Uzun müddətdir oxumaq istəsəm də nəhayət bu gün oxuyub bitirə bildim kitabı. Əslində bir az da sakit beyinlə oxuyub təhlil etmək üçün ləngidirdim oxumağı.
Kitabdakı bir neçə hekayəni əvvəlcədən oxumuşdum. Bəziləri haqqında fikrimi də bildirmişəm. Amma, yenə də burda hər bir hekayəyə qısa şəkildə də olsa fikrimi bildirəcəm. Hekayələri daha çox öz zövqümə görə dəyərləndirdiyimi də qeyd edim smile duyğusu
“Uçmağı öyrənən mələk” – Bu hekayəni çoxdan oxumuşdum. O vaxt yazara fikrimi bildirmişdim, bəyəndiyim və bəyənmədiyim tərəflərini demişdim. Amma bu dəfə oxuduqda bir az başqa tərəfdən yanaşdım hekayəyə. Mövzunu sevdim, yazıçının hekayəni nəqletmə üsulu orijinaldır, hekayə təsirlidir. Sadəcə bir az “quruluq” var sanki hekayədə, bu da mənə elə gəlir yazıçının dilindən qaynaqlanır.
“Təlxək” – Hekayə kitabda ən çox bəyəndiklərimdən biridir. Ümumiyyətlə mövzu sevdiyim mövzudur. İnsanlar anlamazlar sifətimizə taxdığımız gülüş maskalarının arxasında gizlənən kədərimizi. Eynən poçtalyonun təlxəyə davrandığı kimi davranarlar və aqibətimiz təlxəyinki kimi olduqda da anlasalar belə heç nə dəyişməz. Tək iradım bu hekayəni daha detallı və həcmli olmamasıdır. Hətta bir roman yazılacaq mövzudur.
“Yad Küçələr Zəbanisi” – Maraqlı hekayədir, yazarının zəngin fantaziyası olduğunu göstərir, fərqli mövzusu var. Bu hekayə haqqında da fikrimi əvvəllər demişəm, yaxşı hekayədir amma mövzu mənim maraq dairəmdə deyil.
“Pul tapmaq adəti” – Bu hekayəni də bəyəndim. Həyatın bir çox gerçəklərini oxucunun qarşısına sərir. Bəzək-düzəksiz, sadə və maraqlıdır.
“Qeybə məhkum” – Əslində romantikanı sevmirəm, bu hekayədə bir az romantika olsa da sevdim hekayəni. Niyə sevdim, çünki müəyyən qədər mənim sevgi fəlsəfəmə uyğundur Sonluğu məni çox təsirlındirdi, ürəyimdə bir yerlərə toxundu sanki.
“Sakit axan ulduzlar” – Mövzu seçimini sevməsəm də, anlatım tərzini bəyəndim. Mövzunu sevməmə səbəbim klassik sevgi hekayələrinə bənzədiyi üçündür. Amma ulduzlarla bağlı hissəni sevdim. Ulduzlara ümid bağlamaq mənasızdır bəli, onlar əlçatmaz arzuları həyata keçirmək gücündə deyillər. Belə şeylər ancaq nağıllarda olur. Yəni hekayə romantik olduğu qədər də realistdir deyərdim, buna görə bəyəndim.
“Görünməyən tərəflər” – Hekayənin əvvəli çox yaxşı idi, gözləntim böyük idi amma qarşılamadı. Başlanğıc maraqlı olsa da sonrası yenə klassik bir hekayə olmuş. Səbuhinin istedadının çox çox altında qaldığı üçün və daha maraqlı bir hekayə yaza biləcəyi halda bu cür yazdığı üçün onu şiddətlə qınayır və ən təbii haqqım olaraq hekayəni bəyənmirəm grin duyğusu tongue duyğusu
“Sükutun səsi” – Kitabın ən sevdiyim hekayələrindən biri bu hekayə oldu. Yuxu ilə reallığın sərhədləri bir-birinə qarışıb. Uğurlu hekayədir.
“Bənövşənin kölgəsində” – Bu hekayəni də bəyəndim, həqiqət heç vaxt ölmür, itmir sadəcə gizlənib və zaman-zaman başqa sifətlərdə meydana çıxır. Üslubunu da sevdim hekayənin.
“Qara eynəkli ağ atlı şahzadənin nağılı” – Kitabın heç sevmədiyim yeganə hekayəsi. Həqiqətən sadəcə nağıl olmuş. Məncə bir az səthi və birtərəfli yanaşma olub. Yəni yaradılan şahzadə imici elə nağıllardakına bənzəyib. Səbuhi inciməsin, məncə, uğursuz hekayədir.
“Divar” – Sevdim. Az sözlə çox məna anladan bir hekayədir. Uğurlu alınıb.
“Qonşumuzdakı şəkillər” – Bu hekayəyə ” İz ” haqqındakı yazımda fikir bildirmişdim. Qısa deyim ki bəyəndiyim hekayələrdən biridir.
“Ağ qapının ölçüsü” – Bəyəndim. Mövzu maraqlı və orijinaldır. Bəzi düşüncələrimi tapdım bu hekayədə. Amma anlaşılmaz cümlələr çoxdur. Dilini sevmədim ağırlığına görə yox anlaşılmazlığına görə. Ümumilikdə bəyəndim hekayəni.
Son olaraq onu deyim ki, bəyəndiklərim daha çox oldu. Ümumi bir iradım var, bu da hekayələrdə hər təbəqədən olan obrazların çox düzgün şəkildə ədəbi dildə danışmasıdır. Obrazların dili fikrimcə sadə olmalıdır. Yazıçının öz dilindən fərqli olaraq.
Aybəniz HƏSƏNOVA
XƏBƏR LENTİ
Psixologiyada jestlər və pozalar
“Hercai”də Gözlənilməz Ayrılıq
Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ
Dünya gözəli Bakıda seçildi
Əhvalınız yaxşı deyilsə...
Android planşetləri üçün WhatsApp olacaq
Xaricdən gələn həkimlər daha savadlıdırlar?
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Salatların bəzədilməsi
İlham Əliyev: “Dəyən ziyan hesablanacaq, ermənilər bu dağıntılara görə cavab verəcəklər” - VİDEO
Devid Bekhem ilk dəfə filmə çəkildi
Hava dəyişikliyi insan psixologiyasına təsir edir
Yuxuda niyə danışırıq?
CƏMİYYƏT Azərbaycanda vətəndaşlıq almaq neçəyədir? – QANUNİ TƏLƏBLƏR
Şokoladlı tort (foto resept)
Xoşbəxtliyin açarı axtarılır
Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Hava haqqında
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Vatsapdan YENİLİK
8 Mart hansı ölkədə necə qeyd edilir?
Buqələmun yoxsa insan?!
Kişilər niyə aldadır? (1)
Avropada köklük əlilliyə bərabər tutula bilər
Qızmar istilər qayıdır
Ürək sağlamlığı üçün məşqlər
40 saat davam edən doğuş
Ece Usludan gözlənilməz etiraf
Sürətli saç uzatma
Souslu tavakababı (foto resept)
Özcan Dənizdən yeni serial müjdəsi
HAVA necə olacaq?- 14 MART
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Milyarder üçün superyaxta hazırlandı-FOTO
Düz danışmağı sevmirəm
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
WhatsApp-dan daha bir yenilik
Azərbaycanda zəlzələnin gözlənildiyi bölgələr açıqlandı - SİYAHI
Yağış, sulu qar və külək
Cəbhədə son durum
Acun Muratla Aslının barışmasından danışdı-FOTO
Saçını boyadı üzü şişdi-FOTO
Qonşumuzu fəlakət gözləyir
Bakını toz-duman bürüdü – FOTO
Gül dərənə İnanılmaz Cəza
Limondan istifadənin 9 üsulu
Necati Şaşmazın BOŞANMA xəbəri yayıldı
Alişan 25 minlik uşaq arabası aldı-FOTO
- ŞƏRHLƏR