstərilən ikilistandartlar həmişə qadınları əzməyə meyilli olmuşdur. Əgər həmin cəmiyyet boşanan bir qadını insanlardan təcrid etməkden əl çəksəydi,yenidən ailə qurmaq məqbul sayılsaydı,bəlkə də Annanın taleyi belə olmazdı. Onu bu sonluga ” kübar” adlandırılan cəmiyyət sürüklədi.O,məhəbbətsiz aile qurmuşdu və bunun nəticəsini ən ağır şəkildə ödədi. Bir ananın övladından vaz keçib rahat şəkildə yaşaya biləcəyinə inanana bilmirəm.Anna da oğlunun yoxlugunda qızına isinişə bilmirdi,bəlkə də onunla doğmalaşmağı ogluna xəyanət olaraq görürdü.O, Vronskini həqiqətən sevirdi və bu sevgi uğrunda hər şeyini qurban vermeye hazır idi.Lakin Vronskinin sevgisi eyni dərəcədə şiddətli deyildi. Yaranan dedi-qodulara görə Annadan utanan “müddətli aşiq” onu ilk fürsətdə aldatmağa hazır idi.Özünü tapança ilə vurduğu səhnədə ona inanmış,Alekseyin Annanı əfv edib ona get dediyi dialoqda,hətta onunla birlikdə mən də ağlamışdım.Ancaq sondakı davranışları onun gerçək üzünü göstərmiş oldu. İtaliyaya və kəndə getdikləri vaxtlarda bir çox şeylərlə məşgul olub, özlərini aldatmaga çalışmış,heç vaxt həqiqətən xoşbəxt ola bilməmişdilər. Çünki bu məhəbbətin təməlinde günah yuva qurmuşdu. Əsərdə qismən bəyəndiyim obraz Aleksey oldu. Onun alicənablığı,,inancı,,Annaya göstərdiyi mərhəmət , ona verdiyi dəyər, son dərəcə mədəni şəkide ona xəbərdarlıq etməsi,bu söhbeti etməzdən əvvəlki özüylə mübarizəsi,tərəddütləri,qısqanclıq haqqındakı fikirləri çox xoşuma gəldi. “Mən bir üzüme vuranlara o biri üzümü de çevirmek istəyirəm,kaftanı əynimdən çıxaranlara köynəyimi de vermek isteyirəm və Allahıma yalnız ona görə yalvarıram ki,əfv etmək xoşbəxtliyini mənim əlimdən almasın! – Onun gözləri yaşla dolmuşdu və bu gözlərin işıqlı,sakit baxışları Vronskini heyrətə saldı, -Mənim vəziyyətim budur. Siz məni çirkaba atıb tapdalaya bilərsiniz,məni cəmiyyet içərisinde rüsvay edə bilərsiniz,lakin mən Annanı tərk etməyəcəm” sözləri onun fədakarlığının sübutudur.Annanın Vronskidən olan qızına qayğısı,ona ata kimi sahib çıxması,adını verməsi,öz oğlu ilə birlikdə böyütməsi məni çox təsirləndirdi. Bütün bu bəhs etdiyim hadisələri,obrazları Tolstoy ən dərin psixoloji məqamlara qədər ustalıqla qələmə almışdır.Siz buradakı bütün qəhrəmanların hiss və duyğularına şahı olacaq,onların düşüncə tərzlərinə, dünyagörüşlərinə,inanclarına yaxından bələd olacaq və doğru müşahidə aparıb,düzgün nəticeler əldə edə biləcəksiniz.Bu kitab bize aile,əxlaq,məhəbbət,qadın-kişi münasibətləri,insanların cəmiyyətdəki rolu,nüfuzu və cəmiyyət qanunlarından kənara çıxıldığı təqdirde qarşılaşacagımız münasibetləri anladır,eyni zamanda kübar cəmiyyətini kəskin şəkildə tənqid edir. Yazımı Annanın bu sözləri ilə bitirmək istəyir’m : “Baxmağa bir şey qalmamışdırsa, her şeyə baxmaq insanı iyrəndirirsə şamı söndürmək lazımdır” P.S Kitabı oxuma səbəblərimin arasında Milan Kunderanın Varlığın Dözülmez yüngüllüyü romanında Tomaşın Tersaya gətirdiyi itin adının Karenina olması idi. O kitabda da bu əsər haqqında az da olsa danışılır.

Aygün Ələkbərova



Şərhlər (1)

Xanim_Xatun Xanim_Xatun 17 December 2015 22:58 Cavab yaz

Bəzən əvvəlki vaxtlarima qayidib coxlu kitab oxumaq istəyirəm.təsüfki indi səbrim yetmir buna

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика