Bernhard Şlink
Qiraətçi
Roman yəniyetmə bir gənc( Mixael Reyn) və ondan yaşca xeyli böyük bir qadının(Hanna Şmits) eşq macərası ilə başlayır. Bir müddət davam edən bu münasibət qadının gözlənilməyən gedişi ilə sona çatır.Kitab mənə ilk baxışda sıradan bir sevgi hekayəsi təsiri bagışlasa da, 7 ilden sonra onların yenidən görüşü bu fikrimi dəyişdi. Lakin bu görüş əvvəlkindən çox fərqli idi. Çünki Hanna müttəhim kürsüsündə, İkinci dünya müharibəsi zamanı yəhudilərin saxlanıldığı düşərgədə əsirləri ölümə tərk etməkdə günahlandırıllırdı. Hüqüq fakültəsində oxuyan Mixael isə qrup yoldaşları və müəllimi ilə birgə ” konslager” məhkəməsini izləməkdə idi. Bu gözlənilməyən görüş Mixaelin bütün suallarına cavab olsa da, illərdir içində böyütdüyü həsrəti dindirə bilmədi. Bu məhkəmədə Hannanın niyə həmişə ona kitab oxutdurduğunu, bir vaxtlar ona yazdıgı kiçik qeyd kağızının qəfildən niyə yoxa çıxdığını, vaqon sürücülüyünü oxumaq imkanı varkən niyə konduktorluqdan istefa edib şəhəri tərk etdiyini anladı. Hanna oxumagı ve yazmagı bilmirdi.
Bu həqiqət ona heç de rahatlıq gətirmədi, əksinə onu daha da böyük bir girdaba saldı. Çünki bu həqiqət məhkəmə prosesinin gedişatını dəyişə və Hannanı xilas ede bilərdi. Lakin Mixaelin buna haqqı var idimi? Həyatı bahasına bu sirri gizlətməyə çalışan bir insanın bu istəyini görməməzlikdən gələ bilərdimi? Yaza bilmədiyi anlaşılmasın deyə baş vermiş hadisənin protokolunu yazmaqla ittiham edilən Hanna bunu boynuna götürməyə razı ikən, onun hər şeydən uca tutdugu qürurunu bütün məhkəmə salonundakı insanlar qarşısında sındıra bilərdimi?
Hanna ömürlük həbsə məhkum edildi .
Mixael heç nə demədi,deyə bilmədi…..
O üniversiteti bitirdi, hüquqşünas oldu,evləndi,ata oldu.
Lakin Hannanın xatirəsi onu həmişə təqib etdi. Onu heç vaxt unuda bilmedi. Həyat yoldaşından ayrıldı,heç vaxt heç kəsə dürüstcə ürəyindəkiləri açıb deyə bilmədi. İllər sonra Hannayla tanış oldugu şəhərə,evinə qayıtdı. Otagında köhnə əşyalarına baxarkən bir vaxtlar Hannaya oxuduğu kitablara rast gəldi.
Keçmişin həzin xatirələrini düşünərkən birdən ürəyində Hannaya yenə kitab oxumaq istəyi baş qaldırdı. Müxtəlif əsərləri qiraət edib , səsini kasetlərə yazdı. Maqnitafonla birlikdə həmin kasetləri həbsxanaya göndərdi. Və beləliklə Mixael yenidən Hannanın qiraətçisi oldu. Mixael, Hannanın ondan gələcək münasibətlərindən və keçmişindən bəhs edə biləcək kiçik bir cümlənin belə həsrətində oldugunu bilmədən, kasetlərdə heç bir şey demədən, tək kəlmə etmədən seçdiyi əsərləri səsləndirir,sonda bir anlıq susub maqnitafonu söndürürdü.
Və beləcə 18 il ötdü.
Bir gün telefondakı qadın səsi Mixaelə Hannanın əfv edildiyini ve azadlıga çıxa biləcəyini deyirdi. Bu qədər zamandan sonra Hannanın çöldəki həyata adaptasiya olması üçün ona bir müddət kömək etməsini, ev ve işlə təmin etməsini xahiş edirdi. Mixael çox tərəddüdlərdən sonra həbsxanaya gəldi. Ona bir ev tapdığını , dərzi atelyesində işə düzəldəcəyini dedi. Evini kitablar və tablolarla necə bəzədiyini azadlığa çıxdıqdan sonra hər şeyin onun üçün daha yaxşı olacağını anlatdı.
Hanna ise susurdu….
O Mixaelin gözlərində gördüyü o məhəbbətin necə öldüyünü ürek agrısıyla müşahidə edirdi. Bir vaxtlar onu çılgın məhəbbətlə səvən bu insan ona necə də yadlaşmışdı artıq. Bogazında düyümlənib qalan sözlerini qüruru bu dəfə də boğdu. İllər boyu ondan məktub gözlədiyini,kasetlərdəki səsini gecə -gündüz necə məhəbbətlə dinlədiyini,o kasetlər sayəsində oxumaq-yazmaq öyrəndiyini və buna görə ona necə minnətdar oldugunu dilə gətirə bilmədi.
Romanın bundan sonrasını təsəvvürümə gətirməkdə çətinlik çəkdim.
Qürurunu həyatından üstün tutub özünü məhv edən bu qadın bundan sonra necə yaşaya biləcəkdi? Oxumağı,yazmağı öyrənməklə yenidən doğulmuş kimi olan bu qadın həyatının bundan sonrasını kitablara sıgınaraq davam etdirə biləcəkdimi? Heç kimdən yardım və kömək qəbul etməyən Hanna Mixaelin kölgəsində yaşayıb,ona bu qədər yaxın ikən bu qədər uzaq olmağı bacara biləcəkdimi?
Eyni adla ekranlaşdırılan filmin baş rollarını Kate Winslet, Ralph Fiennes, David Kross paylaşır. Almaniya istehsalı olan bu film o dönəmin nasist Almaniyasını tənqid edir. Yəhudi qırığnını və bu qırğınlarda əli olanları kəskin şəkildə qınayır. Əsəri dolğun şəkildə, lazımınca əks elətdirən filmin uğurunun böyük hissəsi aktyorların payına düşür. Xüsusilə Kate Winsletin quru,soyuq,donuq ifadesi,heç bir rəng bəlli etməyən məqsədsiz hal və hərəkətləri Hanna obrazını ustalıqla canlandıra bilir.Filmdə ən çox təsirləndiyim səhnələrdən biri Mixaelin nasist düşərgəsinə getməsi oldu.Kitabda hiss etdiyim o müdhiş ikrah duyğusunu filmde canlı şəkildə duydum. Bu filmden çıxaracağınız çox nəticələr olacaq. Hər şey bir yana oxumağı, yazmağı bacarmayan bir insanın həyatda qarşılaşdığı çətinliklər qarşısında necə aciz qaldığının şahidi olcaqsınız.
Qiraətçinin hekayəsini bilmək istəyənlərə xoş mütaliələr.
Aygün Ələkbərova
XƏBƏR LENTİ
Körpə ağlamağında gizlənən fayda
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Şeyma Subaşı sevgilisindən ayrıldı
İnkişaf etmək üçün 30 vərdiş
İnstaqram Madonnaya qadağa qoydu
Hava soyuyacaq
Tarkan izləyicilərindən kömək istədi
Hollivudun məşhur prodüserinə 23 il həbs cəzası verildi
Qızıl xeyli bahalaşdı
Sabahın HAVAsı
Alimlər teleskopla yadplanetliləri izlədi – İnanılmaz olay
Hansı yağ hansı dəri tipinə faydalıdır?
Saçları gurlaşdıran bildirçin yumurtası
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
"Üç qəhrəman" tortu (foto-resept)
Paltar yuyan zaman yol verilən 8 səhv
Bayram günü ABŞ və Kanadada yarım milyon ev qaranlıqda qaldı
Nigar Rəfibəylinin 100 illik yubileyi keçiriləcək
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Alimlərdən koronavirusla bağlı şok iddia: D vitamini...
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Dünyada ilk selfi muzeyi açıldı – FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
8 ildir qəbul olunan qanun niyə hələ də işləmir?
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Azərbaycan Kuboku: 1/8 final oyunları
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Bulvarda 15 gün "Lazer şou" olacaq
Ən mükəmməl əsərlərin siyahısı açıqlandı
Oyun zamanı "Qarabağ"dan sürpriz
ABŞ-da seçkilərdə fransız buldoq qazandı
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Sükan arxasında mürgüləmək ölümə aparır
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Roma imperiyası dövrünə aid yaşayış məskəni tapıldı
Sabah Milli Məclis 10 məsələyə baxacaq
Millət vəkili Ramil Səfərovun evində
Televizorsuz həyat varmı?
Cəbhədən son məlumatlar - VİDEO
Üzən dövlət nə vaxt hazır olacaq?
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Unutqanlıq üçün faydalı olan qidalar
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Yumoristik FOTOlar
Ərdoğan Qarabağa görə Moskvaya gedir
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
- ŞƏRHLƏR