Bakcell şirkəti “Applab” innovativ mobil developer layihəsi çərçivəsində Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzalayıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Böyük Britaniyanın şirkəti ilə yeni əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq “Applab” layihəsində iştirak edən startaplara “Telefónica Group” şikətinin sahibkarlıq və innovasiyalara aid olan bütün təşəbbüslərini birləşdirən “Telefónica OpenFuture” proqramı vasitəsilə mentorların, ekspertlərin, şirkətlərin, ictimati qurumların və investrorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı verəcək.
Bakcell şirkətinin məqsədi əsasən mobil proqram sahəsində fəaliyyət göstərən Azərbaycan startaplarının miqyasının və kommersiya imkanlarının artırılmasıdır. 60-dan çox dövlət və qeyri-dövlət proqramları ilə tərəfdaşlıq müqaviləsi olan, 17 ölkədə 600-ə yaxın biznesə 500 milyon avrodan çox vəsait yatıran “Telefonica OpenFuture” şəbəkəsi inkişafa təkan vermək məqsədilə yeni ideyaların yaranması və imkanların artırılmasına yönəlmiş qlobal şəbəkə yaratmaq fikrindədir. Bu tərəfdaşlıq Wayra UK üçün inkişaf etməkdə olan texnoloji şəbəkənin sahibkar istedadlarına çıxış imkanları yaradacaq.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Otən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər “Applab” layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.
“Bakcell şirkəti 3 ildən artıq bir müddət ərzində müxtəlif tədbirlər və müsabiqələr vasitəsilə Azərbaycanda mobil applikasiyaların yaradılmasını dəstəkləyib. Biz “Applab” layihəsini gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində istifadəyə verdik. Bu il isə “Telefónica Open Future” və “Wayra UK” ilə əməkdaşlığa başlamaqla biz bu sahədəki öhdəliyimizi daha da irəliyə aparmaq istəyirik. Azərbaycanda developerlərin startap icmasını dəstəkləməmizin müsbət nəticəsinin şahidi oluruq. Ümidvarıq ki, bu layihə mobil proqram tərtibatı seqmentinə daha çox developer və sahibkarları cəlb edəcək. Bu cür proqramların idarə olumasında “Wayra”nın geniş təcrübəsi var. Wayra həmçinin bizə qlobal istedadlara və biznes partnyorlara çıxış imkanı verə biləcək ekspert və mentorlar bazasına malikdir. Onlar Applab məzunları ilə öz dəyərli təcrübələrini bölüşə bilrələr”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
“Azərbaycanda startap sahəsində bum yaşanır. Ötən iki il ərzində həm ictimai, həm özəl sektor səkkiz inkubator mərkəzi açmaqla və rəqəmsal məlumatlılığın təşviqinə investisiya yatırmaqla innovativ ideyaların genişlənməsinə dəstək göstəriblər”, deyə Wayra UK şirkətinin direktoru Qari Stiuart (Gary Stewart) bildirib.
XƏBƏR LENTİ
Pendirli rulet börek (foto resept)
Sabahın HAVAsı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"Heyvanların ibadəti"
Enrike ilk dəfə əkizlərindən danışdı
Nasa Günəşə kosmik gəmi göndərir
Heyvanın faydaları
Yaz havası olacaq
Düşmənimizi yaxından tanıyaq
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Yer əhalisi çoxalır
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Körpələr üçün maraqlı hədiyyələr
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Keçmişin 3 milyarderi
Sevgisi divarlarda qalanlar
Armudun faydaları
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Neftin qiyməti enir
Sarıkökün faydaları
Mercedes SLS AMG-nin salonu lüks oldu
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Şeron Stoundan yeni FOTOsessiya
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
"Supermen" olmaq istəyirsiniz?
Dünyanın möhtəşəm mənzərəli yolları
"Microsoft" "Facebook"u almaq istəyib
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Günün ulduz falı
Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Pulun iyinə komadan oyandı
Uşaqlar üçün bəzək əşyaları
Mirvari, gözdə axan şəlalə
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Avropada Windows phone zəiflədi
Hava şəraiti kəskin dəyişəcək
Təqaüdlərin məbləği açıqlandı
Malayziyanın ən gənc milyarderi - FOTO
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı